Sağlam gözəllik üçün məsləhətlər

-Dırnağınızın dərisinin yumşaq olması üçün vanna qəbul etdikdən sonra hər gecə yatmazdan öncə 1 şüşə E vitaminini yağı ilə ayaq və əl dırnaqlarınızın ətrafındakı dəriyə yaxşıca vurun.

-Dərini təmizləməkdən ötrü 1 litr qatıq, 1 qaşıq günəbaxan yağı və 2/3 çay qaşığı limon şirəsini birlikdə qarışdırıb qapalı qabda soyuducuda saxlayın. Həmin qarışıqdan gecə-gündüz 1 çay qaşığı qədər götürüb üzünüzə vurun.

-1 qaşıq buğda toxumunun yağı, 1 qaşıq küncüt yağı, 1 qaşıq yapon gülünün yağı, 1 qaşıq E vitamini yağını qarışdıraraq dərinizin ləkəli nahiyələrinə gündə 2 dəfə vurmaqla istədiyinizə nail ola bilərsiniz.

-Yağlı saçları yumşaltmaq üçün 1 ədəd limon, 1/16 litr alma sirkəsi kifayətdir. Limonu yuyub dilimləyin və çəyirdəyini çıxardıqdan sonra blendrdən keçirib, alma sirkəsi ilə qarışdırın.
Saçınızı şampunlayıb yuduqdan sonra qurudun və həmin qarışığı saçınıza sürtün. 5-10 dəqiqə gözləyib təkrar saçınızı yuyun.


Ardı →

Artıq çəkidən azad olmaq üçün

1. Gün ərzində fiziki fəallığınızı çoxaltmağa çalışın. İdmanla məşğul olun, evdə daha çox hərəkət edin. Sağlamlıq probleminiz yoxdursa, ev işlərində məişət cihazlarından nadir hallarda istifadə edin.

2. Kola, hazır meyvə şirələri, qazlı, turşu tərkibli içkilər əvəzinə mineral sular, təzə sıxılmış meyvə şirələri, ayran için.

3. Yeməyi siqnalverici qazanlarda bişirin. Bu qazanlar həm sağlamlıq üçün, həm də praktiki baxımdan yararlıdır.

4. Xörəklərə mümkün qədər az duz səpin, yağını azaldın. Duz əvəzinə nanə, kəklikotu kimi ədviyyatlardan istifadə edin.
Zeytun yağı ürək-damar üçün faydalı olsa da, unudulmamalıdır ki, bunun da, digər yağlar kimi 1 qramı 9 kalori enerji verir, həddən artıq istifadə etdikdə kökəlməyə səbəb olur. Ona görə 1 pay salata 1 desert qaşığından çox yağ tökməyin.

5. Balığı, kartofu qızartmaq əvəzinə sobada bişirin.

Həmçinin bax:  8 Qızıl qayda
Davamı →

Dəb sənsən!

dəbBəzən “dəbə uyğun deyil” düşüncəsi ilə özümüzə yaraşan, zövqümüzü oxşayan geyimlərdən imtina edirik. Bu, doğru yanaşma deyil. Bir paltar sizə yaraşırsa, zövqünüzü oxşayırsa, bu paltarı geyinəndə özünüzü rahat hiss edirsinizsə, qəlbinizdə sevinc hissləri baş qaldırırsa, deməli, bu sizin dəbinizdir. Dəbdə olan bir paltarı geyinmək sizin daxili aləminizin ifadə edilməsinə xidmət göstərmirsə, o, yalnız etiket sevənlər üçün nəsə deyə bilər. İndi qış fəslidir. Ona görə də qışa uyğun rəngdə paltar geyinmək daha məqsədyönlüdür. Qış fəslinin rəngləri arasında qəhvəyi, boz, qara rənglər üstünlük təşkil edir. Odur ki, paltar seçərkən onun rənginin də mövsümə uyğun olub-olmamasını nəzərə almaq lazımdır.

İnsan yaşa dolduqca daha canlı və parlaq rənglərə üstünlük verir. Lakin zövqə uyğun rənglərdən istifadə etməyi bacarmaq lazımdır. Məsələn, qara və qəhvəyi rənglər bir-biri ilə heç cür uzlaşmır. Ona görə seçimdə bir-birini tamamlayan rənglərdən balanslı şəkildə istifadə etdikdə insanın ruhu təzələnir, özü də gözəl görünür. Qırmızı ilə narıncı, göylə yaşıl, bənövşəyi ilə nar çiçəyi rəngi bir yerdə xoş bir görüntü yaradır.

Qışda nisbətən tünd rəgli palatarlara üstünlük verildiyindən bu cür geyimləri bəzək əşyaları ilə daha effektli göstərmək olar. Bu mənada şal, qalstuk, dəbdəbəli sırğalar, uzun və iri muncuqlu parlaq boyunbağılar, rəngarəng ayaqqabı və çantalar geyim stilinizi dəyişdirib, imicinizi daha fəal və enerjili göstərəcəkdir.


Davamı →

Baxımlı olun

Dərinizdə bakteriya meydana gəlməsinin qarşısını almaq, sağlamlığınızı və gözəlliyinizi qorumaq üçün davamlı olaraq dərinizə qulluq edin.
Səhər-axşam dərinizi təmizləmək üçün dəri tipinizə uyğun məhsullar seçin. Gün ərzində dərinizdə yığılıb qalan toz, tər, makiyaj qalıqları ziyanlıdır.

Sabun dərinin elastikliyini və parlaqlığını itirir, çünki dəriyə nəmlik gətirən yağı tamamilə özünə çəkir. Ona görə də sabundan həddən çox yağlı dəridə istifadə etmək olar, dəriniz quru və normaldırsa, sabunla yumayın.

Həssas dərini termal su spreyləri ilə təmizləyin, bu sular həm dərini nəmləndirir, həm də qızartıları aradan qaldırır.

Vaxtı keçmiş kosmetik vasitələr zərərlidir

Qida və dərmanlarda olduğu kimi, kosmetik məhsulların da son istifadə tarixi var. Krem, pomada, pudra və s. kosmetik məhsullar alarkən istehsal və istifadə tarixlərinə diqqət edin. Əgər istifadə tarixi keçibsə, atın, çünki belə məhsullar dəridə allergiyaya səbəb olur, qızartılar, sızaqlar əmələ gətirir.

Maskalardan istifadə
Dərinizə uyğun maskadan istifadə etdikdə onun parladığını, gərildiyini və hamarlaşdığını elə ilk gündən hiss edəcəksiniz. Çobanyastığı kökündən hazırlanmış maskalar dərinin rahatlığını təmin edir, qızartıların və qaşınmanın qarşısını alır.


Ardı →

Gözəl çanağa sahib olmaq üçün

Siz öz çanağınız və ombanızın ölçüsündən razısınızmı, əziz xanımlar? 
Razı deyilsinizsə, iki həftə ərzində onları bərk və elastik etmək üçün bu topikdəki pəhrizə əməl edin. 
Ombaları bərk etmək üçün qida rasionunuzdan spirtli içkiləri, qəhvəni və yağlı qidaları çıxarmalısınız. Meyvələrə keçin, xüsusilə qarpızdan istifadə edin. Hər gün yarım qarpız və yaxud yemiş yeyin və buna 3 yüngül qəlyanaltını əlavə edin: 150 qram  qızardılmış balıq, 1 soyutma kartof, qarışıq salat; yaxşı qızardılmış pomidorla 2 bifşteks, 1 xörək qaşığı qarğıdalı dənəsi; 50 qram istənilən şirinləşdirilməmiş lopalar, 1 pəhriz yoqurtu.

Məşqlər: kürəyi üstə uzanın, əllərinizi bədən ətrafında ovcunuz yerə tərəf olmaqla uzadın. Sol ayağınızı yuxarı qaldırın, dizdən bir balaca bükün və dizinizin döşəməyə dəyməsi şərti ilə onu sağ tərəfə aparın. Dizinizi asta – asta açaraq başlanğıc vəziyyətə qayıdın. Eyni məşqi sağ ayağınızla da edin. 10 dəfə təkrarlayın. Cinslərdən də ifrat dərəcədə istifadə etməyin, onlar bədən quruluşunu korlayır. 

Ardı →

Sağlam üz dərisi üçün 7 məsləhət

İnsan cildinin bir çox düşməni olduğunu deyən mütəxəssislər sağlam bir dəriyə sahib olmanın qaydalarını açıqlayıb.
Siqaret və içkinin insanın daxilinə olduğu qədər dərisinə də zərər verdiyini qeyd edən mütəxəssislər dəriyə zərər verən elementləri 7 hissəyə ayırdılar.Qeyri-kafi yuxunun, çox isti suyla yuyunmanın və səhv qidalanmanın dərinin başlıca düşmənləri olduğunu söyləyən mütəxəssislər, sağlam və gözəl bir dəriyə sahib olmaq üçün bunları təklif edir:

1.Siqaret çəkməyin və içki içməyin. İkisi də bədəninizi zəhərlər və sallaq bir dəriyə səbəb olarsınız. Bundan başqa, siqaret ağız kənarındakı cizgilərin də dərinləşməsini sürətləndirir.

2.Yuxunuza diqqət yetirin. Yuxusuz bir gecənin izləri dərhal bozlaşmış yorğun görünüşlü bir cildlə özünü birüzə verəcək. Əgər yetərli dərəcədə yata bilmirsinizsə, bunu oyandığınızda qan dövranını təmin edəcək hərəkətlər edərək və üzünüzə soyuq su vuraraq kompensasiya etməyə çalışın. Yuxusuzluğun səbəb olduğu cizgilərin üzərinə yüngül bir nəmləndirici çəkin.

3.Çox isti suyla yuyunmayın. Yuyunarkən suyun qaynar dərəcədə isti olmaması üçün tədbir görün. Həddindən artıq isti su dərini qurudur və toxumaları zədələyir.

4.Doğru qidalanın. Sağlamlığınıza xeyri olan qidalar yemirsinizsə, deməli, dərini qoruyan həyati maddələri qəbul etmirsiniz. Bundan başqa, ultrabənövşəyi şüalardan da uzaq durun.

Ardı →

Ev botoksu

  İngiltərənin gözəllik üzrə mütəxəssisi Karol Maccio sağlam bir gözəllik üçün həm ağrı verməyən, həm də pulunuzun cibinizdə qalmasını təmin edən “ev botoksu”nu təklif edir. 
Bunun üçün gündə 2 dəfə “Facercise” adı verilən və 8 dəqiqə davam edən bu məşq proqramına vaxt ayırmaq lazımdır. Maccionun fikrincə, 6 gün sonra qarşılaşacağınız görüntü çox fərqli olacaq.

1. Barmaqlarınızı dümdüz olacaq şəkildə bir-birinə keçirin və alnınıza qoyun. İşarə barmaqlarınızı iki qaşın ortasına gələcək şəkildə aşağıya endirin və baş barmaqlarınızı iki gözünüzün yanına qoyun. Gözləriniz bağlı şəkildə işarə və baş barmaqlarınızı geriyə doğru çəkərək üzünüzü sıxın və 40 saniyə belə saxlayın.
Davamı →

Üz dərisi üçün maskalar

Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.
Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.
Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və cavanlaşdırır.
Təzə yerkökünü kiçik gözlü sürtkəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xınayı rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.
Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.
Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.
Yoqurt dərinin tonusunu yüksəldir. Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsir yarada bilər.
Davamı →

Həmişə gözəl görünün!

İlin mövsümündən, məkandan asılı olmayaraq, gözəl və təravətli görünmək kimin xoşuna gəlməz ki? Bu çoxmu çətindir? Əlbəttə, bəziləri bunu maddi təminatla, bəziləri isə kosmetik salonlara getmək üçün vaxtın çatışmazlığı ilə də bağlaya bilərlər. Əslində kosmetologiya bir elm kimi o qədər də qədim deyil, lakin gözəl qadınlar həmişə olub və ətrafdakıları öz gözəlliyi, təravəti ilə cəlb ediblər. Deməli, təravətli və cazibədar görünməyin yolu yalnız kosmetik salonlardan başlamır. Xoş əhval-ruhiyyə, iş və istirahətin düzgün təşkili, emosional sabitlik və əlbəttə ki, qadın gözəlliyinin təminatçısı olan sevgi.


Ardı →

Kişi stilində kobud səhvlər

Son moda tendensiyalarının dalınca getmək qadınlara yaraşar.Hər yeni çıxan geyim,aksessuarlarla oynamaq kişilərin bəxtinə yazılmayıb.Neyləyək,hamısı zəmanədəndir...

Çox rəng.Maksimum 3 rənglə kifayətlənin.Şalvar boz,köynək qırmızı,ayaqqabı qəhvəyi,palto da qonur olanda çox pis olar,əzizlərim.Çalışın alabəzək tutuquşuya dönməyin.
Çoxtəbəqəlilik.Bunu həm qocalar,həm gənc oğlanlar,həm də yekə kişilər edir.Az qalırlar şkafda nə varsa,hamısını geysinlər.Futbolka,köynək,sviter,jiletka,sonra da pencək.Hamısı da bir-birinin altından çıxır.Soyuqdursa,get isti kurtka al,daha niyə özünü pis göstərirsən?
Ardı →