Edam olunan yazarlar

Federiko Qarsiya Lorka – XX əsrdə yaşamış məşhur ispan şairi. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür.
İsaak Babel – XX əsr rus yazıçısı. Antisovet təbliğatçısı kimi həbs olunub, daha sonra öldürülmüşdü.
Tomas Mor – İngilis yazar. “Ütopya” əsəri ilə məşhurdur. VIII Kral Henrinin kilsənin başına keçmək istəyinə qarşı çıxdığına görə xain elan olunaraq edam edildi. Ölümündən 400 il sonra Papa tərəfindən müqəddəs adlandırıldı.

Davamı →

Yazı yazmaq nədir? | Stiven Kinq


Yazı yazmaq nədir?

Telepatiyadır, əlbəttə. Bir an dayanıb fikirləşəndə çox məzəli görünür – uzun illər insanlar bu şeyin mövcud olub-olmadığı haqda mübahisə ediblər, C.B.Rhine kimi adamlar telepatiyanı başqa fenomenlərdən ayırmaqdan ötrü dəyərli test prosesini hazırlamaq üçün baş sındırıblar. Bu müddətdə isə telepatiya lap yaxındaymış, E. Ponun «Oğurlanmış məktubu” kimi açıqca dururmuş. Bütün incəsənət növləri müəyyən dərəcədə telepatiyadan asılıdırlar, amma yazı işinin tam arınmış damcıları təklif etdiyinə inanıram. Bəlkə tərəfkeşlik edirəm, amma hətta belə də olsa, yenə yazıya sadiq qalmaq olar, çünki bu haqda dü-şünmək və danışmaq üçün buradayıq.

 Mənim adım Stiven Kinqdir. İndi, 1997-ci ilin dekabrı, qarlı bir səhərdir, stolumun (həmin o çıxıntının altındakı) arxasında oturub, bu bölümün qaralamasını yazıram. Ağlımda çox şey var.
Davamı →

Neyl Qeymandan yeni yazarlara məsləhətlər

İngiltərədə anadan olmuş yazar, daha çox qısa hekayə müəllifi kimi tanınan Neyl Qeyman qorxu, fantastika janrında uğur qazanıb. O, “The Sandman”, “Stardust”, “Coraline” kimi bir çox kitabın müəllifidir. Yazarın gənc və həvəskar yazarlar üçün paylaşdığı məsləhətləri təqdim edirik.
• Yazın. 
• Sözbəsöz irəliləyin. Hər sözü hər yerdə işlətməyin, ən doğru sözü tapın, sonra yazmağa davam edin.
• Başladığın nədirsə, necədirsə olsun, amma onu tamamla. Onu tamamlamaq üçün nə lazımdırsa et, işə yaramayacağından əmin də olsan, tamamla.
• Onu uzun bir müddət gözdən uzaqda saxla, əgər bacarsan, başqa bir adamın yazısıymış kimi oxu. Bacarmasan, fikirlərinə və ədəbi zövqünə etibar etdiyin bir dostundan və ya ədəbiyyat adamından kömək istə.
Neyl Qeymandan yeni yazarlara maraqlı məsləhətlər

Ardı →

Ən çox izləyicisi olan yazarlar

Artıq yazıçıların, şairlərin quş lələyini mürəkkəbə batırıb şam işığında yazı yazdığı dövrlərə az qala nağıl kimi baxırlar. İndinin yazıçıları heç qələmə də ehtiyac duymur. Zəruri qeydlərini ağıllı telefonlarında, mini tabletlərində edir, əsərlərini birbaşa kompüterə yazırlar. Sosial şəbəkələrdə də oxucuları ilə danışır, onların fikirlərini öyrənib, müzakirələr edirlər. Bəs siz onları tanımaq, onları izləmək istərdinizmi? Beləliklə, dövrümüzün “Twitter” şəbəkəsində olan ən maraqlı yazıçılarını təqdim edirik:
Ardı →

Ədəbiyyatın pis qadınları

Ədəbiyyatın “pis uşaqları” deyəndə ağlımıza kimlər gəlir? Martin Amis, Salman Rüştü, Conatan Franzen, Ernest Heminquey.
Bəs qadınlardan yazarlardan kimləri “pis qadın” adlandıra bilrəik? “Flavorwire” saytı hazırladığı ədəbiyyatın “ədəbsiz” qızlarını müəyyənləşdirməyə çalışır. 

 Sapfo (e.ə. 630-570; Qədim Yunan şairəsi)
O Yunanstanın ən məşhur lirik şairlərindən sayılırdı. Lesbos adasında dünyaya gələn Sapfo altı yaşında yetim qalanda qohumları onu orada olan hetera məktəbinə (gənc fahişələrə incəsənəti, rəqs və bədii qiraət, sevişmə qaydalarını öyrədən məktəb) verirlər. Burada onun şairlik qabiliyyəti üzə çıxır və tezliklə Sapfo kübar cəmiyyətin bəzəyinə çevrilir.


Ardı →

Balzak və Tolstoyun uşaqlığı

Onore de Balzak
Onore de BalzakBioqraflarının yazdığına və məşhur yazarın öz xatirələrinə əsaslanaraq əminliklə demək olar ki, Balzak uşaq ikən ana məhəbbətinə möhtac qalıb. Əslən parisli olan anası sırf mənfəət xətrinə az qala atası yerində bir kişiyə ərə gedibmiş. İlk övladı dünyaya gələndə bu qadın onu dayələrə tapşırmağı uyğun görmədi və nəticədə Balzaklar ailəsinin ilkbeşiyi heç qırxı çıxmadan dünyasını dəyişdi. Onore adı verilən ikinci uşağı isə elə ilk gündən dayəyə tapşırdılar və buna görə də gələcəyin dahi yazarı ana nəvazişinə həsrət böyüdü. Sonradan ailədə daha iki uşaq doğuldu. Madam Balzak böyük oğlu Onore ilə müqayisədə onlara hədsiz bağlılıq və sevgi sərgilədi. Şayiələrə görə, bunun bir səbəbi də həmin övladların yasaq eşqdən doğulması idi.

Kənddə dayənin yanında böyüyən Onore məktəb yaşına çatanda Vandom internat-kollecinə verildi. Keşişlər dərs dediyindən orada oxuyan şagirdlər həmin təhsil ocağını türmə ilə monastır arasında bir şey kimi dəyərləndirirdilər. Hətta yay və bayram tətillərində də valideynlər öz övladlarını, müvəqqəti də olsa, doğma evlərinə aparmadıqlarından məktəbdə durum çox gərgin olurdu.


Ardı →

Elif Şafakla müsahibə

“Kişilik də forma kimi əynimizə geyindirilib”

Elif Şafak-Dünyanın müxtəlif ölkələrindən oxucularınız var. Ən çox hansı ölkədən yazırlar?
— Son vaxtlar mənə Azərbaycan, Hindistan, Pakistan, İran, İndoneziya və Ərəbistandan yazırlar. Əvvəllər çox fikir vermirdim. “Twitter”də aktiv izləyirlər.

“İsgəndər” kitabı qadına təcavüz mövzusu ilə diqqət çəkmişdi. Kitab çıxandan sonra təcavüzə məruz qalan qadınlardan sizə yazanlar olub?
—  Çox maraqlı məktublar və e-maillər aldım oxuculardan. Universitetlərdən, həbsxanalardan təkcə qadınlar yox, arvadlarına, yaxud ailə üzvlərinə xəsarət yetirən, təcavüz edən kişilərdən peşmançılıq məktubları gəlirdi.
Mən “İsgəndər”də kişiləri pisləməmişəm. Demək istədiyim bu idi: Kişilik də əynimizə forma kimi geyindirilir.
Bizdə qadın hərəkatları hər şeyi qadınların üstünə fokuslayır, qadının hekayəsini önə çəkir, halbuki atalıq, ərlik, qardaşlıq anlayışının dəyişməyə daha çox ehtiyacı var. Təbii, qadının hekayəsi də vacibdir, amma kişinin hekayəsini bilmədikcə təcavüz cinayətlərini həll edə bilmərik.
Biz qadınlar da cəmiyyətin kişi mərkəzçi olmağında az rol oynamırıq. Oğullarımızı elə böyüdürük, ərimizi güclü görmək istəyirik.


Ardı →

Qabriel Qarsia Markesin etirafları

Qabriel Qarsia Markes — Mən hər zaman serial mətni yazmaq istəmişəm. Gördüyü işlərə görə sevilmək istəyən biri kimi mənim üçün roman yazmaqdansa serial mətni yazmaq daha effektlidir.

— Biz dilin qəlibləşməsi ilə mübarizə aparmalıyıq. “Xalq”, “Demokratiya” kimi sözlər artıq öz qüvvəsini itirib. Seçki təşkil edən hər kəs, özünü demokrat sayır.

— Mən nağıl yazmağa da çalışmışam. Amma alınmayıb. Hətta yazdıqlarımdan birini oğullarım kiçik yaşda olanda onlara oxutdurmuşam. Nağılı oxuyub qurtardıqdan sonra isə onlar mənə dedilər: “Ata məgər sən elə hesab edirsən ki, uşaqlar axmaqdırlar”?

— Xoş olmayan sürprizlərlə qarşılaşmamağa çalışıram. Ekskalatora yox pilləkənlərə, təyyarədən başqa isə hər şeyə üstünlük verirəm.

— ABŞ Cənubi Amerika ölkələrinə böyük məbləğlərdə investisiyalar yatırır. Lakin bizim 1 sent belə xərcləmədən etdiklərimizi onlar hələ də edə bilməyiblər. Biz onların dilini, musiqisini, yeməklərini, sevgilərini, düşüncə tərzlərini dəyişdiririk. Biz onlara, onların bizə təsir etmək istədikləri şəkildə təsir edirik. 

— SPİD yalnız sevginin riskini artırır. Sevgi həmişə təhlükəli olub. O özlüyündə ölümcül bir xəstəlikdir.


Ardı →

Dahi yazarların qəribəlikləri

yazarların qəribəlikləriDahilərin gündəlik həyatda, məişətdə və intim həyatda qəribəlikləri həmişə anlaqsız qarşılanıb. Çünki hamıya elə gəlir ki, onların tam qüsursuz və insanlar üçün nöqsansızlıq timsalı olmalıdır. Həqiqətdə isə bu qeyri-mümkündür – dahilər də bizim kimi insandır. 

1. Onore de Balzak – kofe! 
Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş.

Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş. Hətta yazıçının qəhvənin tərkibindəki kofeindən zəhərlənərək öldüyü güman olunur. 
Ardı →