Zəfəran çayının faydası

  • Flora
Bildiyiniz kimi, bir çox bitki çaylarının həddən çox faydaları var. Belə çaylardan biri də zəfəran çayıdır. Zəfəran çayını bütün marketlərdən əldə etmək olar. Bəs zəfəran nədir və hansı faydaları var? 

Zəfəran çayının faydalarını yazmaqla bitməz. Zəfəran çayının xəstəliklərlə yanaşı, arıqlamaqda da rolu böyükdür. Başqa arıqlamaq üçün olan vasitələrdən seçilən zəfəran çayı bədəndə yığılmış artıq yağları əridir. 19 fərqli bitkinin qarışığından əmələ gələn zəfəran çayına heç bir əlavə dadlandırıcı və şəkərli maddə əlavə edilməmişdir.


Davamı →

Bakı zəfəranı

Orta əsrlərdə Bakıətrafı və Abşeron kəndlərində becərilən ən qiymətli bitki və mühüm ixrac mallarından biri də əla keyfiyyətli zəfəran idi. Abşeronda zəfəranın iki növü bitirdi: mədəni və yabanı. Altıillik bitki olan birinci növ daha yüksək qiymətləndirilirdi, onun alqırmızı rəngli çiçəklərindən istifadə olunurdu. Bu qiymətli bitkini səhər sübhdən böyük sahələrdən yığırdılar. İkinci növ zəfəran çox böyük sahələri tutur və ucuz qiymətləndirilirdi. Mənbələrin məlumatına görə, zəfəranı azacıq miqdarda mumla qarışdırır, xırda-xırda doğrayır və bu cür satırdılar.

Davamı →

Zəfəran suyu

Zəfəran dünyada ən bahalı və nadir ədviyyat sayılır. 1 il ərzində bütün dünyada yalnız 200-300 ton zəfəran istehsal olunur. Ən yaxşı zəfəran Hindistan zəfəranı sayılır.

Zəfəran bir çox xəstəliklər və pozulmalar (göz, sidik-cinsiyyət, ürək-damar, nəfəsalma sistemi xəstəlikləri və s.) zamanı müalicəvi vasitə kimi geniş istifadə olunur.

Zəfəran ürək üçün olduqca faydalıdır. Onun tərkibində «qlikozid» maddəsi var. Bu maddə ürəyin fəaliyyətini stimullaşdırır, yaxşılaşdırır, ürəyin sağlamlığını qoruyur.
Davamı →

Zəfəran dəmi

zəfəranAzərbaycan mətbəxində zəfərandan yeməklərə gözəl ətir və rəng qatmaq üşün geniş istifadə olunur. Zəfəran aldığınızda çalışın onu toz halında deyil tellərini alın. Zəfəran telləri uzun müddət saxlandıqdan sonra belə öz təravəti və ətirini itimir. 

Zəfəran dəmi adətən plovlarda, bəzi ət xörəklərində, şorbalar və  şirniyyatlarda  istifadə olunur. Zəfəran dəmini aşağıda izah olunduğu kimi hazırlaya bilərsiniz. Nəzərə alın ki, zəfəranın və suyun miqdarı reseptdən reseptə dəyişə bilər, odur ki, reseptinizdə qeyd edilən miqdarı əsas tutaraq bu ümumi qaydadan istifadə edin.

1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin.

2. Zəfəran tozunu kiçik kasa və ya stəkana qoyub, üzərinə qaynar su əlavə edin. Kasanı nəlbəki ilə örtün. Qoyun kənarda ən azı 10 dəqiqə ərzində dəmlənsin. Sonra isə hazırladığınız dəmi reseptdə tələb olunduğu kimi istifadə edin.

Mənbə: azcookbook.com 


Davamı →

Zəfəran bitkisi

  • Flora
Zəfəran bənövşəyi çiçəyin içərisində olan xoş qoxulu bitkidir. Əsrlərdir dünyanın bir neçə ölkəsində yetişdirilən bu qiymətli bitki onlarla dərdin dərmanıdır. İlk olaraq zəfəran iştah açıcıdır. Onun qoxusu bədənin müqavimətini artırır. Sinir zəifliyini arada qaldırır. Qoxusu sakitləşdirici təsirə malikdir.
Zəfəran tempereturu salır, öskürəyi kəsir. Bu özəlliklərinə görə, astma və bronxit xəstəliklərində faydalıdır. Bundan əlavə bu qiymətli bitki qaraciyər, öd, ürək, göz zəstəliklərinin də dərmanı ola bilər. Zəfəran diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir.
Ardı →

Zəfəran

  • Flora

Yunan əfsanələrindən birində bu bitkinin yer üzündə yaranma tarixçəsi belə təsvir olunur: Merkuri allahının Krokus adlı bir dostu var imiş. Bir dəfə Merkuri disk atarkən təsadüfən Krokusu yaralayır və gənc ölür. Qana boyanmış torpaqdan isə sarı-narıncı rəngli zəfəran gülü bitir. Başqa mənbələrə görə bitkinin latın dilindəki «krokus» adı hətta Homerə də məlum idi. Belə güman edilirdi ki, bu bitkinin ən yaxşı növləri «Kronos» adlı ərazidə yetişirdi. Bəlkə də əksinədir, həmin ərazi zəfərana görə belə adlanlırılıb? Ərəb dilindən tərcümədə isə gülünün borucuqları və dişciklərinin rənginə görə zəfəran «sarı» mənasını verir.


Ardı →

Mixək və zəfəran

  • Flora
Mixək Caryophyllus Aromaticus-qərənfilçiçəklilər (Caryophyllaceae) fəsiləsindəndir.Əsil vətəni Cənubi Asiyadır.Mixək çox qiyməli efir yağlı bitkidir.Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə,həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur.Xüsusən Misirdə,Çində,Romada mixək daha qədimdən becərilir.
Çin etiketində belə bir adət varmış ki,imperatorun qəbulundə olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəslərindən ətirli iy gəlsin.

Ardı →