Özünüzə daha çox zaman ayırmağın 3 yolu

İnsanlardan, etmək istədikləri şeyləri niyə etmədiklərini soruşanda, aldığımız cavab, adətən “Vaxtım yoxdur!” formasında olur. Lakin bu doğru deyil və ola da bilməz, çünki vaxt həmişə var. İnsanlar iş yerində saatlarını keçirər, məsuliyyətlərini şişirdər və əsl zaman ayrılmalı olan şeylərə zaman ayıra bilməyəcək hala gələrlər. Çoxumuzun həyat məqsədi belə yoxdur, bəzilərimiz isə həyat məqsədlərini necə gerçəkləşdirəcəyini bilmir. Özünüzdən soruşun… bizi, davamlı olaraq bir şeyləri istehlak etməyə yönləndirən hal-hazırkı dünyada, xobbiləriniz, maraq sahələriniz varmı və bunlar üçün nə edirsiniz? Özünüzə necə zaman ayırırsınız?

Davamı →

Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz

«Vaxt» mənşəcə ərəb sözüdür, zaman bildirir. İşlənmə məqamından asılı olaraq zamanın müxtəlif çalarlarını da əks etdirir. Məsələn, «Bir vaxt cavan idim», «Vaxtdır, gəlini gətirək», «Vaxt gələr məni xatırlayarsan», «Vaxtsız gələn qonaq kisəsindən yeyər» və s. Vaxt həm də qızıldan qiymətlidir — deyirlər, amma nədənsə bir manatının qədrini yetərincə bilən insan da çox hallarda bu «qızıl»ın, yəni, vaxtın dəyərini o qədər anlamır. Ya bəlkə də vaxt gözə görünmədiyindən hansı qiymətdə, hansı bahalıqda, hansı mərtəbədə olduğu xəyalımıza gəlmir? Deyirlər ki, dünyada ən dəqiq millət almanlardır. Dəfələrlə səyahətlər zamanı biz bunun şahidi olmuşuq. Bəlkə də elə ona görə almanlar dünyanın ən mədəni xalqı sayılırlar. Əslində, dəqiqlik mədəniyyəti çox vacibdir. Bu xəzinəni, analoqu olmayan bu varidatı Tanrı bizə bəxş edir. Onu qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək məhz özümüzdən və bir də ətrafımızdan asılıdır.

Davamı →

Zaman qövslərində hərəkətlilik

«Heç bir şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir.»   A.Koyre
Mətn yolculuğu təkcə gələcəyə istiqamətlənmir, bəzən keçmişə də təsir edir. Yəni bu günün gələcəyə doğru olan hərəkətliliyi hərəkətsiz sayılan keçmişi də arxasınca çəkib apara bilir. Lakin bu sadəcə vizual görüntüdür (oxu: düşüncədir) və əsas mexanizm — itələyici qüvvə keçmişin özüdür. Bunu velosiped təkərlərinin hərəkətinə də bənzətmək olar. Arxa təkəri keçmiş, ön təkəri gələcək kimi düşünsək, vizual görüntüdə arxa təkər ön təkərin arxasınca gedir. Başqa formada desək, ön təkər arxa təkəri arxasıyca çəkir. Amma həmişə olduğu kimi burda da görüntülər daxili məzmunu əks etdirmir. Keçmiş və gələcək çevrələrinin «toxunma nöqtəsi» olan «bu gün»ü də pedallara bənzədib hərəkətləndirici nöqtə ilə bənzətməni tamamlamaq olar. Və ya, zənnimcə, çevrələr nöqtələr çoxluğundan ibarətdirsə, bu çoxluqdakı hər bir nöqtəni də «bu gün» adlandırmaq məntiqsiz sayılmaz.

Davamı →

Zaman nədir?

Zaman – hər gün əlaqədə olduğumuz və keçmiş, bu gün və gələcək kimi xarakterizə etdiyimiz substansiyadır. Zamanın irəliləməsi təcrübəmizdə təcəssüm tapır, gələcək bu günə, indiki zaman isə keçmişə çevrilir. Zaman anlayışı və onun proqressiyası olmadan hərəkət və dinamika haqqında danışmaq faktiki qeyri-mümkündür. Bu, kosmik fəzanı qavrayışımıza bənzəyir.

Davamı →

Zamanı necə düzgün bölək?

Hər bir insan zaman zaman görürük ki, nəyəsə qaçır, zamanı yoxdur və ya zamanı olubda zamanı olmayan biri kimi təqdim edir. Yaşadığımız dünya ədalətlidir, çünki o hamımıza 24 saat verir. Heç kimdən əsirgəmir. Kiməsə 20 saat verib kiməsə 25 saat vermir. Zamanı ədalətli bölüşdürür. Sadəcə insan bu zamanı düzgün dəyərləndirməlidir. Zamanı isə nə dayandırmaq olur, nə stop etmək (öləndə istisna) nə də başqasına vermək olur. Yəni ki, heç bir halda sənə verilən bu resursdan artıq istifadə etmək hüququn yoxdur. Sadəcə edə biləcəyin bir neçə texnika ilə sənə verilmiş zamandan düzgün istifadə edib, effektiv nəticələr əldə edə bilərsən.

Davamı →

Zaman anlayışı və əkizlər paradoksu

Zaman anlayışının tam olaraq başa düşülməsi xüsusilə fizika elmində müsbət mənada çox böyük bir sıçrayışa səbəb olmuşdur.

Simmetrik bir nəhəng olan günəşin doğulması və batması (gündüz-gecə) hadisəsi insanoğlunun əzəldən bəri aşina olduğu bir şey olduğuna görə praktiki həyatında istifadə etdiyi bir çox faktı bu anlayış istiqamətində sıralayıb. Məsələn: səhər qoyunlar otlağa aparılır, axşam isə ağıla qaytarılır.

Deyə bilərik ki, gündüz-gecə dövrü zaman anlayışının ilk toxumudur. Daha sonra insanoğlu çox xüsusi vəziyyətlərlə qarşılaşmış və o an yaşadıqları zamanı və ya daha əvvəl etdiklərini ya da daha sonra edəcəklərini zaman anlayışı ilə təyin etmək ehtiyacı hiss etmişdir.
Davamı →

"Çox gecdir" deyə bir zaman yoxdur!

Universitetin ilk günü dərsdə professorumuz əvvəl özünü təqdim etdi, sonra «Bu il yepyeni bir tələbəmiz var. Çox maraqlı biridir, görək tapa biləcəksinizmi?» dedi. Ayağa qalxıb ətrafa boylanırdım ki, yumşaq bir əl çiynimə toxundu. Döndüm. Üzü əməlli qırışmış bir yaşlı xanım, gülümsəyərək mənə baxırdı.

«Mənim adım Rozadır, gözəl qız. 87 yaşındayam. Tanış olduqsa, səni qucaqlaya bilərəm?»
Güldüm. "Əlbəttə" dedim. Elə ürəkdən qucaqladı ki, " Bu qədər gənc və məsum yaşda niyə universitetə gəlmisiz?" deyə zarafat etdim.
Davamı →

Yolda keçən vaxtdan necə istifadə edək?

Heç kimə sirr deyil ki, hər gün səhər və axşam evlə iş arasında müəyyən zaman sərf edirik. İşə çatana qədər sərf etdiyimiz zamandan məmnunluq və fayda ilə yararlandıqda bütün iş günü məhsuldar keçər. Bəs bu zaman kəsiyi ərzində gününüzü daha faydalı etmək üçün nələr edə bilərsiniz?

1. Motivasiya edici bir şeylər dinləyin 
Podcastlar yaxud audiokitablar, sevimli mahnı və yaxud radio – əhvalınızı yüksəldən amili təyin edin və daha sonradan işə başlamaq da asan olacaq. Əgər fəaliyyətiniz yaradıcılıq ilə bağlıdırsa, konkret məşğulluq sahəniz üçün motivasiya mənbələri axtarın. Nə seçməyinizdən asılı olmayaraq, işə çatana qədər zaman məmnunluq hissi ilə müşayiət olunarsa, bu məhsuldar günün zəmanəti olar.
Davamı →

Kvant Fizikasında Zaman

İlk əvvəl «zaman nədir?» sualı ilə başlayaq. Klassik Fizika dili ilə cavab çox sadədir. Zaman Hadisələrin növbələşmə ardıcıllığıdır. Yəni deyəndə ki, mənim 19 yaşım var, doğulan andan etibarən indiki anınıza qədər keçən hadisələrin toplusunu demiş olursunuz. Günəş çıxır, batır və gün anlayışı ortaya çıxır. Saata görə indiki anımızın zamanını təyin edirik. Ancaq bunlar makrodünyada baş verən proseslərdir. İndi daha da dərinə enərək, mikrodünyada-subatomic səviyyədə bu işlər necə baş verir, ona nəzər salaq.

Bilirik ki, Albert Eynşteyn Nisbilik Nəzəriyyəsini elm dünyasına isbat etdikdən sonra, 3 ölçülü kainat modelinə 4-cü bir ölçü -zaman ölçüsünü gətirdi və artıq koordinat müstəvisində x,y,z və birdə t oxu təsvir olundu. Bildiyimiz kimi makrodünyada zaman irəliyə axır. Bu zaman məhfumu çox ciddi analizlərin başlangıcı olmuşdur. Belə ki, zaman hərəkətlə bağlıdır. Hərəkət varsa zamandan söhbət gedə bilər. Durğun və bütün sistemlərdən kənar cisim üçün zamandan söhbət gedə bilməz. Bir yerdəyişmə, ya da zamanı nəyəsə görə ölçə biləcəyimiz bir sistem olmalıdır. (Günəş, saat və s.).
Davamı →

Sizin üçün ən dəyərli olan nədir?

Heç bir şey üçün zaman tapa bilməzsən. Zaman istəyirsənsə, onu yaratmalısan.
Charles Buxton

Bir kişi uşaqlıqda qoca qonşusu ilə çox mehriban idi, onları dost adlandırmaq olardı.

Amma zaman ötür, kollec və digər əyləncələr ortaya çıxırdı, daha sonra isə iş və şəxsi həyat. Gənc insan demək olar ki, hər dəqiqə məşğul idi, onun keçmişi xatırlamağa heç vaxt qalmırdı, o heç yaxınları ilə birlikdə olmaq üçün də zaman ayırmırdı.

Bir dəfə o, öyrənir ki, qoca qonşuları ölüb və qəflətən o xatırlayır, bu qoca ona çox şey öyrədib və ona vəfat etmiş atasını əvəz etməyə çalışıb. Özünü günahkar hesab edən kişi dəfnetmə mərasiminə getməyə qərar verir.
Davamı →