Mayonezin zərərləri

Mayonezin tərkib maddəsi yumurtadır. Yumurtadan edilmiş bir məhsul hər kəsə zərərli bir şey olmadığı düşüncəsini oyandırır. Lakin mayonez içinə rəf ömrünü uzatmaq üçün qoyulan, qatqı maddələri mayonei dayanıqlı edir. Lakin çox təəssüf ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də mayonez istifadəsi hər keçən gün artır. Hamburqer, kartof qızartması, makaron kimi yeməkləri az qala mayonez və ketçup cütü olmadan yemirik.

Davamı →

Hazır qidaların zərərləri

Kiçik və ya böyük hər kəsin sevərək istehlak etdikləri hazır qidalar göründükləri qədər zərərsiz deyil! Ölkəmizdə və digər ölkələrdə hazır qidalara çox rəğbət göstərilməkdədir. Ancaq bu hazır olaraq satılan qidalar sağlamlıq baxımından heç də faydalı deyil. Hər nə qədər çox ləzzətli olsalar da, insanlara yalnız zərəri vardır. Bu qidaların həddindən artıq istehlak edilməsi sağlamlığa ziyan vura bilər.

Ancaq şüurlu və kafi səviyyədə istehlak edilərsə, bu vaxt zərəri olmayacaq. Xüsusilə hazır qidanı ən çox istehlak edən ölkələrdən biri ABŞ –dır və burda insanlar kilo problemi ilə mübarizə edir. Bu məhsulların çox istehlak edilməsi nəticəsində piylənmə xəstəliyi olur və insanlardan bundan əziyyət çəkir. Çəki problemi bütün xəstəliklərə zəmin hazırlayan əhəmiyyətli bir faktordur.


Davamı →

Köhnə çayın fəsadları

Çinli alimlər bildirib ki, dəmləndikdən 15 dəqiqə sonra qara çayda zərərli maddələrin görünməyə başlayır.

Alimlər çayın qaldıqca tərkibindəki zəhərli maddələrin artdığını deyib. Tanınmış qidalanma mütəxəssisi Yelena Solomatina köhnə çayın zərərlərini izah edib.

“Çay müxtəlif efir yağlarını ehtiva edir, üzərinə qaynar su tökdükdə, bu yağların bir hissəsi çay yarpaqlarından çıxır və nazik bir təbəqə şəklində suyun səthinə yayılır. Çay içərkən dərhal görə bilmərik, stəkan boşaldıqca qabın divarlarında qara ləkə nəzərə çarpır. Bu təbəqəyə orqanik birləşmələr, taninlər və s. daxildir. Hava ilə təmasda olanda bu maddələr oksidləşir, stəkanda patogen mikroflora yaranmağa başlayır. Xüsusilə çayı şəkərlə içsəniz, mikrobların yaranması üçün lazım olan isti, nəmli və şirin qida mühiti meydana gəlir”, — mütəxəssis açıqlamasında qeyd edib.


Davamı →

Qaza səbəb olan məhsullar hansılardır?

Qaz əmələ gəlməsi orqanizm üçün adi bir prosesdir: həzm zamanı Hava udulur, qidanın həzmi və mədə-bağırsaq traktında bəzi məhsulların fermentasiyası qazların yığılmasına səbəb olur. Çox vaxt yığılmış qazlar özləri orqanizmdən xaric olurlar. Bununla belə, onların həddindən artıq əmələ gəlməsi və mədə-bağırsaq traktının pozulması meteorizm və şişkinliyə səbəb ola bilər. Bu zaman ən çox pəhrizdə olan həddindən artıq qaz meydana gəlməsinin səbəbi istisna edilməlidir.

Orqanizmdə qazlar haradan yaranır?


Davamı →

Avokadonun 10 faydası

Avokado haqqında bilinməyənlər: faydaları və zərərləri

 

Avokado bizim adət etdiyimiz qidalardan olmasa da artıq illərdirki hər kəsə tanış meyvədir. Bəs bu meyvənin faydaları nələrdir? Hansı  ziyanları ola bilər?  Bütün bunlar haqqında bu yazımızda bəhs edəcəyik.

Avokadonun vətəni Meksikadır. Bu meyvəyə “timsah armudu” da deyilir. Tərkibində 20-yə yaxın


Davamı →

Dünyanın ən zərərli mətbəxləri

Ekspertlər insan səhhətinə daha çox ziyanlı olan dünya mətbəxlərinin siyahısını tərtib ediblər.
Ən yüksək kalorili yeməklər Çexiyaya məxsusdur. Burada milli mətbəxin mayalı xəmirdən hazırlanmış yeməkləri pivə ilə qəbul edilir. Elə bu səbəbdən də ölkədə çox sayda insan piylənmədən əziyyət çəkir.
Davamı →

Nişastanın orqanizmdə əmələ gətirdiyi xəstəliklər

Orqanizm nişastanı asanlıqla udub həzm edə bilmir. Bunun baş verməsi üçün orqanizmdə çoxlu kimyəvi reaksiyalar getməlidir. Orqanizmdə nişastanın sorulması üçün şəkərə ehtiyac var. Sadə şəkərin nişastaya çevrilməsi prosesinin texnologiyası çox çətindir. Bu 2-4 saat ərzində baş verir.

Bu müddətdə isə enerji sərfinə və bioloji aktiv maddələrə (B qrup vitaminlər, B2, B3, PP, C və s.) ehtiyac duyulur. Orqanizmdə vitaminlərin və mikroelementlərin çatışmazlığı nişastanın sorulmamasına səbəb olur. Bu zaman isə nişasta orqanizmdə zəhərli maddəyə çevrilir.

Nişasta orqanizm tərəfindən asanlıqla sorulmayan maddələrdən hesab edilir. O yanlız kolloid həll olma xüsusiyytinə malikdir. Nişastanın kolloid həll olması barədə aparılan elmi araşdırmalar onun molekularının əksər hissəsinin misellrdən ibarət olduğunu aşkar edib.
Davamı →

Sağlam qida yoxdur


Veysman İnstitutunun yəhudi alimləri 800 könüllü üzərində qanda şəkərin səviyyəsini ölçüb və bir maraqlı nəticəyə gəliblər.

Araşdırmanın nəticələrinə görə, İsraildə Veysman İnstitutunun alimləri qeyri-adi araşdırma aparıb. Alimlər bir neçə il ərzində 800 nəfərdən ibarət könüllülər qrupunu izləyiblər. Eksperiment iştirakçıları iki qrupa bölünüb. İlk qrup yalnız sağlam qidalar qəbul edib, ikincilər isə sağlam hesab edilməyən məhsullarla qidalanıb: Yarımfabrikatlar, çipsi, qazlı içkilər, dondurulmuş məhsullar və s (bütün tədqiqatda təxminən 47 000 məhsul cəlb edilib).
Davamı →

Böyrəklər üçün təhlükəli məhsullar

ABŞ alimləri böyrəklərin fəaliyyətinə mənfi təsir edən, böyrək xəstəliklərinin riskini artıran məhsulların siyahısını tərtib edib. Araşdırmalar göstərir ki, bu məhsulların çoxlu miqdarda istehlakı böyrəklərə ciddi ziyan vurur.

Alimlərin fikrinə görə, böyrəklər üçün ən təhlükəli məhsul qəhvədir. Bu içki böyrəklərə düşən gərginliyi artırır ki, bu da onlarda pozulmaların inkişafına təkan verir.
Davamı →