Yastıayaqlıq

Pəncə skeletimiz üçün dayaq və amartizator rolunu oynayır, hərəkət zamanı tarazlığı, bədən yükünün bərabər paylanmasını və bədənin ahəng hərəkətini təmin edir. İnsanın yerişi, qaməti, günün sonunda ağrıların və diskomfortun dərəcəsi ayaq tağının formasından asılıdır.

Ayaq tağının qeyri-düzgün formalaşması və ya onun zədələnməsi bütün dayaq-hərəkət aparatının işinin pozulmasına səbəb olur. Bu zaman aşıq-daban oynağı, diz və bud çanaq oynaqları və bütün bədən əzlələləri əziyyət çəkirlər. İnsanda yastıayaqlıq varsa, ayaq tağı düzgün fəaliyyət göstərmir.
Davamı →