Yaponların qidalanma sistemi

Uzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3%-i artıq çəkidən əziyyət çəkir.

Bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o «Fırfıra» (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır.
Davamı →

Suşi

Son dövrün yeni qida trendi olan suşi artıq dünyanın dörd bir yanına yol tapıb. Suşiyə qarşı insanlar arasında münasibət birmənalı deyil. Kimisi onu yeməkdən zövq alır, kimisi də çiy balıq adı eşidən kimi “iyrənc” olduğunu deyib imtina edir.

Suşi sevənlər arasında saxta qurmanlar da var. Onlar bu qidanı sevməsələr də, cəmiyyət içində özlərini əsl suşi aşiqi kimi göstərirlər. Həmin şəxlər hesab edirlər ki, bu yolla özlərini yüksək zümrəyə daha yaxın hiss edə bilərlər.
Davamı →

Maki suşi

Yapon mətbəxinin bütün dünyanı ovsunlayan yeməyi ənənəvi olaraq, üzüm sirkəsi, balıq, dəniz məhsulları, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur.

İnqrediyentlər:
  • 9 xörək qaşığı suşi düyüsü
  • 9 zolaq noru yosunu — 10x4 sm
  • 3 çay qaşığı qara kürü
  • 3 çay qaşığı qırmızı kürü
  • 3 çay qaşığı sarı kürü
  • 1 çay qaşığı vasabi — qıtığotu

Hazırlanması:
Düyü rollu hazırlayın və onu vasabi ilə yayın Hər bir suşi rollunu nori yosununa bükün, yosunun 1 santimetrini bükülməmiş saxlayın Rolla bir qədər kürü əlavə edin. 

Süfrəyə verilmə:
Suşini yaşıl yarpaq ilə bəzəyin və taxta qabda servis edin.
Davamı →

Ən sağlam mətbəx


Çox insan razılaşır ki, yapon qidası daha çox sağlamdır və yaponların uzunömürlülüyü bunun tam sübutudur.

Yapon qidası
Yapon qidalarını dadlı və spesifik görünüşlü, ektozik edən… sizcə nədir? İnanın, ya yox, ədviyyatlar bu işdə az rol oynayır.
Davamı →

Suşi düyüsü

Düzgün hazırlandığı zaman suşi düyüsü dənəli qalır və bişdikdən sonra azca yapışqan olur.

İnqrediyentlər:
2 ½ fincan su
2 ½ fincan düyü

Ədviyyat:
4 xörək qaşığı çox sərt olmayan üzüm sirkəsi
3 xörək qaşığı şəkər
2 ½ çay qaşığı duz
2 xörək qaşığı mirin (düyü şərabı)

Hazırlanması:
Düyünü yuyun, 30 dəqiqə isladın. Qaynatmaq üçün su gətirin, 1-2 dəqiqə qaynadın Düyünü əlavə edin və düyü suyu özünə çəkənə qədər, 15 dəqiqə az istilikdə bişirin. Ədviyyat əlavə edin və qarışdırın.
Davamı →