Yuxudan erkən oyanmaq üçün nə etmək lazımdır?

Avstraliya və İngiltərə alimləri müəyyən ediblər ki, «bayquşlar» bir neçə sadə addımla öz sirkad ritmlərini — bədənlərinin bioloji saatlarını dəyişib sağlamlıqlarını və ovqatlarını yaxşılaşdıra bilərlər.
Onlar gecə 12-dən sonra yuxuya gedib səhərlər gec oyanan insanların — «bayquşların» həyat tərzini araşdırıblar. Məlum olub ki, hər gün eyni vaxtda yatmaq, kofeindən imtina etmək və səhərlər günəş şüası qəbul etməklə sirkad ritmini dəyişmək mümkündür.
Araşdırmaçılar deyirlər ki, bunlar adi şeylər kimi görünə bilər, amma əməl edilərsə, çox sayda insana fayda verə bilər.

Davamı →