Böyük dayağın maraqlı sirləri

Azərbaycan kinematoqrafiyasında xalqımızın mədəniyyətini, ailə-məişət münasibətlərini özündə qabarıq şəkildə göstərən ekran əsərlərindən biri də 1962-ci ildə Həbib İsmayılovun rejissorluğu ilə ərsəyə gələn «Böyük dayaq» filmidir. Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkilən ekran əsərində dövrün siyasi və əxlaqi xüsusiyyətləri müqayisəli şəkildə göstərilərək tərbiyəvi formada işlənib.
Lakin çox az adama məlumdur ki, bu ekran incisinin əsas hissələri, baş verən hadisələr Tovuz rayonunda lentə alınıb. Filmin çəkildiyi evi ziyarət edərək çəkilişin canlı şahidləri ilə tanış olaq.
Davamı →

"Ölsəm, bağışla" filmi

Uzun illər keçməsinə baxmayaraq hələ də maraqla izlənilən "Ölsəm, bağışla" filmindən bəhs edilir. Filmin ərsəyə gəlməsi, ən hətta ən kiçik epizodun necə çəkildiyinə professional operator Rafiq Qəmbərovla nəzər salacağıq.
Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə ildə Qroznı şəhərində anadan olub. 1966-1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnistitutunun kinooperatorluq fakültəsində L.B. Kosmatovun emalatxanasında təhsil alıb. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar «Azərbaycanfilm» kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olub. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. 1998-ci ildə Azərbaycanın Fotoqrafçılar Birliyini yaradıb və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik edib. Hazırda portret fotolarının çəkilməsilə  daha çox məşğuldur.
Davamı →

"Bəxt üzüyü" filmi | Maraqlı məqamlar

Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında 1991-ci ildə çəkilib. Bəxt uzuyu filmi
Bəxt üzüyü” çəkilməzdən öncə Sumqayıt teatrında bu əsərin çox uğurlu tamaşa həlli olub. O, həmin illərin dillər əzbəri olan tamaşalarından idi. Ona film çəkmək də həmin tamaşanı tarixə salmaq istəyindən yaranıb. 

Bir gün Ramiz Əzizbəyli “Bəxt üzüyü” filmini çəkmək qərarı barədə Vaqif Səmədoğluna bildirib. Bu arada aktrisa Afaq Bəşirqızı özünün baş rola çəkilməsi şərtilə bu filmi çəkəcək rejissor axtarırmış. Təsadüfən istəklər üst-üstə düşdüyündən birləşib filmi çəkməyə başlayırlar.

Film qəhrəmanlardan biri – Saranın bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Burda söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, “xoşbəxtliyə” qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadır.
Ardı →

Əcnəbi filmlər uşaqları qlobalizmin nökərinə çevirir

  • Kino
спокойной ночи малышиBizim “çips”lərimiz yox idi, heç çubuqlu şirələrimiz də. Partlamış qarğıdalıya “pop-korn” deyildiyini lap sonralar bildik. Oyun kompüterlərindən, telefon mesajlaşmasından, on-layn çatlaşmasından tamamən xəbərsiz böyümüşdük. Evində telefon olan ailələrdə, adətən, uşaqlara telefonlara cavab vermək yasaq edilirdi. Uşaqlar televizora bəlli bir saatda baxa bilərdilər. Kənd uşaqlarına nisbətdə şəhər uşaqları daha şanslı idilər, çünki onlara axşam saat 8.45-də “Gecəniz xeyrə qalsın, körpələr” verilişinə baxmağa imkan verilirdi. Sovet uşaqlarının hamısı eyni vaxtda yatmağa alışdırılmışdı. Çünki onların rejimi səhər saat 8-də işdə olmaq məcburiyyətinə qatlaşan valideynlərin yuxu rejimi ilə həmahənglik təşkil etməli idi. Axı uşaqlar valideynlərin 8 saatlıq total yuxu rejiminin qarşılığında, azı 9-10 saat yatmalı idilər. 

Sağlamlıq verilişinin qocaman aparıcısı həkim Əlfəddin Abdullayev böyüklərə həmişə axşam saat 10-da yatıb səhər saat 6-da durmağı tövsiyə edirdi. Sonralar öyrəndik ki, sovet liderləri sutkada çox az, cəmi 4-5 saat yatırlar. Amma adi vətəndaşlardan sutkada 8 saat yatmaq tələb olunurdu. İndi adını xatırlamıram, amma belə bir rus filmi vardı. Fəhlə səhər fabrikdə iş başında mürgüləyirdi. Çünki gecə futbol matçını seyr etdiyindən 8 saat yata bilməmişdi. Sex rəisi buna görə fəhləyə ciddi xəbərdarlıq edirdi ki, onun normaya uyğun yatmaması fabrikdə işin gedişinə mənfi təsir göstərir. Fəhlənin iş yoldaşları nəinki işçilərin özəl həyatına qarışan rəisə qəzəbləndilər, əksinə, yoldaşlarının futbola baxmağından dolayı düşdüyü bu duruma görə onu məzəmmət etdilər: “Vaxtında yatmaq lazım idi, Mişa. Görürsən, vaxtında yatmayanda nə baş verir?”
Ardı →