Zəlzələ çantasında nələr olmalıdır?

Zəlzələdən sonra sığınacaq yer tapmaqdan başqa istifadə edə biləcəyimiz əşya və qidalar da ən azı onun qədər vacibdir. Buna görə də zəlzələ bölgəsində yaşayan insanların evində mütləqdir ki zəlzələ çantası olsun.
Zəlzələ baş verdikdən sonra qorxu içində olan insanların yaşamaq üçün təbii ehtiyacları olur. Buna görə də mütləqdir ki, hər kəsin evində və ya maşınında hazır zəlzələ çantası olsun.

Davamı →

Zəlzələ zamanı nə etməli?

Zəlzələ zamanı böyük dağıntılar və insan tələfatı olur. Fəlakət zonasında hakimiyyət orqanları yerli əhaliyə müvəqqəti yaşayış, qida və digər zəruri mallarla yardım edir. Zəlzələnin nəticələri ağır olduqda bu prosesə dünya ölkələri də qoşulur. Yaradılan xüsusi fövqəladə hallar komissiyası zəlzələnin nəticələrini araşdırır, dəyən ziyanı hesablayır. Nəticələri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayır.
Davamı →

Azərbaycanda baş vermiş ən böyük 10 zəlzələ

Azərbaycanda baş vermiş maqnitudasına görə ən böyük 10 zəlzələni diqqətinizə çatdırırıq:
1. Şamaxı zəlzələsi ― 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhətli zəlzələ kimi qeyd edilir.
2. Şamaxı zəlzələsi ― 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. 
 3. Bakı zəlzələsi ― 2000-ci il 6.8 bal gücündə. Zəlzələ nəticəsində 30 nəfər dünyasını dəyişib.
Davamı →

Maraqlı faktlar(kiçik hekayətlər)

Alın yazısı
Kəndin yuxarı qurtaracağındakı böyük qəbristanlığın xeyli yaşı vardı.Bunu çürümüş taxta başdaşlarından,çökmüş məzarlardan da bilmək olardı.Kəndin sakinləri qəbristanlığa tez-tez ziyarətə gəlirdilər.Məzarların üstünə şirniyyat,gül-çiçək və s.düzürdülər hər dəfə.Sanki torpağın altında uyuyan əzizləri qalxıb paylarını yeyəcəkdilər.Buraya yaxın evlərdə yaşayanların bəxti gətirirdi,ölülərin paylarını daşıyıb aparırdılar evlərinə,ləzzətlə yeyirdilər onlara rəhmət oxuya-oxuya.Bayram günlərinin birində axşamüstü ailəlikcə pay ovuna çıxan ailələrdən biri məzarların üstünü tərtəmiz yığışdırarkən nə görsələr yaxşıdı:qonşunun zəncirini qırmış yaman iti köhnə məzarlardan birini eşərək çıxartdığı kəlləni ağzına almışdı.Bu «tərbiyəsizlik»itin birinci dəfəsi deyildi,yiyəsi iradları qulaqardına verirdi.Pay yığan adamlar bu mənzərədən dəhşətə gəldilər,iti daşlayıb qovdular.Məzara yaxınlaşıb kəlləni «mənzilinə»qoymaq istəyəndə kəllənin alın hissəsində qəribə dildə yazılmış yazılar gördülər...

Zəlzələ
Nadir kişi çox əzazil,ziyankar adam idi.Kənddə yaşayan çoxlarına pisliyi dəymişdi.Kiminin malını oğurlayırdı, kiminin haqqında dedi-qodu yayırdı və s.yaman da simic idi.Qışda qar istəsən verməzdi.Bu pisliklərlə bərabər 90 il yaşadı.Təbii ki hüzürünə toplaşdılar kənd sakinləri insanlıq naminə.Hələ gülüşə-gülüşə ehsanını  yedilər.Dini ayinlər icra edilib son mənzilə yola salınanda ürəklərində olmasa da dillərində halallıq verdilər.Kişini çiyinlərində yaxınlıqdakı qəbristanlığa dəfn etməyə aparanda elə bil tabutu yelləncəkdə yırğalanırdı.Adamlar vahimələndilər:kişi dalınca kimisə aparacaqdı(dini inanclarına görə beləydi).Qəbirə yerləşdirəndən sonra gözlərinə xeyli torpaq tökdülər.Qardaşının oğlu zarafatla qulağına pıçıldadı:Bax ,burada ağıllı ol,qonşularına ziyan vermə. İşlərini qurtarıb geri evlərinə qayıtdılar.
Yenicə aralanmışdılar ki,qəbristanlığın yanından haradansa gələn bir dəstə qadın keçdi.Onlar təzə qəbrə nəzər saldılar,birdən uğultu qopdu,qəbirdə zəlzələ baş verdi elə bil.Möhkəm silkələndi bir müddət, .Qadınlar başlarını buladılar,Pİs adamı öləndə torpaq da qəbul
etmək istəmir məsələsini xatırladılar.
Davamı →

Yer qabığında aktivliklər

Tektonik proseslərin  təsirindən Yer səthinin ani anda titəməsi zəlzələ adlanır. Zəlzələləri seysmologiya elmi öyrənir. Zəlzələlər dağıdıcı  təsirinə görə 12 ballıq ( Rixter sistemi) şkalası ilə qiymətləndirilir:
1-4 bal –zəif və mülayim;
7 bal- güclü;
8-10 bal- dağıdıcı; 11-12 bal –fəlakətli.                                
Zəlzələlərin gücü və yeri seysmoqraf cihazı ilə müəyyən olunur. Yerin daxilində zəlzələ baş verən yer zəlzələ ocağı və ya hiposentr (10-700km dərinlikdə), hiposentrin Yer səthində olan proyeksiyası zəlzələ mərkəzi və ya episentr adlanır.
Ardı →

Zəlzələ və Sunami I Yaponiya

Neçə gündür dünya Yaponiyadan danışır. Baharın gəlhagəlində təbiətin, qanın oyandığı bir ərəfədə heç kim bu fəlakətə hazır deyildi, heç kim bunu gözləmirdi. Amma o, gəldi — 11mart günü baş verən zəlzələ, ardınca da qorxunc Sunami. Neçə gündür gözlərimiz tv-lərdə, qəzet, jurnal, xəbər saytlarının səhifələrində yayımlanan Yaponiya Sunamisinin ürəkağrıdan şəkillərini seyr etməkdədir. Videoçəkimlərdə başlayan Sunaminin necə addım-addım ölkəni altına almasını — ev, maşın, zavod, gəmi, insan olduğunun fərqinə varmadan hər şeyi udduğunu seyr etmək tükürpədicidir. 
Sonra bütün bu zəlzələlərin, fəlakətlərin əlində əsir qalan aciz insanların əksləri sərgilənir gözlərimiz önündə. Qorxu, dəhşət yağan üzləri, yaralı bədənləri, çarəsizlik ifadə edən səsləri… Nə dediklərini anlamasaq belə təxmin edə bilirik, çünki özümüzü onların yerinə qoyuruq bir anlıq, çünki biz də insanıq, çünki heç birimiz başımıza gələcəklərdən sığortalanmadığımızı belə anlarda daha dərindən hiss edə bilirik. 

Ardı →

Yer qabığında baş verən proseslər. Zəlzələ və vulkanlar

Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır.
Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.


Ardı →