Avqolemono şorbası

Yunan dilində bu şorbanın adı — yumurta və limon deməkdir. Turşməzəliyi yaşıl şiyə bənzəyir, amma ondan fərqli olaraq daha doyumludur.

Tərkibi:
2 l toyuq bulyonu
4 x.q. uzun düyü
3 yumurta
3 x.q. limon şirəsi
2 ç.q. tərxun (doğranmış təzə, yaxud qurudulmuş)
duz
istiot

Hazırlanması:
Bulyonu qaynadın, yuyulmuş düyünü əlavə edin. 15-20 dəqiqə, düyü yumşalınca bişirin. Ocaqdan götürməzdən 5 dəqiqə əvvəl bulyondan bir neçə xörək qaşığı götürüb iri kasaya tökün.
Davamı →

Yunan mətbəxi


Yunan mətbəxinin sirri yeməyin birgə yeyilməsindədir. Məhz bu səbəbdən Yunanıstanda süfrəyə çoxlu miqdarda cürbəcür xörəklərdən verilir ki, masanın arxasında əyləşən hər kəs onlardan yesin.

Yunan mətbəxinin dörd dayağı var: təzə inqrediyentlər, göyərti və ədviyatların məharətli istifadəsi (dağda və kənd yerlərindən yığılmış), füsunkar zeytun yağı və xörəklərin sadəliyi. Təsadüfi deyil ki, dünya ölkələrin arasında Yunanıstanın ən aşağı ürək və ürək-damar xəstəliklərin göstəricisi var.
Davamı →