Həyatdan küskünlər...

Dünyada ən yaxşı şey uşaq olmaqdır. Bütün çirkinliklərdən uzaq olmaq, bir sözlə, günahsız olmaqdır. Lakin indi sosial qayğıya ehtiyacı olan təbəqə arasında uşaqlar da xüsusi yer tutur. Çünki birdən elə yaş dövrü yaxınlaşır və o günahsız uşaq o qədər təcavüzlərə məruz qalır ki, artıq özü də təcavüz etməyə başlayır. Bütün bunlarsa ilk başda ailədən qaynaqlanır. Ailə sevgisindən uzaq qalan bir uşaq təbii ki, həm ailə təcavüzünə, həm də cəmiyyətin zorakılığına məruz qalır. Əfsuslar olsun ki, bu gün bir çox uşaqlar bazar iqtisadiyyatının tərkib hissəsinə çevrilib. Onlar qurban olmağa, satılmağa, həyatın ən pis üzünü belə görməyə məcbur olurlar. Azyaşlı uşaqların əməyə cəlb olunması onların istismar olunmasıdır. Bu gün uşaqlara qarşı zorakılıq, onlardan sui-istifadə tüğyan edir. Hətta valideyni tərəfindən zorlanmaya məruz qalan uşaqlar da az deyil. Məlumdur ki, zəmanəmizdə uşaq alverinə daha çox rast gəlinir. Qeyd edək ki, uşaqlara diqqət və qayğının daha da artırılması onların cəmiyyətə yararlı bir övlad kimi yetişdirməyin lazım və vacib olduğunu diqqət mərkəzinə çatdırmaq üçün bu sahədə fəaliyyət göstərən təşkilatlar lazımi işləri görür.
Davamı →

Ailə qayğısından məhrum günahsızlar

«Düz beş ildir maşın yumaqla məşğul oluram. Atam 3 yaşım olanda bizi atıb getdi. Mən və kiçik bacım Aysel uşaqlıqdan anamın himayəsində qaldıq. Anamın sözlərinə görə, atamdan ayrılarkən bizə nə əmlak verilib, nə də bizi saxlamaq üçün köməklik göstərilib. Anamın qazancı ailəmizi dolandırmağa yetmədiyindən məni internat evinə yerləşdirdilər. Hər mənimlə görüşə gələndə anamın çəkdiyi əzabı görüb ailəmizə kömək etmək üçün 12 yaşımda birinci dəfə internatdan qaçdım. Əvvəlcə bir müddət marşrutda konduktor işlədim. Sonra isə bu işdən uzaqlaşdırıldım. Səbəb isə səsim zəif olduğundan sərnişinləri çağıra bilməməyim idi. Yaşıdlarım kimi məktəbə getməyi, institut oxumağı çox istəyirdim. Amma görünür bu mənə qismət deyilmiş...».
Davamı →

Yetim süfrəsi

Gənc adam, bir əczaxanada şagird olaraq işə girmiş, şirin dili və çalışqanlığıyla qısa müddətdə hötmət qazanmışdı. İstənən dərmanları sürətlə hazırlayarkən, bir tərəfdən də müştəriylə söhbət edərdi. Gələnlər həmişə kefsiz insanlar idi. Lakin şagird mütləq bir ortaq nöqtə tapır və onlarla yoldaşlıq qururdu. Orta yaşlı bir xanım olan əczaçı, şagirdindən çox razı idi. Buna görə də aylığına əlavə artım edirdi.
Gənc adam, edilən bu artımları qeyri-kafi qəbul etdiyi üçün ən bahalı dərmanlardan gizlicə götürməyə başladı. Bunları əl altından satarsa, kasıblıqdan yavaş-yavaş xilas olacaqdı.
Davamı →

Allaha məktub | Yusif İzəddin İsa

O bilmirdi, “Zeynəb” adını ona kim qoyub. Nə vaxtsa ata-anasının, qohum-əqrabasının olduğunu heç düşünməmişdi də. Hətta dünyaya gəldiyindən neçə il ötdüyünü belə bilmirdi. Kaş o hər şeyi xatırlayaydı, çünki bir neçə gündən sonra onun yeddi yaşı tamam olacaqdı!
Hər zaman o, özü haqqında düşünəndə, yaxud küçə boyunca piyada gedəndə günləri, başına gəlmiş hadisələri yadına salardı. Səbəbini bilmədiyi göz yaşları ona heç cürə kömək edə bilməzdi.
Qış gecəsidir. Həmişəki kimi o, Xanım Zeynəb ziyarətgahındadır*. Əyninə rəngi çoxdan solmuş nimdaş, nazik köynək geyinmişdir. Demək olar ki, çılpaqdı. Üzünün rəngi solğun və çox arıq idi.
Ardı →

Balaca qızın xiffəti

Balaca qız hər gün atasının şəklinə baxar, onu oxşayar və öpərdi. Necə də darıxmışdı atası üçün. Artıq iki il idi ki, atasını görmürdü. Valideynləri ayrılmışdı, amma bu balaca qızın dünyadan xəbəri yox idi. O, bilmirdi ki,əslində atası onları tərk etmişdi. Hər gün o, yenə də ümid edirdi ki, atası mütləq axşam işdən çıxıb, onu görməyə gələcəkdi.


-«Nə qəşən koftan var!» — deyə kimsə ona müraciət edəndə o, tələsik cavab verərdi:" Atam alıb!, Mənim atam!" — deyə nazlanardı. Həyətdə də öz həmyaşıdları ilə oynamazdı. Daim şeirlər deyər ,mahnılar oxuyar öz- özünə: " Atam alıb mənimçün rəngli qələm və dəftər, Kitabıma bax budur, gözəl — gözəl şəkillər..." Beləcə, bu minvalla günlər keçərdi.


Ardı →