Qatarda | İsi Məlikzadə

İsi MəlikzadəGecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

Stansiyada adam az idi. Vaqona oxşayan bircə uzun bina vardı burda. Sabit çölü içindən işıqlı olan bu binada xeyli aralıda, skamyada tək-tənha oturub siqaret çəkirdi və burda adda-budda gəzişən cavanların gözlərinə görünməməyə çalışırdı. Bu rayon cavanlarının pis bir xasiyyətləri vardı: tanımadıqları adamın üzünə elə zəndlə baxırdılar ki, adam başını soxmağa yer axtarırdı. Sabit çəkinirdi onlardan. Bircəciyi gördümü – bəsdi – o birilərini də duyuq salacaqdı: «Əyə, sən öləsən, Sabit Mirzədi bu. Artist… Kinoda oynayır ha…» Vəssalam! Yığışacaqlar Sabit Mirzənin başına, qoymayacaqlar fikirləriylə təkbətək qalsın, siqaretin arın-arxayın, çəksin, yan-yörəyə gözləri dolusu baxsın…

Qatar vaxtında gəldi. Sabit vaqona qalxa-qalxa arxaya baxdı; ondan savayı bu vaqona minən yox idi. Qapının ağzında dayanan vaqon bələdçisi Sabitə çox zəndlə diqqət yetirirdi, deyəsən, tanımışdı onu. Sabitin kişi bələdçilərdən xoşu gəlmirdi – kişi parovoz sürər, təyyarə sürər, deyirdi, day kupelərdə döşəkağı paylamaz.


Ardı →

Milan Kundera

Milan KunderaO, qeyri-ciddi bir gündə, 1929-cu ilin 1 aprelində Çexiyanın Brno şəhərində doğulub. Atası universitet rektoru olub, gələcək yazıçının dünyagörüşünün formalaşmasında atasının həlledici rolu olub.

İkinci Dünya müharibəsindən sonra Kundera Praqa Universitetinə daxil olub. Qayğısız tələbəlik həyatı yaşayıb.

Onun mənsub olduğu nəsil atalarının dəyərlərindən üz çevirir, Kommunist Partiyasına daxil olurdular və onlardan bir çoxu üçün xəyallarla gerçəklik arasındakı yüngül sərhəd getdikcə daha çox silinirdi. 50-ci illərin əvvəllərində Çexiyanın siyasi həyatında bir sıra dəyişikliklər baş verdi.

Zaman birmənalı şəkildə bəyan etdi ki, Çexoslovakiyada böyük sosializm quruculuğu işi heç bir zarafatı qəbul edən deyil və onda Kundera kimi minlərlə “zarafatcıl” vətəndaş kompartiyadan, tutduğu vəzifədən, təhsil aldığı ali məktəbdən çıxarıldı.

Kunderanın özünü isə individualist olduğuna görə partiyadan çıxardılar. Onun siyasi bəsirətsizlikdə günahlandırılan qəhrəmanlarının da başına oxşar hadisələr gəlir.
Ardı →

İsi Məlikzadə

İsi MəlikzadəYazıçı-dramaturq İsi Məlikzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun nəsr əsərləri haqqında istər sağlığında, istərsə də  ölümündən sonra bir çox ədəbiyyatşünaslar, tənqidçilər, görkəmli alimlər, qələm dostları öz sözlərini deyib.
"İsi Məlikzadə Azərbaycan üçün Əbdürrəhim bəy Haqverdiyev səviyyəsində parlaq ədəbi sima idi" (Əkrəm Əylisli, xalq yazıçısı); "İsi Məlikzadə nəinki Azərbaycanın, həm də dünyanın maraqlı, oxuna bilən ziyalılarından və yazıçılarındandır" (Əli Rza Xələfli, şair).

Bu yazıya sığa bilməyən deyimlərlə, xatirələrlə yanaşı, dəyərli monoqrafiyalar və dissertasiya mövzuları da var. Görkəmli ədəbiyyatşünas alim Yaqub İsmayılovun "İsi Məlikzadə — söz sərrafı, nəsr ustası" monoqrafiyasını, görkəmli alim Rəhim Əliyevin «Müdrik sadəlövlük» adlı geniş həcmli məqaləsini, Sevinc Abbasovanın namizədlik dissertasiyasını və ədəbiyyatşünas Nurlana Əliyevanın «Zamanın sözü» monoqrafiyasını xüsusi qeyd etmək lazımdır.
Bununla belə, İsi Məlikzadə  yaradıcılığı tam araşdırılıbmı, təhlil edilibmi? Neçə romanı, povesti, hekayəsi, pyesi var? Adbaad neçə kitabı olduğu haqda dəqiq məlumat varmı? Məlumdur ki, İsi Məlikzadə özü tərcümeyi-hal yazmamışdır. Odur ki, onun həyat və yaradıcılığı, indiyə qədər haqqında yazılanları seçib toplamaq və digər araşdırmalar aparmaqla tamamlana bilər.
Ardı →

Yazmaqdan yorulan yazıçılar

Sevdiyiniz yazıçının daha heç nə yazmayacağı, yaratmayacağını eşitsəniz, necə hiss edərsiniz özünüzü? Bir anlıq yazıçının yerinə özünüzü qoyardınızmı?
Axı doğrudan da yazıçı olmaq asan məsələ deyil. Oxucunun bir “qurtum”da bitirdiyi əsəri yazıçı neçə ilə, üstəlik ağır zəhmətlə yazır. Bəziləri bu ağırlığa dözməyərək qələmini yerə qoymağa məcbur olur. Məgər azdırmı belə yazıçılar?

Bəs nədən yaranır sənətini tərk etmə istəyi? Hər yazıçının özünə görə səbəbləri var, əlbəttə.
Hər hansı bir səbəbdən yazıçılıq fəaliyyətini dayandıran, işini zirvədə tərk edən yazıçıları xarakterizə etmək üçün amerikan yazıçı Herman Melvill vaxtilə “Bartlebi” adlı hekayə yazaraq “Bartlebi sindromu”nun əsasını qoyub.  Bu sindromun qurbanlarını tanımaq istərdinizmi?


Ardı →

İntihar edib uşaqları qorxudan Azərbaycan yazıçısı

Suleyman Sani AxundovStalinin anadan olduğu Qori şəhərində 1876-cı ildə açılan seminariyanın fəaliyyətə başlamasında Mirzə Fətəli Axundovun böyük əməyi olmuşdu. Seminariyanın Azərbaycan şöbəsi 1879-cu ildə Mirzə Fətəli Axundovun layihəsi əsasında açılmışdı.

Axundov təkcə modern Azərbaycan ədəbiyyatının banisi olmaqla məhdudlaşmırdı, o, modern Azərbaycan yazıçılarının bir çoxunun o cümlədən Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Nəriman Nərimanovun təhsil aldığı məktəbin də banisi idi.
Qori seminariyasının müdavimlərindən biri də Süleyman Sani Axundov olmuşdu. İlk yazılarını yazmağa başlayan Süleyman Mirzə Fətəli ilə eyni familiyanı  daşıdığına görə Sani təxəllüsünü soyadının əvvəlinə əlavə etmişdi. Sani ərəbcə “ikinci” demək idi.

Bir əsrdir ki, Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ı uşaqları qorxutmaqdadır. Amma Süleymanın Qoridəki intiharı uğursuzluqla başa çatmasaydı, başqa cür desək şagird Süleymanın həyatı qorxulu bir nağılla bitsəydi, bu nağıl da danışılmayacaq, Qaraca qız da ölməyəcəkdi.

Çörəklə imtahan
Böyük Azərbaycan şairi Xaqani “Çörək” adlı qəsidəsində yazırdı:


Ardı →

Dahi yazarların qəribəlikləri

yazarların qəribəlikləriDahilərin gündəlik həyatda, məişətdə və intim həyatda qəribəlikləri həmişə anlaqsız qarşılanıb. Çünki hamıya elə gəlir ki, onların tam qüsursuz və insanlar üçün nöqsansızlıq timsalı olmalıdır. Həqiqətdə isə bu qeyri-mümkündür – dahilər də bizim kimi insandır. 

1. Onore de Balzak – kofe! 
Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş.

Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş. Hətta yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyü güman olunur. 
Ardı →

Yazıçıların sevdiyi içkilər

Hansı məşhur yazıçı 13 yaşından içməyə başlayıb?
Bəzən oxuduğumuz kitablara, dinlədiyimiz musiqilərə, baxdığımız filmlərə o qədər aludə oluruq ki, onların müəllifləri bizə əlçatmaz kimi görünür. Sanki bizdən biri deyillər heç, sanki bizim kimi içmir, yemək yemirlər. Ancaq dahilər, bizlərdən də çox içib, hətta ölüm həddinə çatıblar… Bəs onların hansı içkiləri sevdikləri sizə maraqlıdırmı?
Ardı →

Jan Mari Qustav Le Klezio

Fransız-Mavriki yazıçısı Jan Mari Qustav Le Klezio Fransanın Nitsa şəhəri yaхınlığında, həkim ailəsində doğulmuşdu. Onun əslən Britaniyadan olan əcdadları ХVIII əsrdə ingilis müstəmləkəsi Mavrikiyə köç etmişdilər. Atası Britaniya hərbi qospitallarından birində cərrah kimi çalışdığından Jan Marinin uşaqlıq illəri Nigeriyada keçmişdi. Müəllifin fikrincə, ailə şəcərəsinin etnik baхımdan genişliyi, rəngarəngliyi, habelə özünün müхtəlif хalqlar və mədəniyyətlərlə təmas qura bilməsi yaradıcılığını qidalandıran və fərqli edən əsas amillərdən biridir.
Ardı →