Fitrənin zəkatı

Məsələ 1999: Ramazan bayramının axşamı, günəş batdığı vaxt həddi-buluğ və ağıllı olub, bihuş və başqasının qulu olmayan şəxsə, özü və onun çörəyi ilə dolanan şəxslərin hər biri üçün, bir sa təqribən 3 kiloqram — öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.
Məsələ 2000: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini ödəyəcək bir şəxsi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir.
Davamı →

Zəkatın müxtəlif məsələləri

Məsələ 1969: Ehtiyata əsasən insan, buğda və arpanın samandan ayrıldığı vaxt və xurma ilə üzümün quruduğu vaxt, gərək zəkatı ya fəqirə versin, ya da malından ayırsın. Qızıl, gümüş, inək, qoyun və dəvənin zəkatını isə 11-ci ay tamam olandan sonra, ya fəqirə verməli, ya da malından ayırmalıdır. Amma əgər bir fəqiri gözləyər və ya bir cəhətdən üstünlüyü olan bir fəqirə vermək istəyərsə, zəkatı ayırmaya bilər.
Məsələ 1970: Zəkatı ayırandan sonra, dərhal onu müstəhəqqə vermək lazım deyil. Lakin zəkat veriləcək şəxsə əl çatsa, müstəhəbb ehtiyat odur ki, zəkatı təxirə salmasın.
Davamı →

Zəkatın xərclənməsi

Məsələ 1933: Zəkat səkkiz yerdə xərclənir;
  1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Sənəti, mülkü və ya sərmayəsi olub, onlarla bir illik xərcini ödəyən şəxs fəqir deyildir.
  2. Miskin; fəqirdən daha çətin bir halda olan fəqirə deyilir.
  3. İmamın ya onun naibi tərəfindən zəkatları toplamaq, qorumaq, toplananların hesabını aparmaq və onları İmama (ə.s), naibinə və ya fəqirlərə yetişdirməklə məmur edilmiş şəxs.
  4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (s.ə.v.) gətirdiyi şəriətin bəzisinə imkanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud Həzrət Əmirəl-Möminin Əli (ə.s.) vilayətinə inamı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.

Davamı →

Zəkatın hökmləri

QIZILIN NİSABI
Məsələ 1904: Qızılın nisabı ikidir. Birinci nisabı 20 şəri misqaldır ki, hər misqal 18 noxuddur. Qızıl 20 şəri misqala normal 15 misqala yetişərsə, deyilən başqa şərtlərə də sahib olarsa, insan onun 40/1-i ki, 9 noxud edər, zəkat olaraq verməlidir. Əgər bu miqdara yetişməzsə, onun zəkatı vacib deyildir. Qızılın ikinci nisabı, dörd şəri misqal — normal 5 misqaldır. Yəni əgər üç normal misqal, 15 normal misqala əlavə olarsa, 18 misqalın hamısı gərək 40/1 qərarı ilə zəkatı verilsin. Əgər üç misqaldan az artırsa, fəqət on beş misqalın zəkatı verilir, o artığın zəkatı yoxdur. Həmçinin əgər hər nə qədər artarsa, hökm eynidir, yəni 3 misqal əlavə olunursa, onların hamısının zəkatı verilir. Əgər az əlavə edilirsə, əlavə edilən miqdarın zəkatı yoxdur.
Davamı →

Zəkat

Məsələ 1861: Aşağıda saydan bu bir neçə şeyin zəkatı vacibdir:
  1. Buğda
  2. Arpa
  3. Xurma
  4. Kişmiş
  5. Qızıl
  6. Gümüş
  7. Dəvə
  8. İnək
  9. Qoyun
  10. Lazım ehtiyata əsasən ticarət malı (sərmayə)

Davamı →