Ən çox görülən 30 yuxu

Almaniyada aparılan bir araşdırma, yuxu dünyasının qapısını açdı. Qadınlar ən çox üzür, kişilər qadınlardan daha çox sevişir, gənclər hörümçəkdən qorxur, yaşlılar pul tapır. Ən çox uçmağı sevirik. Təcavüzə məruz qalmaq, kiməsə təcavüz etməkdən daha çoxdur.

Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Ümumiyyətlə niyə yatmağımızın da ağlabatan bir cavabı yoxdur. Amma Almaniyada aparılan bu araşdırma yuxu ilə bağlı bəzi statistik məlumatlar verməkdədir. Sən demə bəzi yuxuları bütün insanlar görür. Dünən gecə siz böyük ehtimalla evlərin, yolların üzərindən uçmusuz. Kimdənsə qaçmısız, bir şeyi təkrar-təkrar etməyə çalışmısız, tanıdığınız, yaxud tanımadığınız biriylə sevişmisiz.


Ardı →

Yuxu haqqında maraqlı faktlar

Yuxusuz qalmağın rekordu 18 gün 21 saat 40 saniyədir. Bu rekord bir yarışmada qırılıb. Yarışmaya qatılan və uzun müddət yuxusuz qalanların çoxu halusunasiya, paranoya, görmə pozuqluğu, danışmağın çətinləşməsi, yaddaşın itməsi və konsantrasiyanın itməsi kimi problemlərlə qarşılaşıblar.

Kiməsə tibbi baxımdan oyaqdır demək çətin məsələdir. Çünki insanlar gözləri açıq olsa da qısa müddətli yuxuya gedə bilirlər. Bəzən isə heç bunun fərqinə də varmırlar.

İnsanların istədikləri vaxtda oyanmalarını təmin edən “təbii zəngli saat” stressdən yaranan hormone sayəsində həyata keçirilir.

“Təbii zəngli saat” balaca bir işıqla aktivləşə bilir. Ancaq həmin vaxt oyanmaq istəməsək, yenidən dərin bir yuxuya dalırıq.

XVII əsrdə insanlar 9-10 saat yatırmışlar.

1998-ci ildə insanın kürək nahiyəsindəki oynaqlarla beynin yuxu hissəsi arasında əlaqə olması aşkarlanıb.


Ardı →