Yulaf dəmləməsi

Hələ dahi Hippokrat yulafın faydalı və müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirirdi və yulafı müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyi tövsiyə edirdi. Hippokrat yulaf dəmləməsi ilə qaraciyər, mədə, bağırsaq, dəri və sinir sistemi xəstəliklərini müalicə edirdi.

Yulaf dəmləməsinin resepti:
Yulaf yarmasını qəhvəüyüdəndə üyüdün, 1 x.q. götürüb az miqdarda soyuq suda həll edin, sonra 1 stəkan qaynar suya tökün, qarışdıra-qarışdıra bir neçə dəqiqə vam odd qaynadın. Dəmləməni ilıq halda yeməklər arası için. İçəndən sonra 2 saat ərzində yemək yeməyin. Hər gün təzə dəmləmə hazırlayın və qəbul edin.
Davamı →