Yayda dəriyə qulluq | 7 qayda

Gün şüaları dərinin daha tez qocalmasına səbəb olur. Tibdə hətta xüsusi termin «fotoqocalma» (günün təsirindən qocalma) var. Əksər kosmetoloqlar dərisinin cavanlığını və gözəlliyini qorumaq istəyən qadınlara «zaqar» etməyi tövsiyə etmir, əksinə dərini gün şüalarından mümkün qədər qorumağa cağırırlar.

Yay aylarında dəriyə qulluğun əsas 7 qaydası:
1. Susuzlaşmaya yol verməyin. Gün ərzində kifayət qədər su için. Bu dərinin vəziyyəti üçün olduqca vacibdir.
Davamı →

Günəş kremini necə seçməli?

Quru dərilər
Əgər dəriniz qurudursa, seçəcəyiniz günəş qoruyucu kremi spirt tərkibli olmamalıdır. Dərini nəmləndirən, aloe vera və ya qliserin ehtiva edən günəş kremləri istifadə etməlisiniz. Losyon kremlər, daha maye konsistensiyada olduqları və məsamələrin tıxanmasını qoymayan kremlərə üstünlük verməlisiniz. Yay ayları ilə yanaşı, qış aylarında da ən azından əl, boyun, üz kimi açıqda qalan bölgələrə günəş qoruyucu krem sürtməyi vərdiş halına gətirməlisiniz.

Həssas dəri
Əgər həssas bir dəriniz varsa, günəş qoruyucu seçərkən əlavə diqqət göstərməlisiniz. Qoxulu olmayan, allergik reaksiyalara gətirib çıxarmayacaq günəş kremləri seçiminiz olmalıdır. SPF 50 və yuxarı günəşdən qoruyucular tətbiq etməyinizdə fayda var.
Davamı →