Çjuan-çzı və kəpənək

Qədim Çin müdriki Çjuan-çzı bir sə­­hər yuxudan oyanan kimi hönkürməyə başlayır. Başına yığışan tə­ləbələri soruşurlar:
— Nə olub sənə, ustad? Niyə belə zülüm-zülüm ağlayırsan?
Ustad cavab verir:

— Çox çıxılmaz durumdayam. Yuxuda gördüm ki, kəpənəyə çev­­rilmişəm. Tələbələri ona ürək-dirək verməyə girişdilər:
— Eh, adam da bunu özünə dərd eləyər? Hər kəs yuxuda başqa bir şeyə çevrildiyini görə bilər də. Bunda pis nə var axı?

Çjuan-çzı qayğılı halda dedi:
— Məsələ, əlbəttə ki, bunda, yəni çevrilmədə deyil. İndi başım dərd­dən, qayğıdan ayrılmır, içimi şübhə­lər yeyir və üstəlik, bil­mi­rəm ki, bü­tün bunları nəyə və haraya yozum.

Gecə mən, Çjuan-çzı, gördüm ki, bir kəpənəyə çevrilmişəm. Sonra içimi fikir bürü­dü və mən hələ də düşünürəm: bəlkə elə kəpənəyə də elə gəlirmiş ki, o, Çjuan-çzıya çevrilib? Hə?
Davamı →

Quru yarpaqlar

Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək, dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.

Bağı görən-görən heyranlığını bildirir, təriflər sel kimi yağır. Amma bağ salma sənətinin misilsiz ustadı sayılan Lin-çinin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı. Odur ki, qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi.
Davamı →