Dəniz kələminin faydalı xüsusiyyətləri

Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir.Elə həmin keyfiyyətinə görə o ən faydalı bitkilərdən biri hesab edilirDəniz kənarında yerləşən ölkələrin əhalisinin mətbəxində ondan geniş istifadə olunur. Dünyanın əksər ölkələrində dəniz kələmindən xörəklər hazırlanır.
Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası hesab edirlər. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir.

Davamı →

Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti

  • Flora
Qonur və qırmızı yosunların əksəriyyəti dərin sularda yaşayan dəniz bitkiləridir. Nümayəndələri mikroskopik ölçüdən nəhəng formalara qədər olur. Tallomları sapşəkilli, kürəşəkilli, lövhəşəkilli və s. olur. Yosunlar suyun dibinə sapşəkilli çıxıntıların – rizoidlərin (yun. rizo – kök, eydos – bənzər) və ya tallomun aşağısında olan lövhəşəkilli çıxıntıların köməyi ilə birləşir. Qonur və qırmızı yosunlar avtotrof yolla qidalanır və suda həll olmuş oksigenlə tənəffüs edir.
Davamı →

Çoxhüceyrəli yaşıl yosunlar

  • Flora
Çoxhüceyrəli yaşıl yosunlar. Çoxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən sapşəkilli, lövhəşəkilli və ya digər formalı tallomdan (yun. tallos – cücərti) ibarətdir. Onların əksəriyyətinin toxuma və orqanları olmur. Çoxhüceyrəli yaşıl yosunlara misal olaraq durğun və sakit axan sularda rast gəlinən – ulotriks, spirogira və dənizlərdə yaşayan ulvanı misal göstərmək olar.
Çoxhüceyrəli yaşıl yosunların çoxalması. Çoxhüceyrəli yaşıl yosunlar da qeyri-cinsi və cinsi yolla çoxalır.
Ulotriks yosununun çoxalması. Ulotriksin substrata yapışan hüceyrəsindən başqa hər bir hüceyrəsi dördqamçılı hərəkətli zoospor əmələ gətirə bilir. Onlar suya çıxaraq üzür və əlverişli yer taparaq suyun dibinə çökür. Bölünərək yeni yosun saplarına başlanğıc verir.
Davamı →

Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar

Müasir sistematikada bitkilər aləmi iki yarımaləmə – ibtidai və ali bitkilərə bölünür. İbtidai bitkilərdə ali bitkilərə xas olan orqanlar (kök, gövdə, yarpaq) yoxdur.
İbtidai bitkilərə təbiətdə geniş yayılan yosunlar aiddir və əksər hissəsi su mühitində yaşayır. Lakin onların nümayəndələrinə nəm torpaqda, ağac gövdəsində və hətta qar üzərində də rast gəlinir. Yosunlar qrupuna yaşıl, qonur, qırmızı və digər yosun şöbələri daxildir. Bunların içərisində birhüceyrəli və çoxhüceyrəli formalara rast gəlinir.yosun
Davamı →