Yarmadan, paxlalı bitkilərdən və makaron məmulatlarından yeməklərin hazırlanma texnologiyası

Yarmalar və paxlalılar qidalanmada vacib əhəmiyyətə malikdir. Onlar yaxşı həzm olunur, qidalı və yüksək kalorilidirlər. Onların tərkibi nişasta, zülal (xüsusən paxlalılarda), B qrupu vitaminləri ilə zəngindir.
Yarmaları taxıl bitkilərini emal etməklə əldə edirlər. Ən geniş yayılmış yarmalar bunlardır: buğdadan — manna; düyüdən — cilalanmış, pardaxlanmış, xırdalanmış düyü, yulafdan — herkules, yulaf unu; arpadan — arpa yarması; qarabaşaqdan — iridənəli qarabaşaq. Yarmalar dənlərin rənginə, formasına, bütövlüyünə və ölçüsünə görə fərqlənirlər.
Davamı →

Darı yarması

Darı dənli bitkilərdəndir. Əvəllər onu “qızıl dən” adlandırıblar. Darının sarı, ağ, boz və qırmızı rəngələri olur. Ondan şərq ölkələrində də, slavyan ölkələrində də istifadə olunur. O şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. Onu digər dənli qidalardan fərqləndirən tərkibində yağın miqdarının çox olması və orqanizmdən antibiotiklərin xaric olunmasını sürətləndirməsidir.

Bu səbəbinə görə mütəxəssislər antibiotik qəbulundan sonra darıdan hazırlanan yeməklərlə qidalanmağı məsləhət bilir. Darı orqanizm üçün çox faydalı olan dənli qidalardandır. Ondan əsasən sıyıqların hazırlanmasında istifadə olunur. Darı dənələri sarının açıq qəhvəyiyə çaları rəngdə olur.
Davamı →

Super yarma Kinoa

Bu yarmanın vətəni Cənubi Amerikadır. Kinoa dünyanın ən faydalı 20 məhsuldan biri sayılır. Təəssüf ki, bizdə bu yarma hələ ki çox populyar deyil.

Kinoa nə ilə faydalıdır?
Kinoa asan mənimsənilən zülallarla zəngindir. Saglamolun.az bildirir ki, bu xüsusiyyətə görə kinoanı hətta ana südü ilə müqayisə edirlər.

Kinoa qidalı liflərlə zəngindir. Bu liflər orqanizm üçün təbii təmizləyici vasitədir. Liflər həzm sistemində həll olunmur, onlar müxtəlif ziyanlı maddələri, artıq xolesterini özünə hopdurur və çölə çıxardır.
Davamı →

Yarmanın faydaları

Arpa yarması çox faydalı deyitik məhsuldur. Arpa bir çox vitaminlər (A, B, E, K) və minerallar (fosfor, selen, kalium, maqnezium, sink və s.), fol və nikotin turşuları, qidalı liflərlə zəngindir.

Arpa yarması sıyığı və bu yarmadan hazırlanmış tərəvəz supları bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Arpa yarması qidalı liflərlə olduqca zəngindir ki, bu liflər bağırsaqlara «süpürgə» kimi təsir edir.

Ümumiyyətlə arpa yarması mədə-bağırsaq sistemi üçün çox faydalıdır. Arpa yarmasının həlimi mədədə iltihab, qastrit, xoralar, eroziyalar zamanı çox yaxşı müalicəvi təsir edir. Belə həlim hazırlamaq üçün 250 qr arpa yarması üçün 1,5 l qaynar su görtürülür.
Davamı →