Persey

Persey — Yunan mifologiyasında qəhrəman, Zevs və Danayanın oğludur. Aqos çarı – Akrisiy peyqəmbərə onun oğlunun olub olmayacağını öyrənmək üçün müraciət edir. Ona bildirilir ki, onun öz oğlan övladı olmayacaq, lakin qızı Danayanın dünyaya gətirmiş olacağı oğlan onu öldürəcəkdir. Bundan ehtiyat edən Akrisiy Danayaya heç bir kişi xeylağı yaxın düşə bilməməsi üçün onu zülmət zirzəmiyə salır. Danayanın gözəlliyinə vurulmuş Zevs özünü qızıl yağışa çevirərək, zirzəmiyə sirayət edir və qıza qovuşur, beləliklə Danaya Zevsdən uşağa qalmış olur. Oğlu Perseyi dünyaya gətirdikdən sonra atasından gizlin saxlamağa çalışsa da uşağın ağlaması onu aşkarlamış olur.

Danaya əhvəlatı olduğu kimi Akrisiyə nəql edir lakin atası ona inanmasa da hər ikisini bağlı qutuya salaraq dənizə buraxdırır. Dalğalar qutunu Kiklad adalarına – Serifos sahilinə ataraq, Diktisin balıq toruna salır. Diktisin yanında sığınacaq tapsalar da onun qardaşı çar Polidekt yersiz evlənmə təklifi ilə Danayanı rahat buraxmır.
Davamı →

Qordi düyünü

Qədim yunan əfsanəsinə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir.

Öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə çox mürəkkəb bir düyünlə paytaxtın qala divarlarına bağlayır. Rəvayətə görə, hər kim ki, bu düyünü açmağa nail olardısa, Asiya qitəsinin sahibi olacaqdı.
Davamı →

Dedal və İkar

Afinanın böyük rəssamı, heykəltaraşı və memarı Dedal, Krit adasının çarı Minosun yanında uzun illər yaşamışdı. Minos Zevs və Avropanın oğlu idi. Çar onu Krit adasından buraxmaq istəmirdi, böyük rəssamın yaradıcılığından yalnız özü istifadə etmək istəyirdi.

Minos Dedalı elə bil Kritdə əsir kimi saxlayırdı. Dedal çox fikirləşir di ki, neçə eləsin adadan qaçsın. Nəhayət, o Krit əsirliyindən azad olmağın üsulunu tapdı.

Əgər mən dəniz yolu ilə, quru yolla Minosun hakimiyyətindən qaçmağı bacarmıramsa, qaçmaq üçün səma açıqdır — dedi Dedal. Bax bu mənim yolumdur! Minos hər yerin sahibidir, havadan başqa! Dedal işə başladı. O lələkləri yığdı, kətan saplarla və mum ilə onları birləşdirdi və onlardan 4 böyük qanad düzəltməyə başladı. Dedalın İkar adında bir oğlu da vardı.
Davamı →