DEPRESSİYANIN SƏBƏBİ



Əgər bizdə ciddi psixoloji problemlər, depressiv durum varsa, bu, əksər hallarda uzun bir zamanın, müəyyən proseslərin nəticəsidir. Yəni zamanla, aylar, illər ərzində yığılıb böyüyən məsələ və problemlərin nəticəsidir. Belə demək olar ki əslində bizimlə bağlı bütün proseslər elə beynimizdə, zehnimizdə gedir. Ümumiyyətlə durum belədir ki, əgər hansısa bir məsələdə düzgün qərar vermiriksə və ya hansısa səhv addım atırıqsa bu amil, insana və onun zehninə heç də təsirsiz ötüşmür və zehində, belə desək, bir kəsir, defisit yaradır.
Davamı →

KEÇMİŞDƏ QALMAQ


                     

Feysbukda bizim başqalarından olan gözləntilərimizin çox vaxt cavabsız qalmasının əsas səbəblərindən biri budur:
Real həyatda kimləsə görüşdükdən ya da ünsiyyətdə olduqdan sonra bizdə o adamla bağlı çox vaxt yalnız 1 təəssürat qalır, onun varlığını, kimliyini, həyatını yalnız 1 formada qavrayırıq: «bu adam=mənim dostum», ya da: «bu adam=məni çox istəyən varlıq». Beləliklə biz o adamı, sırf öz kontekstimizdən, yalnız öz mənafeyimizdən görürük. Yəni daha düşünmürük ki o da elə bizim kimi insandır, işi var-gücü var, ailəsi, yaxınları, tanışları var, karyerası, həyata dair planları var. Biz düşünürük ki onun ailəsi də elə bizik, yaxın tanışı da bizik, işi-gücü də bizlə ünsiyyətdə olmaqdan başqa bir şey deyil, həyata dair planları da yalnız bizlə bağlıdır, bir sözlə o yalnız bizim üçün yaşayır!...
Və biz onu, bizimlə olduqdan sonra, başqa vaxtı görmədiyimiz üçün, başqa bir işlə məşğul olarkən görmədiyimiz üçün, başqa bir kəslə danışarkən, başqa bir şey düşünərkən görmədiyimiz üçün, bu illuziyamız, bu fantaziyamız hələ olduğu kimi qalır və «bu adam yalnız mənimçün yaşayır» təəssüratımız davam edir.
Amma elə ki onu feysdə görürük və görürük ki o təkcə bizlə deyil başqa kəslərlə də danışır, dostluğunda yüzlərlə, minlərlə insan var, öz fikirləri, öz planları var, öz yolu, öz mənafeyi var-bax bu an bizim zehnimiz şok verir və biz stressə giririk....
O vaxta qədər yalnız öz dostumuz, yalnız öz tanışımız kimi, hətta özümüzdən asılı bir adam kimi qavradığımız bir insanın bizdən heç də asılı olmadığını, bizsiz də yaşadığını, bizsiz də xoşbəxt olduğunu gördükdə bütün bu illuziyamız dağılır!...
Xüsusən də keçmiş tələbə, sinif və iş yoldaşlarını biz yenidən gördükdə bax belə şoka düşə bilirik. Çünki biz onları, indi olduqları kimi deyil, məhz keçmişdə olduqları kimi görməyə çalışırıq. Tutaq ki bu kəs, bizim keçmiş tələbə yoldaşımızdırsa, 19, 20, 21 yaşlarında təbii olaraq o kəs təcrübəsiz və tam qəlibə oturmamış biri ola bilər, və onun təcrübəsiz olması, bizdən müəyyən asılılığının ya da bizimlə ünsiyyətinin çox olmasına səbəb olmuş ola bilər. Amma o, indi artıq təcrübəlidirsə, özünə həyat yolu seçibsə, yetişibsə və bizimlə artıq eyni tip insan deyilsə, tamam başqa xüsusiyyətlərə sahibdirsə, bizim bu reallığı qəbul etməkdən başqa yolumuz yoxdur! Bir kəs bizimlə tələb yoldaşı olubsa bu, sonsuza qədər belə olacaq anlamını daşımır, ya da kimsə bizlə sinif yoldaşı olubsa bu hər zaman uşaq olacağımız anlamını daşımır. Həyat davam edir, hər şey yenilər, arkadaşlar!
Gəlin insanları, zehnimizdəki qəliblərə uyğunlaşdırmaq yerinə, zehnimizi onlara uyğunlaşdıraq ki şoklarla qarşılaşıb stressə girməyək və reallıqdan uzaqlaşmayaq! Çalışaq ki keçmiş və ya elə indiki tanışlarımızın, bizdən başqa da həyatlarının olduğunu və bizsiz də xoşbəxt ola biləcəklərini qəbul edək! Necə ki biz də onlarsız xoşbəxt ola bilirik!...
Psixoloq Yunis Dürüst
Davamı →