İslamda yemək qəbulu

Məsələ 2645: Yemək yeyərkən bir neçə şey müstəhəbbdir:
  1. Yeməkdən qabaq hər iki əli yumaq.
  2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq.
  3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar.

Davamı →

Çox yeməyin 5 səbəbi

Yemək gördüyünüz zaman və ya televizor qarşısında oturduğunuz zaman şüursuz şəkildə önünüzdə nə var silib süpürüb mədəyə ötürürsünüz. Səbəbi nə olursa olsun normadan artıq yemək son dərəcə sağlıqsızdır və çəki artımına səbəb olur. Ona görə də çox yemə səbəblərinizi öncədən görün və qarşısını mütləq alın. 

1.Sıxıntı
Həkimlər çox yeməyin altında yatan ən önəmli səbəbin sıxıntı, edə biləcək maraqlı bir şey tapa bilməmək və özünü bədbəxt hiss etmək olduğunu bildirirlər. Ona görə də yeməyə hücum çəkməzdən öncə probleminizi həll edin və başınızı başqa bir şeylə qatmağa çalışın.

2. Sürət
Yeməyə bir başladığınızı və bir də qurtardığınızı xatırlayırsınız və aradan sadəcə 5 dəqiqə keçdiyini hiss belə etmirsiniz. Halbuki yemək yemə müddəti 20 dəqiqə olmalıdır. Odur ki, yeməyinizi yavaşca, hər loxmanı yaxşıca çeynəyərək yeməyi sınaqdan keçirin. Və hər dəfə yemək yediyiniz zaman özünüzü restoranda hiss edin, yeməyi əllə deyil çəngəl bıçaqla yeyin. İnanın həm yeməyin ləzzətini hiss edəcəksiniz, həm də az yeyib doyacaqsınız.
Davamı →

Uşaqlara yeməyi sevdirməyin yolları

Uşaqlara yemək yedizdirmək və sevdirmək anaların ən çox çətinlik çəkdiyi prosesdir. Heç bir xəstəliyi və psixoloji problemləri olmayan uşaqlar, acıyan vaxt yeməyi asanlıqla yeyir.

Lakin bəzi uşaqlar yemək yeməyi sevmir və bütün ailə bundan əziyyət çəkir. Yəni, uşağı yedirmək üçün bütün ailə üzvləri müxtəlif oyunlar göstərməli və əziyyət çəkməli olur. 

Uşaqlara rahat yemək yedirmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:

Yeməyə bir neçə saat qalmış uşaqlara çərəzlər vermək olmaz.

Yemək saatında uşaqlar süfrəyə çağırılmalı və boşqabına ancaq yeyə biləcəyi qədər yemək qoyulmalıdır. 

Uşaq yeməyi yemirsə, onu yeməyi yeməyə israr etmək olmaz. 

Yeməyini axıra kimi bitirib yeyən uşaqlara mütləq xırda da olsa, hədiyyə verilməlidir. Bu onları sevindirir və həvəsləndirir.
Ardı →