Axmaqlar bir-birini cəlb edir

Bu sözləri çox eşitmişik — “Kişilər ağıllı qadınları sevmir.” Nəsə boşluq var, düzdür? Bu cümlənin qarşısına “axmaq” və ya “uğursuz” (ing. “loser”) əlavə etdikdə, cümlə canlanır, məna qazanır, elə deyilmi..?! Məsələn, mən desəm ki, “Axmaq kişilər ağıllı qadınları sevmir” – bu cümlədə heç bir boşluq olmaz. Axı həqiqətən də ağıllı qadını sevməyən, axmaq qadınları, başıboşları üstün tutanlar özləri ən böyük axmaqdırlar. Və hörmətli axmaq kişilərin sırasında olanlar, sizə bir sirr açım: həqiqətən ağıllı olan qadın da “axmaq qadın ovunda olan” sizləri heç bir zaman özünə həyat yoldaşı və ya sevgili və hətta dost görməz. Yəni, qısası siz bu düşüncə ilə ancaq elə başıboşlara da layiqsiniz. Çox sərt oldu? Eybi yox, sizə bu da azdır. Həqiqətən ağıllı olan xanım, yanında güvənə biləcəyi, arxalana biləcəyi, qeybətdən uzaq, alçaqlıqlardan və boşboğazlıqdan uzaq əsl kişi görmək istəyir və gec və ya tez istədiyi insanı yanında tapır. Düzü bəzən ümid itirib, axmaqlarda “çarə” tapanlar da olur təəssüf ki. 

Davamı →

Doğru və yalnış düşüncə

Hər kəsin davranışı onun düşüncəsindən asılıdır.
Eyni bir hadisə haqqında iki insan fərqli düşünə bilər. Qəlbimiz aynaya bənzəyir: əgər o təmizdirsə, ətrafımızı da özündə təmiz, aydın əks etdirir və biz gözəl düşünürük. Yox, əgər qəlb aynamız ləkəlidirsə, o zaman biz də gördüklərimiz haqqında yaxşı düşünməyi bacarmayacağıq.
Hər kəs qəlbinin təmizliyinin qayğısına qalmalıdır ki, düşüncələri də təmiz və gözəl olsun.

Davamı →

Doğru bildiyimiz amma səhv olan 15 məlumat









1.Buğalar  qırmızı rəngə nifrət eliyirlər.Səhvdir.Buğalar onsuzda rəng korudurlar.Onlar sadəcə matadorun hərəkətlərinə hirslənib hücum edirlər.

2.Vikinglərin buynuzlu dəbilqələri var idi. Səhvdir.İndi yaradılmış viking forması əslinə 19-cu əsrdə opera üçün hazırlanmışdır.

3.Banan ağacda yetişir. Səhvdir.Sadəcə yetişdiyi bitki böyük olduğu üçün  ağaca bənzədilir.

4. Elektriki Tomas Edison kəşf edib. Səhvdir.Nə ampulu,nə də elektiriki Edison kəşf etməyib.Sadəcə olaraq onu təkmilləşdirirərək indiki istifadə halına gətirmişdir. 

5. Napeleonun boyu qısa idi. Səhvdir. 1.69 boyunda idi.O qədər də uzun sayılmaz amma o qədər balacada sayılmamalıdır.Xüsusən də dövrünə görə

6. Çin səddi kosmosdan baxanda görünür.Səhvdir.Bu fikri bir çin kosmonovtu irəli sürmüşdür. Səhv olduğu NASA tərəfindən isbat olunmuşdur.

7.Buqələmunlar olduqları yerə görə rəng dəyişdirərlər.Səhvdir.Rəng dəyişmə qabiliyyətləri var lakin olduqları yerə görə yox,temperatur və iqlimə görə dəyişdirərlər.

8.Eynşteynin riyaziyyatı çox zəif idi.Səhvdir.Əksinə çox yaxşı idi.Sadəcə bir imtahandan zəif nəticə göstərmişdir.Ancaq həmin imtahanın riyaziyyatla yaxından-uzaqdan əlaqəsi yox idi.

9.İtlər dillərindən tərləməzlər çunki orada tər vəziləri yoxdur.

10.Saqqız insan bədənində 7 ilə  həzm olunur. Səhvdir. O da normal həzm vaxtında həzm olunur.

11.Qoca fillər ölənə yaxın fil məzarləğına gedirlər.Səhvdir

12.Günəbaxanlar günəşə görə yer dəyişir.Səhvdir.Onlar həmişə şimala baxarlar.

13.«Apple»-in yeganə qurucusu Steve Jobs və Steve Wozniak-dır.Səhvdir.Əvvəllər Ronald Wayne adlı şəxs 10% hissəsini 1500 dollara satmışdır. 60 milyad dollarlıq sərvəti itirmişdir.Əslində 1500 dollarını aldığını nəzərə alarsaq, 59 milyard 999 milyon 998 min 500 dollar  itirmişdir.

14.Saç və dırnaq insan öldükdən sonra bir müddət uzanar.Səhvdir.Uzanma üçün keratin maddəsi zəruridir. 

15.Bal arıları insan sancdıqdan sonra ölərlər.Səhvdir.Onlar iynələrini çıxararkən ya bədənlərinə ziyan verirlər,ya da ki, çıxardana qədər biz onları öldürürük.Əgər iynələrini çıxara bilsələr, sağlam olaraq yaşaya bilərlər. 
Davamı →