Albert Kamyu (həyatı)

Fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957), sağlığında «Qərbin vicdanı» adlandırılmış Albert Kamyu Əlcəzairdə doğulmuşdu. 

Əslən elzaslı atası Lüsyen Kamyu kənd təsərrüfatı plantasiyalarında fəhləlik edirdi. O Albertin 1 yaşı tamam olmamış Birinci dünya müharibəsi cəbhələrində həlak olmuşdu. İspan mənşəli anası Katrin Sintes azsavadlı qadın idi. Ərinin ölüm xəbərini alanda stressdən dili tutulmuşdu. Oğlunu saxlamaq üçün evlərdə qulluqçuluğa başlamış, Albert isə daha çox nənəsinin və əlil dayısının himayəsində böyümüşdü. Kiçik yaşlarından taleyinə bu qədər çətinliklər düşməsinə baxmayaraq, özünə qapanmamışdı.


Davamı →

Yazıçı sənəti | Yuhan Borgen

Yazıçı olmaq – öz qəlbini, duyğularını insanlara etibar etmək deməkdir. Əlbəttə, fikiri ifadə etməyin digər yazı formaları da mövcuddur. Onlar istənilən sahəni – elmi, texnikanı, sənətkarlığı, fəlsəfəni, siyasəti, dini əhatə edə bilər. Sonuncu üç sahənin əsasən müəyyən üslub istiqamətləri barədə danışa bilərik. Təşviqat, təbliğ etmə də məhz belə əmələ gəlir. Nəticədə isə ifadə etməyin qarışıq formaları yaranır. Onlar asanlıqla transformasiya olunaraq bizim adlandırdığımız bədii ədəbiyyata çevrilə bilirlər. Bu anlayışlar arasındakı fərqi həmişə asanlıqla aradan qaldırmaq olmur. Zəmanəmizdə taleyini bədii ədəbiyyata bağlamış insanlar bu ifadəni işlətməyi heç də xoşlamırlar. Çünki bu söz olduqca təmtəraqlı səslənir. Əvəzində isə biz həvəslə “balletristika” (“uydurma”) terminini işlədirik. Əslində bu termini çox da uğurlu saymaq olmaz.
Davamı →