Zərflər

Azərbaycan dilində olduğu kimi türk dilində də zərfin mənaca dörd növü var.
1) Tərzi-hərəkət zərfləri: yavaş, çabuk, hızlı, ansızın, hemen, birden, sessizce, acele və s.
2) Zaman zərfləri: dün, bugün, demin, akşamleyin, şimdi, yarın, er geç, erken, öbür gün və s.
3) Yer zərfləri: aşağı, yukarı, ileri, geri, orta, ön, yan və s.
4) Miqdar zərfləri: az, çok, kısmen, kıt, dar, eksik, fazla və s.
Dilimizdə olduğu kimi, türk dilində ayrı-ayrı nitq hissələri adverbiallaşaraq zərf funksiyasında çıxış edir:
yüksekten, alçaktan, çoktan, zaman zaman və s.
Davamı →

Zərflərin əmələ gəlməsi və yazılışı

Zərflər (наречия) müxtəlif nitq hissələrindən əmələ gəlmiş və gəlməkdədir. Bəzi zərflər lap çoxdan yaranmış, sonralar yox olmuş, bəziləri isə bu yaxınlarda başqa nitq hissələrindən düzəlmiş və hazırda rus dilində işlədilir. Misal üçün, по-вражески zərfi вражеский sifətindən düzəlmişdir. Müxtəlif nitq hissələrinə məxsus olan bəzi sözlər də zərflərə keçərək öz əvvəlki leksik mənalarını və qrammatik xüsusiyyətlərini itirmiş, yeni, zərflərə xas olan əlamətlər qəbul etmişlər. Aşağıdakı iki cümləyə diqqət yetirək:
1) вошел в темную комнату.
2) Нельзя действовать втемную.
Birinci cümlədəki темную sözü sifət olub комнату sözü ilə uzlaşaq tək-cəmə, cinsə və hala görə dəyişir (burada темную təsirlik halda işlədilib). Bu sözün leksik mənası «işığı olmayan, qaranlıq» deməkdir. Ikinci cümlədəki втемную sözü isə zərfdir: o, dəyişmir, özü də действовать felinə aiddir. Bu sözün leksik mənası «görmədən, bilmədən, kor-koranə, bəxtəbəxt» deməkdir.
Ardı →

Zərflər

Zərf (наречие) müstəqil nitq hissəsi kimi iş, hal, hərəkət və keyfiyyətə aid olub, onların əlamətini bildirir və başqa sözlərlə əlaqədə dəyişmir. Zərflər əsas etibarilə fellərin, bəzi hallarda isə sifət və habelə zərflərin özünün əlamətini göstərərək, cümlədə əvəzlik vəzifəsini ifadə edirlər:
1) Тогда он встретил под горой старушечку, чуть-чуть живую, горбатую (qozbel, beli bükülmüş, donqar), совсем седую. Burada тогда zərfi встретил felinə aid olub cümlədə zaman zərfliyini (обстоятельство времени) ifadə edir; чуть-чуть zərfi живую sifətinə, совсем zərfi isə седую sifətinə aiddir. hər iki zərf cümlədə dərəcə zərfliyini (обстоятельство степени) ifadə edir.
Ardı →