Niyə görə yuxu görürük?

Yuxu, insan təcrübəsinin ən qəribə və hələ də tam olaraq başa düşülməmiş hissəsidir. Gündəlik həyatımızın təxminən üçdə birini yuxuda keçirsək də, bu prosesin arxasındakı elmlər və onun bizim həyatımızdakı əhəmiyyəti tez-tez gözdən qaçırılır. Bu məqalədə, yuxu görmənin fizioloji və psixoloji aspektlərini, onun sağlamlığımıza təsirlərini və yuxusuzluğun ciddi nəticələrini araşdıracağıq. Həmçinin, yuxunun müxtəlif fazalarını və bu fazaların bizim gündəlik rifahımıza necə təsir etdiyini də öyrənəcəyik.


Davamı →

Yuxu rejimi

Yuxu insan həyatı üçün çox vacibli bir amildir. Beyin gün ərzində işləyərək yorulur və insan yatarkən o da dincəlir deyə düşünənlər tamamilə yanılırlar. İnsan yatarkən beyin fəaliyyətini dayandırmır. O işləyir və insanın gün ərzində gördüklərini, öyrəndikləri və oxuduqlarını yaddaşa yazır. Bundan əlavə yatarkən bədənin digər passiv hərəkətlərini də idarə edir. Misal üçün, yatdığınız zaman birdən ayağınız çuxura düşürmüş kimi olub ayılırsınızmı? Bu beynin sizin sağ olub olmadığınızı yoxlaması nəticəsində belə olur. Bədən uzun müddət hərəkətsiz qaldığı üçün beyin bədənin sağ olduğuna şübhə etməyə başlayır və bədənə impuls ötürür. Bunun nəticəsində də ayaq atır və insan birdən ayılır.

Türk yazıçısı olan Erdal Demirkıran «Sadəcə axmaqlar 8 saat yatır» adlı bir əsər yazıb. Bu əsərdə o, insanların daha az yata biləcəyinə inandığını göstərir. Onun dediyinə görə insanlar 4 saat yatmaqla onlara lazım olan yuxu normasını ödəmiş olurlar. Düzdür, 4 saat yatmaqla yaşamaq olar, amma məncə, 8 saat yatmaq qədərlə 4 saat yatmağı müqayisə etməyə dəyməz.
İnsanlar fərqli olduğu kimi orqanizmlərinin inkişaf sürəti də fərqlidir və dolayısıyla hər orqanizmin ehtiyac duyduğu yuxu norması da müəyyən qədər fərqlidir.


Davamı →

Yuxularımız bizə nə deyir?

Yuxularımız möcüzəli nağıllar, maraqlı hadisələr, romantika, döyüş və hadisələrdir. İnsan yuxularında bəzən olan hadisələri, yaşadığı stress və şən anları görür. Yuxu yeganə amildir ki, biz qısa bir müddətdə sevə və ayrıla bilərik, hündürlüyə qalxa və ordan anidən yerə enə bilərik, eyni anda ehtiras və qorxu hiss edə bilərik. Uça bilərik və bu da biz insanları həm maraqlandırır, həm təbii olaraq qorxudur. Ən əsası da odur ki, biz özümüz yuxularımızın yaradıcısıyıq. Lakin yuxudan oyandıqdan sonra bu sualı özümüzə veririk adətən. «Bu nə yuxu idi? Görəsən məni nə gözləyir? Bu yuxu mənə nə demək istəyir?


Davamı →

Ruhumuzun mistikası

Çox təsadüf etmişəm, əksər bəşər övladı elə zənn edir ki, bizlər bu dünyanın mövcudluğunda yalnız bir ömür yaşayırıq. Bu dünyada yaşadığımız müddətdə də yalnız bir ömrün imkanlarını və yaşadıqlarını görürük, yəni bu dünyada yaşamın reallığı qətiyyən digər, heç vaxt görmədiyimiz dünyaların, hətta mən deyərdim ki kainatların reallığına aidiyyatı mövcud deyil və bu heç vaxt mümkün olan reallığa bənzəmir.

Davamı →