Yaxşılıq itmir

Xəstəxananın baş həkimi amansız bir xəstəliyə tutulmuşdu. Xaricdə müalicəsi mümkün ola bilərdi, lakin bütün həkim yoldaşları onun səfərə dözə bilməyəcəyi mövzusunda həmfikir idi. Çarəsiz bir möcüzə gözləyirdi hər kəs.
Bu zaman haradan xəbər aldığı bilinməyən gənc bir həkim gəldi və onu yaxşı edə biləcəyini söylədi.
Ardı →

Kimə və niyə yaxşılıq edirik?...

Hər niyyətin arxasında bir niyyət dayanır.İnsan kimə və niyə yaxşılıq etdiyini,yaxşı bilməlidir.Əslində yaxşılıq da,pislik də müəyyən mənada insanın xarekteridir.Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl nümunədir:
“Soruşurlar:
-Əgər siz bir yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə,nə edərdiniz?
İmam cavab verir:
-Əlbəttə yaxşılıq edərdim.
-Əgər o yenə pisliklə cavab versə?
-Yenə yaxşılıq edərdim.
-Bu necə olur ki,siz onun hər pisliyinə yaxşılıqla cavab veririsiniz?
Həzrət Əli suala sualla cavab verir:
-Bəs bu necə olur ki,mən yaxşı olduğum halda onu pisliyindən çəkindirə bilmirəm,o isə pis olduğu halda məni yaxşılığımdan çəkindirir?..”
Göründüyü kimi burada yaxşılıq və pislik keyfiyyət kimi yox,xarakter kimi qarşımıza çıxır.Bir də unutmayaq ki,insan bir iş görəndə hər şeydən əvvəl Allahı düşünürsə,hər əməli üçün ürəyinə Ona hesabat versə,heç bir yaxşılğı itməz.El arasında çox gözəl bir söz var: “Balığı at dəryaya,balıq bilməsə də,Xaliq bilər”.Əslində insanın niyyəti də elə bu olmalıdır.
İnsan yaxşı əməlinin əvəzini kimdən umursa,mükafatını da ona görə alır.Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə,daha doğrusu,hər yaxşılğı verilmiş bir borc kimi qəbul edirsənsə,əlbəttə aldığın ürəyincəolmaaycaq.Məsələni bir qədər də açıqlasaq,deməliyik ki,Allah dünyanı istəyənlərə dünyanı,axirəti istəyənləri axirəti verir.Və hər kəs öz niyyətinin əvəzini alır.
Bu yerdə onu xatırladaq ki,yaxşılıq edib sonradan başa qaxmaq da çox çirkin əməldir.Peyğəmbərimiz (s.ə.s) bildirir ki,Allah,etdiyi yaxşılığı başa qaxanların üzünə baxmaz,onunla danışmaz.Ancaq bir məsələ var ki,bəzən səbrimiz daralır,bəzən kimdənsə umub-küsürük.Belə məqamlarda mümkün qədər özünü ələ almaq,sakitləşmək və “kənara çəkilmək” lazımdır.Çünki səbir hər şeyi öz yoluna qoyur...
Davamı →

Yaxşılıq yoxdur

Bir qurdu ovçular qovalayır. Qurd meşədə ora bura qaçır, ancaq ovçularıdan canını qurtara bilmir. Yolda bir kəndliyə rast gəilr. Qurd adamın önünə çökər və yalvarmağa başlayar: «Ey insan, nə olar mənə yardım et, ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən yardım etməsən bir az sonra tutub öldürəcəklər. Kəndli bir an düşünəndən sonra yanındakı boş çuvalı açar, qurdu içinə salar. Çuvalın ağzını bağlayar, dalına atıb gedər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular adma bir qurd görüb görmədiyini soruşar, kəndli „görməmişəm“ deyər və ovçular uzaqlaşır. kəndli dalındakı torbayı endirir, ağzını açır, qurdu çıxarır.
Ardı →

Tısbağa və əqrəb

Bir tısbağa bir əqrəblə həmdəm olub dostluq və qardaşlıq iddiası edirdi.
Səhərdən axsama tək bir oturub durardı,
Gecədən sübhə qədər onunla mırt vurardı.

Bir dəfə təbii fəlakət üz verdi, doğma vətəni tərk edib başqa yerə köçməli oldular. Təsadüfən dərin bir çaya rast gəldilər. Tısbağa çayı keçməyə hazırlaşmağa başladı, əqrəb isə yerində donub qaldı. Tısbağa dedi: — Ey əziz dost! Sənə nə olub ki, fikir dəryasına batmısan? əqrəb dedi: -Qardaşım, bu çaydan, sudan necə keçəcəyimi düşünürəm. Mənim üçün nə sudan keçmək mümkündür, nə səndən əl çəkmək?!
Ardı →

Hər şeyin doğrusunu Allah bilir

Bir dəfə bir insan çayın kənarı ilə keçib gedirdi.O,çayın dayaz yerində uşaqların çimdiyini görür.Uşaqlar çox şən idi,bir-birinə su atıb,əylənirdilər.Bu zaman kənarda bir uşağın oturub,digər uşaqlara həsrətlə baxdığın gördü.Niyə digər uşaqlara qatılıb oynamadığının səbəbini soruşanda uşağın şikəst olduğun,yeriyə bilmədiyin görür.Bu hadisə ona çox pis təsir edir,gözləri yaşarır və evə gedib Allaha dua etməyə başlayır:
-Allahım,yalvarıram,şəfa verən sənsən,sənin şəfaətin hər kəsə çatar.bu gün gördüyüm o uşağa da şəfa ver,o da digər uşaqlar kimi oynasın,qıraqda oturub,həsrətlə baxmasın.
Ardı →