Yod çatışmazlığının ağır fəsadları

Yod çatışmazlığı və onun fəsadları nədir?
Asiya, Afrika və Latın Amerikası ölkələri, Azərbaycan da daxil olmaqla bir çox Avrasiya ölkələri yod çatışmazlığı üçün endemik bölgələrdir. Tiroid hormonlarının tərkib hissəsi olan yod orqanizmin normal böyümə və inkişafı üçün vacib mikroelementdir. Yod çatışmazlığının səbəb olduğu xəstəliklər səhiyyənin qlobal problemi kim qəbul edilir. Dünya əhalisinin təxminən 29%-i, yəni 1 milyard insan yod çatışmazlığı riski altındadır. 300 milyon insan urdan, təxminən 6 milyon insan kretinizmdən əziyyət çəkir.

Davamı →

Orqanizmdə yod əskikliyinə işarə edən 8 simptom

Yod insan orqanizmi üçün həyati vacib mineraldır. Yod qalxanvari vəzi hormonlarının sintezində böyük rol oynayır. Bu hormonlar orqanizmin bir çox vacib funksiyalarına təsir edir.

Yodun çatışmazlığı qalxanvari vəzinin fəaliyyətini pozur, hipotireozun inkişafına səbəb olur. 2017-ci ildə keçirilmiş araşdırma göstərib ki, dünyada yaşayan insanların 1/3 hissəsində yod çatışmazlığı mövcuddur.

1. Bədən çəkisinin kəskin və «səbəbsiz» artması
Əgər insan qidalanmada heç bir dəyişiklik etməyibsə, lakin buna baxmayaraq onun çəkisi artırsa, bu yod çatışmazlığına işarə edə bilər.
Davamı →

Zob xəstəliyini yarada bilən faktorlar

Qalxanvari vəzin böyüməsinə zob deyilir. Bu xəstəliyin yaranma səbəbləri müxtəlifdir. İlk növbədə, havada, torpaqda, suda və məişətdə istifadə edilən duzda yodun çatışmazlığıdır. Digər amillər kimi stress, radiasiya və birtərəfli qidalanmanı göstərmək olar. Arıqlama preparatlarından istifadə etmək də insanda zob xəstəliyi törədə bilər.Naxçıvan, Şəki-Zaqatala, Quba-Qusar və cənub bölgələrində zob xəstəliyi geniş yayılıb. Qoz ağacının yayıldığı ərazilərdə zob xəstəliyinə tutulanların sayı daha çox olur. Çünki qoz ağacı yodun hamısını özünə çəkir, Zob xəstəliyinin iki forması var: düyünlü və düyünsüz. El arasında bunlara zəhərli və zəhərsiz zob da deyirlər.

Ürəyin tez-tez döyünməsi, titrəmə, tərləmə, arıqlama, tez yorulma, gözlərin qabağa çıxması, boynun ön səthində qabarıqlığın olması və digərləri bu xəstəliyin əlamətləridir. Zəhərli zobun müalicəsinə uzun zaman tələb olunur. Təxminən 12-18 ay. Lakin zob xəstəliyini tam şəkildə müalicə etmək olmur.


Ardı →

Yod çatışmazlığı

Yod orqanizmdə normal inkişaf üçün vacib olan (hətta çox az miqdarda olsa belə) bir elementdir. Buna görə də orqanizmdə yod çatışmadıqda insan həm zehni, həm də fiziki inkişafdan geri qalır.

Yod əslində orqanizmə qida və su vasitəsilə daxil olur. Normal şəraitdə isə orqanizmdə 15-20 milliqram yod olur.
Ardı →