Aura və çakralar

Qədim fələsəfəyə əsasən insanın bədənində 7 enerji mərkəzi və ya çakra vardır. Hər çakra bədənin konkret hissəsində yerləşir və müəyyən orqanlara və problemlərə görə cavabdehdir. 

Çakralardan buraxılan enerji ilə Aura — yəni insanın ətrafında işıq saçan, adi gözlə görünməyən energetik sahə formalaşır və hər çakra auranın həmin çakraya aid sahəsinin yaranmasında və dəstəklənməsində xüsusi rol oynayır.

Çakralar tam açıq olmadıqda və ya zədələndikdə aura tutqun və zəif görünə bilər. Eyni zamanda, əgər siz sağlamsınızsa və emosional cəhətdən az-çox açıqsınızsa, sizin çakralarınız daha açıq və aktiv, auranız daha güclü, enerjili və sarsılmaz olacaq. İnsanın energetik bədənində aşağıdakı çakralar mövcuddur:
Davamı →

Yoqa bel ağrısını sağaldır

Alimlər bel ağrılarının müalicəsində yoqanın xeyirli olub-olmadığını araşdırırlar.
Britaniyada milyonlarla adam xroniki bel ağrısından əziyyət çəkir. Mövcud müalicə metodları isə məhdud təsirə malikdir.

Alimlərdən, yoqa müəllimlərindən və həkimlərdən ibarət dəstə birləşərək 12 həftəlik yoqa kurslarının fərqli təsirə malik olub-olmayacağını müəyyən etmək istəyirlər. Artrit Araşdırma Kampaniyasının dəstəklədiyi bu layihə iki növ yoqada istifadə edilən hərəkətləri nəzərdən keçirəcək.

Yoqa zehni diqqətlə fiziki hərəkətləri nəzərdə tutur. Yoqa bel ağrılarının müalicəsində istifadə edilə bilər. Söhbət İyengar və Hatha Yoqa növlərindən gedir. Ötən 18 ay ərzində bel ağrılarından şikayət edən 18 ilə 65 yaş arasında olan 260-dan çox adam sınaq məşğələlərdə iştirak edəcək.

York Universitetinin sınaqlar şöbəsinin direktoru David Torgerson və direktor müavini Cenifer Klaber Mofetin fikrincə, yoqanın həqiqətən də xeyirli olduğunu sübuta yetirmək üçün daha böyük sınaqlar keçirilməlidir.

Nəzərəçarpan nəticə isə Professor Torgerson deyir ki, sınaqlar yoqanın xeyirli olduğunu sübuta yetirərsə, onda bu, bel ağrılarından əziyyət çəkən xəstələrin həyatını əhəmiyyətli və ucuz şəkildə dəyişmiş olacaq. Yoqa əzələlərin dartılması və möhkəmlənməsi ilə əzələ dözümlülüyünü artırır.


Davamı →

Şirin yuxuya dalmaq üçün yoqa

Gecənin yarısıdı, yatağınıza uzanmısız, ancaq yata bilmirsiz. Təqdim etdiyimiz bu yoqa rejimi sizi rahat yuxudan uzaqlaşdıran əzələ problemlərini həll etmiş olacaq. Bərpaedici özəlliyi olan bu yoqa rejimi bədən və beyninizin dincəlməsinə, dərin yuxuya getmənizə kömək edəcək. Bu hərəkətləri edin, dərindən nəfəs alın və şirin yuxulara dalın! 

İlk öncə dizlərinizi yerə qoyaraq körpü şəklində dayanıb əllərinizi yerə dirəyin. Bədənin orta hissəsini elastik şəkildə aşağıya doğru hərəkət elətdirib başınızı yuxarı qaldırın. Daha sonra bədənin orta hissəni yuxarı qaldırıb başınızı aşağı salın. Sol qolunuzu yerdən götürmədən sağ qolunuzu yuxarı qaldıraraq bədəninizi də o istiqamətdə çevirin. Sonra sağ qolu gətirib sol qolun altından o yana çıxarın. Dizlərinizi yedən tərpətmədən sağ qolunuzu yerə qoyub, sağ çiyninizi yerə söykəyin və sol qolunuzu hərəkət elətdirin.

Eyni  hərəkətləri sol qol üçün təkrarlayın. Dizlərinizi yerdən götürüb yenə eyni çöməlmiş vəziyyətdə əllərinizi yerə söykəyib durun. Sağ və sol ayağınızı növbə ilə qaldırıb aşağı salın. Daha sonra yerə oturaraq sol ayağınızı arxaya uzadın, sağ ayağınızı öndə geriyə qatlayıb oturun. Əllərinizi öndə birləşdirib başınızı üstünə qoyun və rahatlayın. Sağ ayağınızı bükülmüş vəziyyətdə sol ayağınızın üzərinə qoyun və başınızı qarşıya uzadıb dincəlin. Sağ ayağınızı önə  uzadıb sol ayağınızı içəriyə bükün. Sonra sol qolunuzu başınızın üstündən uzadıb sağ ayağnıza toxunun. 


Ardı →

Üz yoqası

Gündə vaxtınızdan sadəcə 30 dəqiqə ayıraraq edəcəyiniz üz yoqası əksər dünya qadınlarının yüz illərdir bəhrələndiyi gənclik formullarından biridir.

«Gənclik yoqası'» olaraq da adlanan üz yoqasını kəşf eden 64 yaşlı Lourdes Çabuk 4 uşaq, 7 nəvə sahibdir. Buna baxmayaraq, illərə meydan oxuyur. Qadınların qorxulu yuxusu olan qırışların düşməni hesab edilən üz yoqası bir çox tanınmış qadınlar tərəfindən də yerinə yetirilir. Edə biləcəyiniz sadə üz yoqası hərəkətləri ilə gəncliyinizi qoruyub saxlaya bilərsiniz.

Üz əzələlərini düzgün şəkildə hərəkət elətdirən üz yoqası həm üzün, həm də bədənin sağlam və gənc qalmasına kömək edir. Müntəzəm olaraq gün ərzində ən az 15-30 dəqiqə edilməlidir.
Ardı →

Yoqa

yoqaAğır iş rejimi, problemlər sağlamlığımızda, psixologiyamızda izlər buraxır. Bu şərtlər altında xoşbəxt olmaq o qədər də asan iş deyil.
Heyf ki, bir çoxumuz stressə dözüm gətirməyib siqaret, içki, narkotik kimi vasitələrə əl atırıq.
Bu vasitələr əlbəttə ki, pozulmuş ruhi və fiziki sağlamlığı daha da bərbad hala salır.

Əsəbdən, gərginlikdən qurtulmağın ən sağlam yollarından biri yoqadır.
Hindistanda yaranan və həyat tərzinə çevrilməkdə olan yoqaya Şahzadə Harridən tutmuş Cenifer Enistona, Devid Bekhemdən Ledi Gagaya qədər bir çox məşhurlar üz tutub. 


Ardı →

Uşaq yoqasının faydaları

Artıq çoxumuzun yoqanın faydalarından xəbərdarıq. Yoqa bizi rahatladır və sakitləşdirir. Yoqa ən çox tətbiq edilən qədim elmdir. 
 
  • uşaq yoqasıƏxlaqlı olmaq yoqanın ən əhəmiyyətli elementidir. 
     
  • Əsas proqramlar fiziki məşq, nəfəs çalışması, boşalma, meditasiya və düzgün qidalanmadır. 
     
  • Qısası yoqa həyat sənətidir. 
     
  • Yoqanın uşaqlara da faydası çox yüksəkdir. 
     
  • Yoqa ilə hər yaşda, hər irqdə, bir sözlə hər bir insan yoqa ilə məşğul ola bilər. 
     
  • Uşaqlar strukturlarından dolayı qısa müddət ərzində fikirni toplaya bilir və əzələləri də hazır olur. Həm də məsuliyyət duyğusuna ehtiyacları var.
  • Yoqa uşaqların ruhi və fiziki baxımdan rahatladır və paylaşma duyğularını da artırır. 
     
  • Yoqa uşaqların konsantrasiyasını inkişaf etdirir, onların məktəbdə daha bacarıqlı olmasına kömək edir. 
     
  • Uşaqların böyüyən vücudlarında əzələləri qüvvətlənir. Bu isə sümüklərin daha güclü olmasına və boy artımına səbəb olur. Yaş artdıqca bədəndə sallanmalar olmur. 
     
  • Uşaqlar yoqa ilə məşğul olarsa, başqa canlıları yaxşı hiss edər və anlamağa başlayar.

Ardı →