Qəhvəli zefir

Tərkibi:
  • 125 qr alma püresi
  • 1 ədəd yumurta ağı
  • 70 qr şəkər tozu
  • 7 qr (1 paket) espresso qəhvəsi

Sirop üçün:
  • 130 qr şəkər tozu
  • 75 ml su
  • 5 qr (2,5 çay qaşığı) aqar-aqar

Davamı →

Zefir

Tərkibi:
1 litr kefir
175 qr yağsız xama
1 stəkan şəkər tozu
2 x/q jelatin
2 stəkan su
yarım paket vanil

Hazırlanması:
Jelatini 2 stəkan ilıq suda 30-40 dəqiqə müddətində isladın. Sonra aşağı odda durmadan qarışdırıb, ocaqdan götürün. Soyumağını gözləyin. Bu müddətdə kefir, xama, vanil və şəkər tozunu mikserlə 5-6 dəqiqə qarışdırın. Jelatini kütləyə əlavə edib,5 dəqiqə də qarışdırmağa davam edin.

Hazır kütləni geniş siniyə töküb, soyuducuya qoyun. Tam soyuyub, bərkidikdən sonra, deserti ya bıçaqla ya da qurabiyə formaları ilə kəsib, süfrəyə verin. 
Davamı →

Zefir

Lazım olanlar:
1kq şəkər
2,5 x.q jelatin
1 x.q limon sirkəsi
1ç/q vanil
1ç/q soda

Hazırlama qaydası:
Jelatini 100ml qaynanmış soyuq suda 2 saat saxla. Eyni zamanda 200ml soyuq qaynanmış suda 2 saat saxla, sonra odun üzərində 7-8 dəqiqə qarışdıraraq qaynat və götür. Jelatini əlavə edib 10 dəqiqə mikserdə qarışdır(mikserin sürəti çox olmamaqla). Limon sirkəsini əlavə edib 5 dəqiqə qarışdır. Məhlulu 10 dəqiqə kənarda saxla. Qaba «düzüb» 3-4 saat soyuducuda (dondurucuda) saxla.
Davamı →