Yuxu apnesi

Yuxu apnesi nədir?
İnsanlar çox vaxt yuxuda xoruldamağı ciddi qəbul etməyib, bunu keçirdikləri günün ağır olması ilə əlaqələndirirlər, buna görə də həkimə müraciət etmirlər. Hər gecə xoruladayırsız və yuxudan ayılandan sonra özünüzü yorğun hiss edirsinizsə, sizdə yuxu apnesi ola bilər.

Sağlamlığıza təhlükə yaradan yuxu apnesinin əlamətlərini xəstə özü hiss etmir.
Onun yaxınları çox səsli xoruldamağını, tənəffüsünün bir nəçə saniyəlik dayanmasını, bunun təkralanmasını qeyd edə bilərlər. Yuxuda tənəffüsün 10 saniyədən artıq kəsilməsi, bunun 1 saat ərzində 5 dəfə təkrarlanması sizdə yuxu apnesinin olmasını göstərir.
Davamı →

Uşaqlarada yuxu pozğunluğu

Qadjetlərin insan yuxusuna təsiri istiqamətində aparılmış tədqiqatların əksəriyyətinin nəticələrinə görə, uşaq və yeniyetmələrin sağlamlığına ən çox zərər verən smartfonlar, noutbuklar və planşetlərdir. 

«Beynimizin əsas xronometri işıqdır. Axşam saatlarında işığın gözümüzün tor qişasına daxil olması nəticəsində melatonin qatılığı kəskin şəkildə azalır və beləliklə yatmaq istəyi aradan qalxır, dövri ritmlərdə pozğunluq baş verir. Uşaqların göz bəbəyinin böyüklərə nisbətən daha iri, göz büllurunun isə daha şəffaf olduğu üçün, uşaqlarda işığa qarşı həssaslıq daha çoxdur», — tədqiqatın müəlliflərindən olan, Boulderdə yerləşən Kolorado universitetinin fiziologiya bölməsinin dosenti Monik LeBurjua (Monique K. LeBourgeois) izah edir.
Davamı →

Rahat yuxu üçün içkilər

Ballı süd
Ballı süd yaxşı bir yuxu üçün seçəcəyiniz ilk içki ola bilər.

Bananlı süd
Tərkibində olan maqnezium sayəsində əzələləri rahatladıb melotonin və serotonin hormonlarının yayılmasını da artırır. Beləliklə bədən rahatlanar və yuxunuz da daha şirin olar.

Vanilli süd
Süd təbii bir yuxu dərmanıdır. Tərkibində olan kalsium, triptofan birləşmələri daha rahat bir yuxu yatmağınıza kömək edir. Vanilin rahatladıcı təsiri südlə birləşdikdə daha gözəl nəticə alacaqsınız.
Davamı →

Yuxu arzusunda olanlar üçün 5 məsləhət

Hər bir insan bəzən yatmaq istədiyinə rəğmən, yuxuya gedə bilməmək kimi narahatlıqla üzləşir. Xüsusən valideynlər bu problemlə daha çox üzləşirlər. Arzu olunan rahatlığı tapmaq üçün aşağıdakıları tövsiyyə edirik:

1. Kifayət qədər yuxu almırsınızsa, rejiminizi səhmana salın.

2. Çətinliklə yuxuya gedirsinizsə, gecə vaxtı aşırı qida qəbul etməyin, süd məhsulları və meyvə yeməyin. Əvəzində tərəvəz şorbası yeyin, razyana və nanəli çay için. Çaya 1 çay qaşığı bal əlavə etməyi unutmayın.
Davamı →

Yuxuda danışmaq

Uşaqların 50 %-i, böyüklərin isə 5 %-i yuxusunda danışır. Mütəxəssislər hələ də tam səbəbi bilinməyən bu halın kişilərdə daha çox görüldüyünü deyir. Yaxşı, bəs gecənin bir yarısı yanınızdakı adam yuxusunda danışarsa, nə edəcəyinizi bilirsizmi?

Yuxuda danışmaq nədir?
Yuxuda danışmaq yuxunun hər hansı bir mərhələsindən dolayı yaranan narahatlıqdır. Anlaşılmayan dialoqlar, monoloqlar, tamamilə mənasız sözlər və mırıldanmaq şəklində olur. Yuxusunda danışan adamlar özləri bu hərəkətlərindən xəbərsiz olurlar.
Davamı →

Yuxusuzluqla necə mübarizə etməli?

Yuxusuzluq — yuxunun qeyri-üzvi mənşəli pozğunluğu olub, bir çox xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tez-tez üzləşdiyi şikayətləridir. Yaş artdıqca bu şikayətlərin dərəcəsi də artır və daha çox ailə vəziyyətində problemlər olan qadınlar arasında müşahidə olunur. Bəzi hallarda isə yuxu pozğunluğu bir sıra psixi və ya somatik xəstəliklərin simptomlarından biri olur. Tam yuxusuzluq olmur, yuxunun müxtəlif şəkildə pozulması olur. Ona görə də yuxu pozğunluğunun müalicəsində dərman preparatları kifayət etmir, psixoterapevtik kömək də lazım gəlir. Yuxu pozğunluğu zamanı yuxunun tam olmaması baş vermir, yalnız keyfiyyətsiz yuxu olur.


Ardı →

Yuxu pozğunluğu

Alimlər müəyyən etmişlər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır.
Yuxu pozğunluğunu somnologiya elmi öyrənir. Somnoloqların fikrincə, yer kürəsi əhalisinin 8-18%-i müxtəlif cür yuxu pozğunluğundan əziyyət çəkirlər. İri şəhərlərdə əhalinin 40%-i bu problemlə üzləşir.


Ardı →