Yaxşı insanların etdikləri pisliklər

1.
Yüz il əvvəl hamının çox pis insan kimi tanıdığı Ceremi Bentam adlı bir filosof yaşayıb. Uşaq olanda onun adını ilk dəfə eşitdiyim anı heç vaxt unutmamışam. Bu, Bentamın insanların ölmüş nənələrindən şorba bişirmələri lazımlığını iddia etdiyi barədə müqəddəs ata Sidney Smitin sözlərini eşitdiyim an idi. Belə bir şey, mənə aşpazlıq yönündən olduğu kimi, əxlaq baxımından da dadsız görünmüşdü. Buna görə Bentam haqqında pis fikirdə idim. Bu sözlərin, hörmətli insanların xeyirxahlıq uğrunda deməyə vərdiş etdikləri məsuliyyətsiz yalanlardan biri olduğunu sonralar başa düşdüm. Bundan başqa, Bentama qarşı həqiqi ittihamın nə olduğunu da anladım. Təqribən belə bir şey idi:

O, «yaxşı» insanı yaxşılıq edən insanla eyniləşdirmişdi. Ağlı başında olan bir oxucunun dərhal başa düşəcəyi kimi, bu eyniləşdirmə həqiqi əxlaq prinsiplərini alt-üst edən fikir idi. “Yaxşılıq ondan faydalanan insana duyulan sevgidən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilməyib, yox əgər əxlaq prinsiplərindən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilib” deyən Kantın düşüncəsi daha alidir. Eyni qaydalar, təbii ki, əks istiqamətdə, qəddar davranışlara da yol aça bilər. Xeyirxah olmağın mükafatının xeyirxahlığın özü olduğunu bilirik. Bundan yəqin bu nəticə çıxır ki, ona dözmək də onun cəzasını meydana gətirir. Bu səbəbdən Kant, Bentamdan daha ali bir moralistdir və xeyirxahlığı xeyirxahlıq olduğu üçün sevdiyini söyləyən hamı onun tərəfini saxlayır.
Davamı →

Pisdən pis

Adət beləymiş ki, ölən şəxsi basdırmazdan öncə onun haqqında mütləq müsbət bir söz deyilməlidir. Bir dəfə Yankel adlı şəxs ölür- çox pis adamdır. Heç kim onun haqqında deyəcək yaxşı söz tapmır. Sonra xatırlayırlar ki, Yankelin Xeskel adlı qonşusu ondan daha pisdir. Beləcə Yankeli basdırırlar.

Bir xeyli müddət sonra həmin Xeskel ölür. Eyni problem hamını narahat edir, axı Xeskel barədə nə deyə bilərlər? Ravvin problemi anlayıb belə deyir. Mərhum Xeskel sağ olsun, o olmasaydı biz Yankeli basdıra bilməzdik.
Davamı →

Yaxşılıq etmək

İnsanlar sadəcə möhtəşəmdirlər. Cənubi Karolinadakı bir qəhvə evinin hekayəsi.

Kevin Spacey'nin «Pay it Forward» filmini izləmisiniz yəqin ki, əsas qayə odur ki bir adam 3 digərinə yaxşılıq edir, həmin adamlar da öz növbəsində digər 3 nəfərə həmin yaxşılığı qaytarırlar, və beləcə bir nəfər dünyanı dəyişə bilir. Filmlərdə çox romantik və real görünsə də, həyatda belə hadisələrin az-az baş verdiyi qənaətində oluruq. Hətda filmdə bir səhnədə adam yeni Jaguar maşınını digərinə pay verir. Bu dəfə Cənubi Karolina ştatında buna oxşar bir əhvalatı paylaşacam. 
Yaxşılıq 
 
Ardı →

Gözəl söz söyləyin!

“Danışın ki, tanınasınız, çünki insan öz dilinin altında gizlənmişdir.” (Hz. Əli)  Həqiqətən də danışmaq insanları tanımaqda çox böyük rol oynayır. Bir insanın qəlbində hiss etdikləri, zehnində gizlədiyi düşüncələri, arzuları, xəyalları, inancları, qorxuları –bunların hamısı insanın danışığı ilə üzə çıxır. Belə ki, insanların ruhi vəziyyətlərinin necə olduğu, necə ağla və vicdana sahib olduğu sərf etdiyi sözlərlə anlaşılır. Bir insanın səmimi, yoxsa saxtakar, etibarlı və ya pis niyyətli, doğru sözlü, ya da yalançı olduğu danışıq üslubu ilə dərhal bilinir. Bir sözlə, danışıq  insanın ağlının, mənəviyyatının, şəxsiyyətinin ölçüsünü ifadə edir. Səmimi insanlar hər zaman gözəl, hikmətli, doğru danışır və buna görə də ruhən rahat olurlar. Qeyri səmimi, saxta insanlar isə ürəklərində gizlətdikləri xəbis niyyətlərin üzə çıxmasından narahat olurlar.

Lakin bunu da ifadə etmək istərdim ki, gözəl danışaraq, gözəl sözlər istifadə edərək insan hər zaman xeyir qazana bilər. Gözəl sözlü olmaq həm də Allahın bəyənəcəyi bir xüsusiyyətdir. Bir quran ayəsində Allah gözəl sözü gözəl ağaca bənzədir. Necə gözəl ağac kökü möhkəm, budaqları göydə, hündür, yamyaşıl, barlı-bəhrəli olursa, gözəl söz də hər zaman insana xeyir-bərəkət gətirir. Əksinə pis sözlər, pis danışıq isə nə insanın özünə, nə də başqalarına fayda vermir.  Allah pis sözü kökü yerdə sabit durmayan, qoparılıb qurumuş ağaca bənzədir.

 


Ardı →

Puç olmuş yaxşılıq

Tural Fransadan yenicə qayıtmışdı. Çətin günlər keçirərək təhsil alırdı orda. Bir yandan da umacağı yer yox idi. Gözünü yalnız, alacağı tələbə təqaüdünə dikirdi. Kirayə evdə yaşayıb, ömrünü mütaliə, elmin dərin sirlərinə yiyələnməyə sərf edən özünü tənha hesab edən bu oğlan, hər gün ona xoş olmayan hadisələrlə rastlaşırdı. Lakin özünü pessimistliyə qapatmaq istəmirdi. O uşaqlıqdan yaxşı bir cəmiyyət içində yaşamağı arzu edirdi. Müəllimi dəfələrlə ona, istedadını xalqı, vətəni üçün sərf etməsinin gərəkliliyini xatırladırdı. Tural da sanki, sonsuz sayda artmış zülmə qarşı sinəsini sipər edəcəyi düşüncəsində idi.

İndi o Bakıdadır. Uzun yorğun bir yol qət etmişdi. Hər gün səmimiyyət və gülərüzlülük göstərən, bihudəçilikdən uzaq kollektivdən ayrılmışdı. Boya başa çatdığı vətəni ona yenidən qollarını açıb, ağuşuna almışdı. Lakin qəfil mühit dəyişərək, keçmiş məhlə həyatına dönməsi onu sıxırdı. Özünə yer tapa bilmirdi. 
Ardı →

100 gün ərzində həyatınızı dəyişdirəcək 60 addım

İlk əvvəl onu qeyd edim ki, özünü dəyişmək, həyatda nəyəsə nail olmaq istəyən hər bir kəs bunlara əməl edə bilər. Məhz 100 gündən sonra özünüzdə qeyri-adi dəyişiklik görəcəksiz. Həyatınızı dəyişmək sizin əlinizdədir.
 EV

1. Evin müxtəlif sahələrini səhmana salmaq üçün günlərə görə bölgü təyin etmək üçün, özünüz üçün «evin lazımsız şeylərdən təmizlənməsi üzrə təqvim» yaradın.
1-ci gün: Jurnalları yığışdırırıq.
2-ci gün: DVD-ləri yığışdırırıq.
3-cü gün: Kitabları yığışdırırıq.

2. Mantra üzrə yaşayın: «Hər şeyin öz yeri var və hər şeyi yerinə qoymaq lazımdır». On gün ərzində növbəti 4 qaydaya əməl etməyə çalışın:
a. Əgər bir şey götürmüsüzsə — onu sonra yerinə qoyun.
b. Əgər bir şeyi açmısızsa  - onu bağlayın.
c. Əgər nəyisə əlinizidən salmısızsa (və ya düşürmüsüzsə) — onu (yerdən) qaldırın.
d. Əgər nəyisə əyninizdən çıxartmısızsa — onu yerinə asın.

3. Evin içində gəzişin, təmir olunması və ya bir balaca düzəldilməsi gərəkən 100 şey tapın. Misal üçün, lampanı dəyişmək, oboylar üzərində olan deşikləri yapışdırmaq, yeni rozetkanı burub bağlamaq və s.
Ardı →

Unutduğumuz xəyallarımız

Xatırlayırsanmı, uşaqkən nə böyük yaxşılıq xəyallarımız var idi?
İnsanlığın yaxşılığı üçün bir şeylər edib, bəzi insanların «qəhrəmanı» olacaqdıq.
Çox təəssüf ki, biz böyüdükcə bu xəyallarımız kiçildi ...
Uşaqkən böyük yaxşılıqlar etməyə istəyimiz var idi, amma imkanımız yox idi. Sonra böyüdük, imkanlarımız oldu, amma bu dəfə hərəkətli həyatımızın yaratdığı daxili səs-küydən yaxşılığın o məsum səsini eşitməz olduq.İnanıram ki, hər insanın içində bir yaxşılıq instinkti olur. Bu instinkt, onu məmnun edəcək bir şeylər etmə ehtiyacı yaradır. Bu ehtiyac, yemək yemə ya da su içmək kimi insanı təmin etmək üçün insana təzyiq göstərməz. O, insanın içində sakit bir şəkildə dayanır. Çılğın deyil, soylu bir ehtiyacdır o. Onun səsini eşitmək üçün diqqətlə onu dinləməyə çalışmalısınız.
İçinizdəki yaxşılıq etmə ehtiyacını ödəmək üçün nə edirsiniz?
Bir müdrikə görə; «Qarşılığını verə bilməyən birinə bir yaxşılıq etmədikcə, mükəmməl bir gün yaşamış sayılmazsınız.» 
Bu meyara görə günlərinizi saysaydınız, "yaxşılıq yaşınız" neçə olardı?

İçimizdə yaxşı bir insan olduğumuza inanmaq istəyən, biri var!



Müəllif: Mümin Sekman
Davamı →

Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".
Ardı →

Yaxşılıq itmir

Xəstəxananın baş həkimi amansız bir xəstəliyə tutulmuşdu. Xaricdə müalicəsi mümkün ola bilərdi, lakin bütün həkim yoldaşları onun səfərə dözə bilməyəcəyi mövzusunda həmfikir idi. Çarəsiz bir möcüzə gözləyirdi hər kəs.
Bu zaman haradan xəbər aldığı bilinməyən gənc bir həkim gəldi və onu yaxşı edə biləcəyini söylədi.
Ardı →

Qum və daş

Bir hekayədə iki yoldaşın səhrada getdiyi izah edilir. Səfərin bir nöqtəsində bir münaqişə olur və biri digərinə yumruq vurur. Yumruğu yeyənin canı ağrıyır amma bir şey söyləmədən quma belə yazır:
«Bu gün ən yaxşı yoldaşım məni şillələdi.» 
Bir vahəyə gələnə qədər getməyə davam edirlər və suya girməyə qərar verirlər. Yumruğu yeyən bataqlıqlığa batır və boğulmağa başlayır amma dostu qurtarır. Dostu boğulmadan xilas olduqdan sonra bir daşa belə yazır:
«Bu gün ən yaxşı yoldaşım həyatımı qurtardı».
Yumruğu atan və həyat qurtaran soruşur:
«Canını ağrıtdığımda quma yazdın,niyə indi daşa yazdın?»

Digəri cavab verər: «Biri canımızı yandırdığında quma yazmalıyıq ki, bağışlama küləyi silə bilsin, amma biri bizim üçün yaxşılıq etsə daşa həkk etməliyik ki, heç bir külək silə bilməsin.
»Ağrılarınızı quma və yaxşılıqları daşa yazmağı öyrənin."
Dəyərli bir insanı tapmaq bir dəqiqə alır. Unutmaq isə bir ömürü...
Davamı →