Yaradıcı insanlar “yox” deyir

Bizə “yox” deməyi öyrətməyiblər. “Yox” nəsə kobud bir şey hesab olunur. “Yox”u ancaq “bariqa”lara, yaxud bizə “konfet” təklif edən yad adamlara deyə bilərik.

“Yox” sözündə güclü yaradıcı enerji var. İmtina etmək vaxtın çox olmasına gətirib çıxarır, bu vaxtda isə insanlar yeni nəsə yarada bilərlər. Bizim vaxtımız düşündüyümüzdən də azdır, bizə düşündüyümüzdən də çox vaxt lazımdır.

Yaradıcılıqda uğur qazanmış insanlar, bu uğura nə qədər vaxt sərf edəcəklərini bilmirdilər. Müsahibə vermək, məktub yazmaq, kinoya getmək, kiminləsə axşam yeməyi yemək yaradıcı insanlara maraqlı deyil. Yaradıcı adamlar bütün bunların onları yaradıcı prosesdən nə qədər ayıra biləcəyi haqda düşünürlər.

Kiməsə “hə” cavabı vermək vaxtımızın itirilməsinə gətirib çıxarır. Deməli sən az şey yaradacaqsan.

Stiv Cobs aktyor Şon Konnerini dəfələrlə “Apple”ın reklamında çəkilməyə dəvət etmişdi. Nəhayət bir gün aktyor Stiv Cobsa məktub yazır:


Ardı →

Siz də yaradıcı insanlardan birisinizmi?

Yaradıcı insanlar digərlərindən fərqli olaraq, ətrafa bir az fərqli baxırlar. Siz də həmin insanlardan birisinizmi? Bunu bilmək üçün yaradıcı insanların əsas xüsusiyyətlərini

1. Danışmadan əvvəl düşünmək. Yaradıcı insanlar yaradıcılıqlarına nəzarət etməyi yaxşı bacarırlar. Danışmadan əvvəl düşünər, hansı sözün harada, necə işlənəcəyini analiz edərlər.

2. Risk etmək. Yaradıcı insanlar yeni ideyalarını tətbiq etmək üçün risk etməkdən qorxmazlar. Düşündüklərini «bəyənilməz» deyərək bir qutuya qoyub, kənarda gizlətməzlər.

3.Özlərinə diqqət ayırarlar. Zehni və fiziki sağlamlıqlarını qorumağa çalışarlar. Sağlam bədəndə sağlam ruh olar. İnsanın özünə qulluq etməsi və özünə hörmət etməsi əsasdır.


Ardı →

Dahilik dəlilikdirmi?

Böyük çatışmamazlıqlar ancaq böyük insanlarda olur. (Laroşfuko).
Dahilik, bacarıq, istedad və s. və i.a. Maraqlısı budur ki, insanlar fərqli olduğu kimi sadaladığım anlayışları da hərə özünə görə bir rəylə izah edir və bu təbiidir. Məsələn çox yerdə oxumuşam ki, dahiliyin nə olduğunu öyrənməyə çalışır və onu dəlilik kimi də adlandırıblar və bunları özün də araşdıran zaman görürsən ki, deyəsən bunun həqiqətən də doğruluq payı var. Hər halda bu bütün yaradıcı şəxslərə şamil edilmir.

Dahilik bir dəlilikdirmi?!


Ardı →