Yayda düzgün qaralmaq

Yayda mükəmməl qaralmış dəriyə sahib olmaq üçün bunlara diqqət edin!

SPF - Tərkibli kremlər alın. Bu kremlər dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Dodaqlarınızı və saçlarınızı unutmayın. Onlara SPF tərkibli yağlar çəkə bilərsiniz. Qaralmaq üçün ən yaxşı vaxt saat 9-dan 11-ə kimidi.

Dərinin dözümlülüyünü artırın – Günəşin altına çıxmazdan əvvəl qoruyucu krem çəkin. Tətilə çıxmazdan 3 həftə əvvəlcədən hər gecə qoruyucu krem çəkin. Beləcə dərinizin “stratum corneum” qatı güclənəcək və yanıqlara qarşı dayanıqlı olacaq.

Sızanaqların qarşısını alın – Günəş kremi alarkən tərkibini mütləq oxuyun. Bəzi günəş kremləri dəri və kürəkdə sızanaqların çıxmasına səbəb ola bilər. Günəş kremi almazdan əvvəl üstündə “oil free” yazıldığına əmin olun.
Ardı →