Necə edək ki, uşaq yuxudan özü oyansın?

Körpənizi müstəqilliyinə nə qədər tez öyrətməyə başlasanız, nəticəni bir o qədər tez əldə edəcəksiniz. Yeri gəlmişkən, ailə üzvləri səhər tezdən bir-birilərini oyandırmağa çalışdıqda, uşaq çətin qalxır, valideynlər əsəbiləşir və buna görə mübahisə edirlər. Nəticədə hamının səhər-səhər əhval ruhiyyəsi pozulur.

Əlbəttə ki, səhərlər uşağın otağına 10 dəfə girib, ənənəvi olan “Oyan, artıq bağça/məktəbə getmək vaxtıdır. Nə qədər səni oyatmaq olar?! Oyan artıq!” deməklə oyatmaq olar. Bu yolla 5 yaşlı, 10 yaşlı yeniyetməni, hətta 17 yaşlı gənci də oyatmaq olar. Lakin, düşünün ki, uşaq özü də müstəqil olaraq, səhər yuxudan oyana bilər. Və niyə də bunu ona öyrətməyək?!
Davamı →

Sərin otaqda yatmağın 5 faydası

Axşam insanın yatdığı otağın temperaturu onun orqanizminə təsir edir. Çox insan elə düşünür ki, yatanda nə qədər isti olsa, bir o qədər yaxşıdır. Mənə soyuq olar, xəstələnərəm düşünənlərə bəd xəbər var: isti yataq otağında yatan insanlar daha tez qocalır.

1. Diabet olma riskin azalır
Əgər normal otaq hərarətini yataq otağında 2-3 dərəcə aşağı etsən, bədənin və ruhun sənə təşəkkür edəcək. Maddələr mübadiləsi ilə bağlı ən kəskin xəstəlik olan diabet də səndən yan qaçacaq.

Etibarlı elmi tədqiqatlar sübut edib ki, soyuq otaqda yatan insanlarda piy və kalori əriməsi daha yaxşı gedir, maddələr mübadiləsi daha yaxşı işləyirdi.
Davamı →

Yuxu haqqında 20 müdrik məsləhət

Ayurvedin (Hind xalq təbabət sistemi) yuxu haqqında 20 müdrik məsləhəti olduqca önəmlidir.

1. Yatmazdan əvvəl dabanlarınızı soyuq su ilə yuyun və təbii sakitləşdirici yağla silin. Əgər insan hər gün dabanlarını küngüt yağı ilə massaj edərsə, onun immun sistemi artar və dabanları heç zaman ağramaz.

2. Yatmazdan əvvəl bir neçə dəqiqə nəfəsalma hərəkətləri etmək və ya meditasiya ilə məşğul olmaq lazımdır.

3. Yatan zaman nə qədər az paltar geyinilərsə, bir o qədər yaxşı olar. Əsasən də yatanda corab geyinmək məsləhət görülmür.
Davamı →

Rahat yuxu üçün içkilər

Ballı süd
Ballı süd yaxşı bir yuxu üçün seçəcəyiniz ilk içki ola bilər.

Bananlı süd
Tərkibində olan maqnezium sayəsində əzələləri rahatladıb melotonin və serotonin hormonlarının yayılmasını da artırır. Beləliklə bədən rahatlanar və yuxunuz da daha şirin olar.

Vanilli süd
Süd təbii bir yuxu dərmanıdır. Tərkibində olan kalsium, triptofan birləşmələri daha rahat bir yuxu yatmağınıza kömək edir. Vanilin rahatladıcı təsiri südlə birləşdikdə daha gözəl nəticə alacaqsınız.
Davamı →

Nəm saçlarla yatmağın ziyanları

Yuduqdan sonra saçları tam qurutmadan yatmaq həqiqətən çox ziyanlıdır.

1. İlk növbədə bu kəpəyin əmələ gəlməsinə və artmasına səbəb olur. Məsələ burasındadır ki, kəpəyin əmələ gəlməsinə səbəb olan mikroskopik göbələk bir çoxlarımızın baş dərisində yaşayır. Saçlara düzgün baxım göbələyin artmasının qarşısını alır. Lakin nəm mühitdə göbələk tez çoxalmağa başlayır və bu da kəpəyin sürətlə artmasına gətirib çıxardır.

2. Suyun təsirindən saçlar kövrək və zəif olur, tez qırılır, asan tökülür. Bu səbəbdən daim yaş saçla yatan insanın saçları cansız görünür, tökülür. Mütəxəssislər suyun təsirini azaltmaq üçün saçları yuduqdan sonra mümkün qədər tez qurutmağı tövsiyə edirlər.
Davamı →

Hamiləlikdə düzgün yatmaq

İdeal yuxu mövqeyi
Araşdırmalara görə, arxası üstə və ya sağ tərəfə yatmaq ayaqların ana damarlardan ürəyə olan qan axımını azaldır ki, bu da dölə mənfi təsir edir. Mütəxəssislər hamiləlik dövründə ən ideal yuxu mövqeyinin sol tərəfə doğru yatmaq olduğunu deyirlər.

İlk üç ay rahat olun
Mütəxəssislər deyir ki, ilk 3 ay hər mövqedə yatmaq olar. Bu aylarda uşaqlıq kiçik və yüngül olduğu üçün damarlara təzyiq etmir və körpə zərər görmür.

Sola doğru yatmaq şişi azaldır
Mütəxəssislərin fikrincə, hamiləlik dövründə sola doğru yatmaq, hətta dizləri qatlayıb ayaqların arasına yastıq qoymaq körpə üçün ən yaxşı yatış mövqeyidir. Eyni zamanda, bu cür yatmaq plasentaya ən uyğun şəkildə qidalanma təmin edir və böyrəyin işini rahatladır. Eyni zamanda bədəndə, xüsusilə əllərdə və dizlərdə yarana biləcək şişi azaldır. Bu isə bir daha sübut edir ki, hamiləlik dövründə sola doğru yatmaq əhəmiyyətlidir.
Davamı →

Çox yatmaq beyini zəiflədir

Yuxusuzluq insanın sağlamlığına ciddi ziyan vurur, ürək-damar, sinir, mübadilə, xərçəng xəstəliklərinin riskini artırır, immun sistemini zəiflədir, piylənməyə səbəb olur. Lakin alimlərin fikrinə görə, çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.

Boston Universiteti alimlərinin son araşdırmaları göstərib ki, gecə 9 saatdan çox yatan insanlarda demensiyanın (ağıl zəifliyi) və Alsgeymer xəstəliyinin riski artmış olur. Bəzi araşdırmalar göstərir ki, 9 saatdan çox yatan yaşlı insanlarda demensiyanın riski 6 dəfə (!) artır. Bu əsasən alı savadı olmayan insanlara aiddir. Savadlı, əqli fəaliyyəti ilə məşğul olan insanlarda demensiyanın riski az olur.

Bundan əlavə daim 9 saatdan çox yatan insanlarda intellektin və yaddaşın kəskin zəifləməsi, beyinin kiçilməsi kimi simptomlar müşahidə olunur. REUTERS-ın məlumatına görə, bu xüsusilə yaşlı insanlara aiddir. Lakin cavanlar üçün də çox yatmaq faydalı sayılmır.

Davamı →

Qarnı üstə yatmağın ziyanları

Mütəxəssislərin fikrinə görə, gecə daim qarın üstə yatmaq insan sağlamlığına ciddi ziyan vura bilər. Bu pozanın 7 əsas təhlükəsi var:

1. Bu pozada qan damarları saxılmış vəziyyətdə qalır ki, baş beyinin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün təhlükəlidir ki, onlarda bu vəziyyətdə insultun və ani ölümünün riski artır.

2. Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.

3. Bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağ ciyər pis işləyir, orqanizmin oksigenlə təmin olunması kəskin pozulur.
Davamı →

Yeməkdən sonra yatmağın zərərləri

Bir çox insanlar bilir ki, yeməkdən dərhal sonra uzanmaq və yatmaq olmaz. Lakin bunun səbəbləri bir çoxlarımız üçün dəqiq məlum deyil.

Həkimlər xəbərdarlıq edir — yeməkdən dərhal sonra uzanan və ya yatan insanda bəzi pozulmaların inkişafı riski xeyli artır.

1. Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə — qida borusuna düşə bilər. Əgər bu hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Qida borusunun iltihabı «ezofagit» adlanır. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.

2. Elmi araşdırmalar göstərib ki, yeməkdən sonra yatan insanda şəkərli diabet xəstliyinin riski artır.
Davamı →

Günorta yuxusunun 5 mühüm faydası

Hal hazırda fizioloqlar insanlara gün ərzində bir dəfə deyil, 2 dəfə yatmağı tövsiyə edir. Gecə yuxusu 7 saatdan az və 9 saatdan çox olmamalıdır.

Günorta isə alimlər saat 13.00-15.00 arası 20-30 dəqiqə ərzində (bundan artıq yox!) yatmağı tövsiyə edir. Belə qısa günorta yuxusunun bir neçə mühüm faydası var:

1. Sinir sistemində gərginlik azalır, beyin dincəlir.

2. Stress azalır.

3. İş qabiliyyəti xeyli artır.

4. Qocalıqda ağıl zəifliyinin səbəbi olan Alsheymer xəstəliyinin riski azalır.
Davamı →