Saç tökülməsinin müalicəsi

Bəzi hallarda, heç bir müalicə olmadan saç yenidən çıxa bilər. Müalicələr isə saçın tökülməsini yavaşladır, yada yeni saç tellərinin böyüməsi ilə təsir göstərir. Əgər saç tökülməsi hansısa xəstəliyin simptomudursa, onda o xəstəliyin müalicə ilə saç tökülməsinin qarşısı alına bilər.
Amerikada saç tökülməsinin müalicəsi üçün rəsmən 2 dərman nəzərdə tutulub.

Monoksidil (Roqain) – rahatca əldə oluna bilinən bu dərman gündəlik iki dəfə baş dərisinə sürtülür. Bu dərman saçın tökülməsini yavaşladır, və/yada yeni saç tellərinin böyüməsini təşviq eləmək ilə təsir göstərir. 2% və 5%-lik məhlul şəkilində satılır. Bəzən, arzuolunmaz effektləri var, məsələn, baş dərisinin qıcıqlanması və üzə artıq tük çıxması.

Finasterid (Propesia) – bu həkim tərəfindən verilən dərman tabletka şəkilində gündəlik kişilər tərəfindən qəbul olunur. Bu dərman da saçın tökülməsini yavaşladır, yada yeni saç tellərinin böyüməsini təşviq eləmək ilə təsir göstərir. Bəzən, bu dərmanın da arzuolunmaz effektləri var, məsələn, seksual fəallığın azalması, və bəlkə, prostat xərçənginin riskini artırır.


Davamı →

Saçları nazikləşdirən 5 vərdiş

Sən də köhnə fotolarına baxanda saçlarının əvvəl necə güclü və həcmli olduğunu düşünürsən? Hər nə qədər inkar etsək də saçların nazikləşməsi sadəcə genetik səbəblərlə bağlı deyil. Saçlarımıza etdiyimiz bəzi yanlış davranışlar da saçın incəlməsinə səbəb olur.

Çox isti
Saçlarının incəlməsindən şikayətçisənsə, bol buxarlı duşlardan vazkeçin. Eyni dərimizdə olduğu kimi çox isti saç tellərini də qurudur. Saç dərisindəki təbii yağ olan “sebum” isti suyun təsirindən silinir və bu da saçların qurumasına yol açır. Saçları qorumaq üçün ilıq suyla yuyun.

Sıx saç modelləri
Gərgin və sıx yığılmış saç modelləri saç dərisinə və saç tellərinə zərər verir. Özəlliklə yay aylarında bu cür modellərə üstünlük verdiyimiz üçün saç qırılması problemi daha çox yaşayırıq.
Davamı →