Göz qələmindən istifadə qaydaları

Gözə dərin məna qatan göz qələmləri haqqında bilmək istədiyiniz sualların cavablarını yazıdan öyrənə bilərsiniz.

1. Qaşların daha qalın görünməsi üçün göz qələmini qaş qələmi kimi istifadə edin.
2. Tünd rəngli göz kölgələriniz bitibsə, qara, qəhvəyi və ya boz qələmləriniz ilə göz qapağını pambığın köməyi ilə dağıdın.
3. Keçici döymə etdirmək üçün göz qələmindən istifadə edə bilərsiniz. Etməli olduğunuz tək iş qələmlə istədiyiniz formanı çəkməkdir.
4. Pişik gözlərə sahib olmaq üçün, göz qələmini gözün bitiş hissindən uzatmaq lazımdır.
5. Yaponlar kimi qıyıq gözlərə sahib olmaq üçün göz qələmini alt və üst kirpiklərin ortasından başlayıb gözün bitən hissəsinə qədər çəkin.
Ardı →

Beyoncenin makiyaj sirləri

Beyonce-nin mahnıları ilə yanaşı makiyajına və parlaq dərisinə də heyran olmamaq mümkün deyil. 

Beyoncenin gözəllik sirrini onun makiyaj ustası açıqlayıb. Beyonce adətən sadəliyi ilə seçilir. Əhəmiyyətli gecələrdə belə ağır makiyaj etməyi sevmir. Vacib tədbirlərdə və konsertlərdə makiyajda ancaq gözlərini qarbardır. Təravətli və aydın üzü sadə makiyajla əldə etməyi mümkün sayır. Beyoncenin böyük mərasimlərdə və qırmızı xalı üzərindəki gözəlliyinin ustası  sizin də bu gözəlliyi necə əldə edəcəyinizi açıqlayıb. 

«Onun dərisi çox gözəl olduğu üçün tonal kremdən çox çəkərək dərisini qapatmaq istəmirəm. Sadəcə, üz cizgilərini bəlli etmək üçün xətlər çəkir, dərinin bir ton tünd tonal kremi almacıq sümüklərinə və burununuzun yan xətlərinə çəkərək üz cizgilərinizi daha bəlli edə bilərsiniz. Beyoncenin alnına və göz altına aydınlatıcı korrektor çəkdiyini bildirib. Belədə üzünüz daha parlaq olacaq. Eyeliner isə Beyoncenin çox sevdiyi kosmetik vasitədir. Eyeliner üzünün cazibədarlığını itirməyə qoymur. Beyonce əsasən, taxma kirpik istifadə etmir». 
Davamı →

Alın qırışlarından necə xilas olaq?

Yox etmək imkansızdı, lakin onların yaranmasını uzun müddət təxirə salmaq olar.
Ömür ötdükcə yaş öz təsirini göstərir və dəridə qırışlar yaranır. Hazırda üzdəki qırışların yox olması üçün ən geniş yayılmış üsul botoksdur. 

Daha gənc və daha gözəl üzə sahib olmaq hər kəsin arzuladığı bir şeydir. İstədiyinizi pulsuz yerinə yetirə bilmək üçün fədakarlıq etmək tələb olunur. 
20 yaşını keçən hər kəs vaxt keçdikcə üzündəki dəyişikliyi sezir. 
Ardı →

Hündürdaban ayaqqabıların gücü

Bu xüsusən ayaqqabı geyinməyi sevən qadınlar üçün yaxşı xəbər olacaq. Hündürdaban ayaqqabı üzərində dayanmaq çətin olsa da, qadınları cazibədar və özünə inamlı göstərən qədər başqa bir şey yoxdur. Qadınlar hündürdaban ayaqqabını sevməsə də onu geyinən zaman özünü daha yaxşı hiss edir. Əslində, bunun dəqiq bir açıqlaması yoxdur. Bu mükəmməl hissi ancaq qadınlar başa düşər…
Ardı →

Uzun saçlar

uzun saclarUzun, baxımlı və sağlam saçlar qadınların gözəllik simvoludur. Kişilər də qadınlarda məhz uzun saç modelini daha çox sevir. Yaxşı, kişilərin qadınlarda  çox bəyəndiyi bu saç modeli ən çox hansı üz qruluşuna yaraşır?

Dişiliyin və qadınlığın gücünü təmsil edən uzun saçlar hər zaman klassik və seçilən bir model olaraq qalır. Qısa saçların müasir və çılğın görünüşünü inkan etmək olmaz.  Lakin istədiyimizdə açıq buraxa bildiyimiz, atquyruğu və ya toppuz halına gətirə bildiyimiz uzun saçlar daha üstün hesab olunur.

Saçınızı uzatmağa qərar verməzdən əvvəl bəzi şeyləri bilməlisiniz.

Həyat tərzin necədir?
Sıx iş qrafiki olan qadını və ya hər zaman məşğul  ana uzun saçı bir nemət olaraq qiymətləndirə bilər. Siz, uzun saçları atquyruğu edərək çox rahat istifadə edə bilərsiniz. Lakin uzun saçın baxımı çətindir ( yuyunması, qurudulması, şəklə soxulması zaman alır) və buna zamanınız yoxdursa, kəsdirməyiniz məsləhətdir. Çünki onları baxımsız qoyub pis hala gətirə biləsiniz.

Saç tipiniz nədir?
Buruq və ya dalğalı saçlara sahib olanların saçlarını uzatması daha məqsədə uyğundur.  Çünki onsuz da bu saç tipinin həcmli olması səbəbiylə qısa modellər çox uyğun deyil. Uzun və düz saçların isə baxımlı olması şərtdir!
Ardı →

Qara rəngdə olan geyimlər

Dünyanın aparıcı modelyerlərinin fikrincə, bu qışın əsas rəngləri tünd tonlardan ibarət olacaq. Təbii ki, qara rəng də buraya daxildir. Kim fikirləşirsə, qış darıxdırıcı və melonxolik keçəcək böyük səhv edir. 

Qara rəng geyimdə ən parlaq rəng hesab olunur. Kostymun formasından və tikildiyi parçadan asılı olaraq, bu rəng inanılmaz möcüzələr yarada bilər. Bəzi modelyerlərin fikrincə, obrazın formasına və əhval ruhiyyəsinə fakir vermək lazımdır. Qara rəngdə geyimi də buna əsasən seçmək lazımdır.
Ardı →

Gözəlliyin 9 qanunu

Saçınızı hər gün yuyun
Bu məsləhətə əməl edirsiniz lakin saçlarınız sağlam və parlaq görünmür? Mütəxəsislər məsləhət görür ki: “Sadəcə saçları çox olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlı insanlar 2 gündən bir yusalar daha uyğun olar. Bu, saçın təbii olması və yağlanması üçün faydalıdır”.

Üzünü tonal kremlə örütün 
Üzünüzdəki izləri və qüsurları yox etmək üçün hər tərəfini tonal kremlə örtmək lazım deyil. Tonal kremi yalnız, qüsurlu olduğunu düşündüyünüz hissəyə dairvə şəkildə tətbiq edin. Üzünüzün digər hissələri kremsiz və təbii qala bilər.

Dırnaqların ətrafındakı dərini kəsin
Bu hər kəs üçün keçərli məsləhət deyil. Həmin dəri zərərli bakteriyalardan qoruyur. Çox kəssəniz, infeksiya yarna bilər. Artıq ətlər kənara çıxıbsa və mane olursa, o hissələri nazik şəkildə kəsə bilərsiniz. 

Saçlarınızı hər 6 və ya 8 həftədən bir qısaldın
Bu qayda sadəcə qısa saçı sevən və ya saçları qısa olan qadınlar üçün nəzərdə  tutulub. Qısa saçlar 6 ya da 8 həftədən bir öz modelini dəyişir. Bu səbəbdən də saçlarınızın uzanmasının qarşısını alacaq.


Ardı →

Tüklərin ev şəraitində birdəfəlik təmizlənməsi

Tüklərin təmizlənməsi qadınların ən böyük bəlasıdır və yüz illərdir ki, qadınlar bu problemdən xilas olmaq üçün müxtəlif çarələr axtarır. Evdə olan məhsullarla tüklərdən rahat şəkildə xilas olmaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.

Hindistan zəfəranı və duz 
Hindistan zəfəranın tükləri tökməkdə böyük bir əhəmiyyəti və rolu açıqlanmayıb. Lakin hindli qadınlar duzla zəfəranı məcun halına gələnə qədər qarışdıraraq istifadə edir. Əldə edimiş qarışıq ayaqlara sürtülür və sonra su ilə yuyulur. Bu maskanın köməyi ilə tüklər tamamilə yox olmasa da, onların uzanması dayanır və yaxud da daha az uzanır. 
Ardı →

Özünüzə yaraşan saç modelini seçin


Saçları üz quruluşuna görə düzəltmək və yığmaq lazımdır. 

Hər il yeni saç formaları çıxdığına görə saçları üz quruluşa görə yığmaq çətin olur.
Qadınların çoxu əsasən, ortadan ayrılmış saç formasına üstünlük verir.

Lakin bu forma hamıya yaraşmır. Xüsusən də, uzun üz quruluşuna sahib olan qadınlar ortadan ayrılmış saç formasından uzaq durmalıdır. 

Dairəvi üzü olan xanımlar üçün ortadan ayrılmış saç forması ideal sayılır.
Oval və uzun üzü olan xanımlar üzü daha kiçik göstərmək üçün  yandan ayrılmış və alnını örtən saç formalarından istifadə etməlidir. 

Üçbucaq və ürək şəklində üzü olan xanımlar, çənə alın formasını balanslamaq üçün  üzünə tərəf tökülmüş saç formalarından istifadə etməsi daha məqsədə uyğundur.
Davamı →

Az pulla çox gözəl görünməyin sirləri


Gözəl və baxımlı görünmək üçün sərvət xərcləmədən də gözəl görünə bilərsiniz. 

  • Dırnaq boyalarınız çox tez quruyur və istifadə edilməsi mümkünsüz hala gəlirsə, ona bir az aseton əlavə edib dırnaqlarınıza əvvəlki kimi çəkin.
     
  • Həm göz, həm də qaş qələmi alaraq bədxərclik etməyə gərək yoxdur. Gözün üçün qələmi qaşın rəngi ilə uyğunlaşdırıb hər ikisində istifadə edə bilərsiniz.
     
  • Baş bəlası sızanaq və qara nöqtələri yox etmək üçün bahalı kremlərə və müalicələrə ehtiyacınız olduğunu düşnürsünüzsə, yanılırsınız. Çünki bəzən bahalı dərmanların faydası olmur. Sağlam qidalanın və bitkilərlə təbii şəkildə maska hazırlayıb dərinizə çəkin. Yaxud da bahalı kremlərin tərkibində olan maddələri ayrılıqda ala bilərsiniz. Bu daha ucuz başa gələr.

Ardı →