Apqar şkalası

Uşaq dünyaya gəldikdən dərhal sonra onun vəziyyəti 0-dan 10-a kimi xüsusi Apqar şkalası üzrə qiymətləndirilir. Bu şkala keçən əsrin 50-ci illərində mamalıqda fəaliyyət göstərən amerikalı professor anestezioloq Virginiya Apqar tərəfindən tətbiq edilmişdir. Bu metodun əsas məqsədi reanimasiya tədbirlərinə ehtiyacı olan körpələrin tez aşkar edilməsidir. İndiyə kimi bu metod bütün ölkələrdə istifadə olunur və yenidoğulmuşun vəziyyətinin ilkin qiymətləndirilməsi üçün ən sadə və etibarlı metod sayılır.

Apqar şklalası üzrə yenidoğulmuşun hər bir əsas göstəricisi ballarla (0-dan 2-yə kimi) qiymətləndirilir. 2 bal (ən yüksək qiymət) — göstərici yaxşı ifadə olunub, 1 bal — göstərici orta səviyyədə ifadə olunub, 0 — göstərici ifadə olunmayıb. Uşağın vəziyyəti doğulduqdan sonra 1-ci və 5-ci dəqiqələrində qiymətləndirilir, bu səbəbdən 2 qiymət göstərilir — məsələn, 8/9.
Davamı →

Yenidoğulmuşlarda doğru bildiyimiz səhvlər

Uşağın əmgəyi böyükdü
Uşaqlarda əmgəyin ölçüsü bizim üçün çox önəmli deyil. Belə ki, əgər baş çevrəsi hər ay böyüyürsə və ölçüləri yaşına uyğunsa narahat olunacaq bir şey yoxdur və Calsium preparatına ehtiyac yoxdur.

Uşağın əmgəyi balacadı və kəllədaxili təzyiqi vardır
Yuxarıda qeyd etdiyim kimi başın çevrə ölçüsü ayına uyğunsa qorxulacaq hal yoxdur. Başın çevrəsi həm də orda mövcud olan tikişlər hesabına böyüyür. 6 ayına qədər uşaqlarda gözündə çəplik, tez-tez dilini çölə çıxartma, alt çənədə əsmə, dərinin mərmərvari rəngdə olması normaldır. Bu kəllədaxili təzyiqi, hipoksiyası anlamına gəlməz, müalicə heç verilməz və vitamini D kəsilməz.

Uşağın qulağında ağrı var
Otit çox ciddi diaqnozdu və onun diaqnozu müayinə zamanı təsdiqlənir. Heç bir halda qulağına hər hansı bir dərman, ana südünü tökmək və ya hər hansı bir müdaxiləni etmək düzgün deyil.
Davamı →