Zəncəfil haqqında bilinənlər və bilinməyənlər

«Zəncəfil sağlamlıq üçün faydalıdır və xalq təbabətində dərman kimi istifadə edilir. Zəncəfilin tərkibində B3, B6, dəmir, kalsium, fosfor, sodyum, potasyum, maqnezym, potasium və digər minerallar var.»
Xalq təbabəti ilə məşğul olan Xatirə Əliyeva, Bizimyol.info saytına açıqlamasında bildirib ki, zəncəfil qanın normal dövranını qoruyur. Tərkibində olan xrom, sink və maqnezium qanın axışını sürətləndirir. Həddən artıq tərləmə, yüksək hərarət və əsmə zamanı faydalıdır. Eyni zamanda bədənin istiliyini normallaşdırır:

Davamı →

Zəncəfilin koronavirusa təsiri varmı?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev zəncəfilin koronavirusa qarşı müsbət təsirinin olması məsələsinə aydınlıq gətirib. O açıqlamasında bildirib ki, nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur.
C.İsayev qeyd edib ki, adlarını sadaladığı məhsullar sadəcə insan orqanizminin immun sisteminin güclənməsinə kömək edir:

Davamı →

Balqabaq, kök, zəncəfil qarışımı

Sağlamlıq üçün müxtəlif qarışımlar, çaylar, məcunlar və sairələr həmişə insanlar tərəfinədən hazırlanılıb istifadə olunmaqdadır. Qarışımları hazırlayanda nələrə diqqət olunmalıdır:

1. Ən başlıcası güclü təsirinin olması.
2. Hazırlandıqdan sonra rahat istifadə olunması.
3. Dadının xoşagələn olması.

Bütün bu saydığım xüsusiyyətlər bu qarışımın tərkibində vardır.
Davamı →

Zəncəfilli içkilər

Zəncəfil maddələr mübadiləsini və qan dövranını sürətləndirmək xüsusiyyətləri ilə tanınır. Bu 2 xüsusiyyətə görə zəncəfil artıq çəkidən xilas olunmağa yaxşı kömək edir.

Sizə arıqlamağa kömək edən zəncəfilli içkilərin reseptlərini təqdim edirik:
1. 2-3 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, 1 dilim limon, 3-4 nanə yarpağı əlavə olunur, üzərinə 200 qr isti su tökülür. 30 dəqiqədən sonra dəmləməni süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için.

2. 1 stəkan təzə qatığın içinə 1 çimdik üyüdülmüş zəncəfil tökün, qarışdırın. Axşam yatmazdan əvvəl bu qarışığı için.
Davamı →

Zəncəfil çayı

zəncəfil cayıOnun qidada istifadəsi yeməklərə unikal dad verir. Amma zəncəfil ancaq yeməklərdə istifadə olunmur, bu gün bir çox insanlar onu arıqlamaq və gözəllik üçün istifadə edirlər. Buna görə də, səhəri gözəl içki — zəncəfil ilə başlayan, uzun illər gənc qalacaq. 

Zəncəfil çayı qan dövranının sürətini artırır və mədənin işləməsini qaydaya salır. Mütəmadi olaraq belə çayın içilməsi dərini möhkəmlədir və bədənin görünü şünü yaxşılaşdırır. Və nəhayət, zəncəfil çayının köməyi ilə qısa bir zamanda hərkəs arıqlaya bilər.

Zəncəfil çayının arıqlama effekti

Artıq həkimlər tam razılığa gəliblər ki, zəncəfil tibbi vasitədir. Zəncəfilin tərkibində olan yağlar çəkinin itkisi üçün güclü təsir göstərir.
Ardı →