Biz niyə yazmalıyıq?!

“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, -yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin ekranına zilləməlisənsə, yazma. Pul və ya şöhrət üçün yazırsansa, yazma. Yatağında qadınlar istədiyindən yazırsansa, yazma. Yazmaq ağlından keçirəndə belə ağır gəlirsə, yazma. Əyləşib təkrar-təkrar, yenidən yazmalısansa, yazma. Başqa birisi kimi yazmağa çalışırsansa, unut bunu. İçindən gurultuyla çıxmasını gözləməlisənsə, o halda səbrlə gözlə. O, heç vaxt gurultuyla çıxmazsa, başqa işlə məşğul ol. Onu ilk öncə həyat yoldaşına, qız dostuna, oğlan dostuna, valideynlərinə və yaxud ümumiyyətlə, kiməsə oxumalısansa, sən hazır deyilsən.
Davamı →

Rüstəm Sadiqli-şeirlər

Gənc yazar Rüstəm Rüstəmov da ucqar dağ rayonunda anadan olub. O, 21 dekabr 1995-ci ildə Lerikin Babakücə kəndində doğulub. 2011-2015 -ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində «Təsviri İncəsənət müəllimliyi» ixtisasında oxuyub. Elə həmin illərdə Lənkəran ədəbi mühitində “Sadiqli” təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Tələbəlik illərində «Məşəl» jurnalının xüsusi müxbiri, sonralar isə bədii redaktoru vəzifəsində çalışıb. Dediyinə görə yaradıcılığı ilə bağlı bəzi telelayihələrdə iştirak edib.  2016-2018-ci illərdə müəllim  kimi fəaliyyət də göstərib. Hazırda Bakı Avrasiya Universitetində filologiya ixtisası üzrə ikinci kursda təhsil alır.


Davamı →

Məzə üçün 155 kitab yazan oğlan

Drak Van StollerDrak Van Stollerin adını eşitmişiniz? Söhbət 155 kitabın müəllifi olan bir yazıçıdan gedir.

32 yaşı var. Kitab oxumağa tənbəllik edir, amma bu dəqiqə Amazonda Stoller imzası ilə satışa çıxarılan düz 155 kitab var. Stoller son illərin, bəlkə də, tarixin ən məhsuldar detektiv yazıçısıdır. Yazıçı kitablarının üz qabığını fotoşop vasitəsilə özü edir. Oxucuların rəğbətini qazana bilməsə də, bu qədər kitab yazıb, üz qabığını hazırlamaqda əzm göstərib.

Von Stolleri “Google”da axtaranlar belə bir mənzərə ilə qarşılaşır: ortayaşlı, uşaqüzlü bir adam vampir maskası taxıb və ərinmədən qəbirisitanlığa gedib şəkil çəkdirib. Əslində, o, üç uşaq atasıdır. Çoxları kimi həyatının müəyyən dövründə öz peşəsindən bezib və “Mən nə iş görürəm axı?” deyərək yeni nələrsə etməyə qərar verib. 


Ardı →

Qorxulu Əhvlatlar - "Məzar pıçıltısı"

 

 

“Məzar pıçıltısı”

 

 

Mədə ağrılarından bir neçə gün idi ki, qurtula bilmirdi. Birdən birə gecə növbəsinə çıx, həzm sistemini alt-üst olmasın.  Nə qədər özünə təəccüblənsə də, bədəni tədricən bu dəyişikliyə uyğunlaşırdı. Birinci, ikinci, üçüncü dəfə növbəyə çıxanda gecəni böyük səylə oyaq qala bilirdi. Acı qəhvə, şirin isti şokalad,  hər yarım saatdan bir təmiz havaya çıxmaq....hətta stimullaşdırıcı vasitədir deyə səhvən jenşen cöhvəri qəbul etməsi. Cöhvərin həqiqi təyinatından isə danışmağa dəyməz. Gözlərini yumulmasına qarşı bir vasitə tapa bilmirdi. Ancaq elə ki, sayca dördüncü növbəsinə çıxdı, orqanizmində bu yöndə müsbətə doğru irəliləyiş hiss etdi. Sanki  qan axan yaranın üzü tədricən bağlanmışdı.  


Ardı →

Marsel Prust

Marsel Prust haqqında Marsel Prust
Marsel Prustun “İtirilmiş Zamanın Arxasında” adlı romanını oxumağa cəhd etməmisinizsə, bu yazının yazılmasının səbəbini tam anlaya bilməniz mümkün deyil.

Oxumasanız belə, kitabı əlinizə götürmək kifayətdir ki, Prustun qısa yazmağa alışıq olmadığını anlayasınız. 

Ümumiyyətlə, Prusta qədər böyük romanlar yazmaq ruslara xas idi, amma Prustdan başlayaraq uzun roman yazmaq yarışına fransızlar da qatıldılar.

“Səhər gimnastikası” 
Prustun romanı əlinizə götürüb bir neçə dəfə qaldırmağa çalışın. Əminəm ki, bundan sonra ştanq qaldırmaq üçün səhərlər gimnastika salonuna getmə ehtiyacınız qalmayacaq.

Uzun səfərə yollanarkən onun kitabını özünüzlə götürməyə cəhd etməyin. Çünki aeroportda təyyarəyə mütləq gecikəcəksiniz. Kitabın əlavə ağırlığı ucbatından təyyarənin qapısına qədər qaça bilməniz mümkün deyil. “Yanımda daşımayım” deyib baqaja vermək istəsəniz, onda da ağırlığına görə əlavə pul ödəyəcəksiniz.
Ardı →