İsti havaların dözülməz mənzərəsi

Yayda paltarları ütüsüz geyinək
Əslində, ilin heç bir fəslində “sevilməyən” bu iş yayda lap dözülməz olur. Yerdən qalxan isti bir yandan, ütü masasından qalxan isti də bir yandan… Bəlkə yayda ütüsüz və ya ütülənməyə ehtiyacı olmayan paltarlar geyinək?
Yağlı yeməklər
Yağlı və kalorili yeməklər nə qədər dadlı olsa da, yayda o qədər də “arzuolunan” deyil. Xüsusən küftə, badımcan-bibər dolması, bozbaş, piti...Bunları yeyəndə adam bilmir alnının tərini silsin, yoxsa yeməyi yesin. Yemək arası içilən su yağlı yeməklə birləşəndə yaranan ağırlığı isə heç yada salmaq istəməzdim.
Davamı →

Gün yanıqları

Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı «aldadır». Yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.

Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçənginin riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun.
Davamı →

İsti havalarda rahat yatmaq üçün nə etmək lazımdır?

İsti havalarda yuxu problemləri artır. Xüsusi ilə havasız gecələrdə yatmaq demək olar ki, imkansızdır.
Rahat yatmaq üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. İstiyə qarşı çox həssas olanlar yataq otağında kondisionerdən istifadə edə bilər. Ancaq bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki nəzarətsiz kondisionerdən istifadə sizi rahatlatmaq əvəzinə daha çox problem yarada bilər. Kondisionerlərin filtrləri daha tez-tez təmizlənməli, temperatur 24-25 dərəcədən aşağı salınmamalıdır.

İnsanlar ən azı aldıqları paltar qədər yataq və örtüklərinə də diqqət etməlidirlər. Nəinki yayda, ilin bütün fəsillərində yataq dəstinin pambıqdan olması şərtdir.
Keyfiyyətli yay yuxusu üçün daha bir diqqət yetirilməli məsələ yeməkdir. Son yeməklə yuxu arasında ən azı 3 saat fərq olmalıdır. Yağlı, qızartma, acı, turş qidalardan qaçmaq lazımdır.
Ardı →

Yayı sevdirəcək yazı

Qış aylarında yayı səbirsizliklə gözləyirik. Amma yayın cırhacırında qışı arzu edirik. Tərləmək, nəfəs ala bilməmək, işdə kondisioner davaları bizi bezdirir. Bütün bunlara baxmayaraq yayda zövq ala biləcəyimiz şeylərin siyahısı digər fəsillərə baxanda daha çoxdur.

Yayı nələrə görə sevirik?...
Səhər tezdən yuxudan duranda fikirləşirsən ki, artıq yay gəlib, şortik geyinmək, rahat geyimlərdə gəzmək olar.

Yay paltarı geyinməyin dözülməz yüngüllüyünü hiss etmək.

Açıq pəncərədən qəfildən əsən küləyin təravətləndirici sərinliyini hiss etmək.

Təzə biçilmiş otun qoxusunu duymaq.
Ardı →

Günəş yanıqları

Havalar isindikcə hamının fikrindən dənizə getmək və günəş vannası qəbul etmək keçir. Lakin günəş vannası qəbul edərkən hamımızın başına gələ bilən, dəridə meydana gələ biləcək problemlərdən biri günəş yanığıdır. Hamıya məlum olduğu kimi, onun ən fundamental həllərindən biri isə günəşdə yanmadan əvvəl tədbir olaraq qoruyucu bir günəş kremi istifadə etməkdir. Lakin kremdən istifadə etmədikdə yanıq problemi yaşandıqda məlum olan bir neçə təbii üsulu sizə təqdim edirik.
Bir neçə çiyələk dənəsini götürüb ortasından şaquli bir şəkildə iki hissəyə ayırın və yanan yerləri iç səthi ilə yaxşıca silin. Ən yaxşı həllərdən biri olduğunu görəcəksiniz. Bundan əlavə bir paketə buz doldurub yanan yerə kompres şəklində qoya bilərsiniz. Aloe vera gelini isə nazik bir təbəqə halında bədənə sürtüb istirahət edə bilərsiniz. Ən çox istifadə olunan üsul isə bədənə qatıq sürtməkdir. İncə bir təbəqə şəklində sürtdükdən sonra 10-15 dəqiqə gözləyin. Ardından soyuq bir duş qəbul edin. Çox böyük günəş yanıqlarında isə ləyəni ilıq suyla doldurun, içinə iki stəkan alma sirkəsi (həqiqi olmasına diqqət yetirin) əlavə edin, suyu bir az qarışdırıb homogen hala gətirin. 15 dəqiqə içində istirahət edin. Ardından yuxarıdakı təkliflərdən birini tətbiq edə bilərsiniz. Eyni duşu alma sirkəsi yerinə yarım stəkan soda ilə də edə bilərsiniz.


Davamı →

Yayda aqressivləşmə

Sürücü qəfil avtobusu saxlayır, hirslə yerə düşür, dayanacağa çatana qədər yolda “qaraladığı” digər marşrut sürücüsünün üstünə şığıyır, əlbəyaxa döyüş başlayır, ətrafdakılar onları zorla sakitləşdirir...
Mağazada satıcı qızın 1 kilo konfet çəkməsini gözləyən kişi bir az ləngimə görən kimi səsini qaldırır, mağaza rəhbərliyini çağırır, başqa bir dava başlayır...
Yolda siqnalların səsi qulaq batırır, aqressiv sürücülər bu tıxacda bir-birinin ətini belə yeməyə hazırdılar...

Bu sayaq aqressiv insan mənzərələri kifayət qədərdir. Çünki yay gəlib — dözülməz istilər insanların orqanizminə, xüsusən də əsəb sisteminə mənfi təsir göstərir. Hər səhər evdən çıxıb işə gələnə qədər ən azı dörd-beş insidentin ya şahidi, bəzən isə iştirakçısı olursan. Adi bir anlaşılmazlıq və ya neqativ hal bircə anın içində böyük bir qalmaqala çevrilir. İnsanlar od ələyən günəşin heyfini bir-birinin canından çıxarmağa kökləniblər. Və bu hal təkcə Azərbaycan insanına məxsus deyil. Statistikalar, dünya təcrübəsi və yaydan xətasız-bəlasız çıxmağın yolları ilə tanış olmaq istəyirsinizsə, buyurun.


Ardı →

Yayda yemək yeyərkən

Yay səbirsizliklə gözlədiyimiz fəsillərdən biridir. Bu da təbiidir. İstirahət etmək, yaxşı dincəlmək üçün çox adam bu fəsli seçir. Lakin yayda müəyyən təhlükələrdən də qorunmaq lazımdır. İstilər düşən kimi həm günəşin yandırıcı şüalarından, həm də müxtəlif qida zəhərlənmələrindən məlumatsız adamlar əziyyət çəkirlər. Ərzaq məhsullarından zəhərlənmə yüngül, orta və kəskin şəkildə olur. Təhlükəli yoluxmalardan və xəstəliklərdən qorunmaq üçün hamı gün ərzində təmizliyə, fərdi gigiyenik qaydalara daha çox əməl etməlidir.
Ardı →

Yayda necə qidalanmalı

Hər mövsümdə olduğu kimi, yayda da sağlam qidalanmaqla bəzi sağlıq problemlərini azaltmaq mümkündür.
Yayda havanın temperaturunun yüksəlməsi ilə qidalanma vərdişlərindəki dəyişikliklərlə birlikdə yüksək təzyiq, ürək çatışmazlığı da müşahidə edilməkdədir. Bundan başqa isti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi, huşunu itirmə hissi və ürək bulanma kimi sağlamlıq problemləri də ola bilər. Xüsusilə körpə və uşaqlarda ishal olma riski, qida zəhərlənmələri artır. Ancaq sağlam və balanslı bəslənmə ilə yay aylarında sıxlıqla görülən bu cür sağlamlıq problemlərinin azaldılması mümkündür.
Türkiyə mətbuatına istinadən, diyetoloq Berna Ertuğun yayda tətbiq oluna biləcək doğru qidalanma ilə əlaqədar məsləhətlərini təqdim edirik.


Ardı →

İsti havada nə etməli?

Temperaturun normadan artıq olduğu bir vaxtda isti havalarda rahat yatmanın yolları izah edilib.

Stress: İdman edin (amma yatmadan iki saat əvvəl yox), stressdən uzaq durun. Balanslı bəslənin, siqareti tərgidin. Çay və qəhvəni azaldın.
Səs-küy: Küçədəki səs-küyün qarşısını almaq, səsli cihazları yataq otağından çıxarmaq çarə ola bilər.
İşıq və elektrik cihazları: Yatmadan öncə onların hamısını söndürün, pərdələri çəkin. İşıq yuxuya mane olar. Elektron cihazlar, hətta gecə lampası da daxil olmaqla istiliyi artırır.
Yataq: Mütəxəssislərə görə, yataq ən az 180x240 sm ölçülərində olmalıdır.
Spirtli içkilər: Yatana yaxın spirtli içkidən uzaq durun.

Kondisioner alın: Uyğun böyüklükdə və gücdə kondisioner alın. Kondisioneri çöldəki temperaturdan 5-6 dərəcə aşağı temperatura nizamlayın.
Cib telefonu: Fransada aparılan bir araşdırmaya görə, yataq otağında cib telefonunun zəng çalması yaxşı yuxudan təxminən 50 dəqiqə oğurlayır.
Çox yeməyin: Həddindən artıq yağlı və şəkərli yeməklər yatmağa imkan vermir. İsti havada yüngül yeməklər eyin və yemək ilə yuxu arasında ən az üç saat fərq qoyun.
Su: Tərləmə su və elektrolit itkisinə gətirib çıxarır. İstidə sərinləmək üçün bol su üçün. Gündəlik ehtiyac 1.5 litrdir.
Duş qəbul edin: Yatmadan əvvəl ilıq bir duş almaq yatmağa kömək edər. Duşdan sonra saçınızı yaş saxlamaq da faydalı olar.


Davamı →

Yayda düzgün həyat tərzi

1.Yay aylarında qida rasionunuzu rəngbərəng edin. Bu aylarda xüsusilə qırmızı kələm, narıncı yerkökü, yaşıl brokoli, yaşıl alma, qırmızı pomidor, bənövşəyi badımcan, yaşıl lobya və sairə rəngarəng meyvə tərəvəzə üstünlük vermək məsləhət görülür. Mütəxəssislərin sözlərinə görə, meyvə-tərəvəzin tərkibindəki beta-karoten kimi rəngverici maddələr xərçəng riskini azaltmaq qabiliyyətinə malikdir. Bu nəticələri Avropa Xərçəng Araşdırma Mərkəzi də (EPIC) təsdiqləyir.
Ardı →