Mənəvi dalanlara dirənməmək üçün vasitə

Tez-tez insan həyatında çıxa bilməycəyini düşündüyü mənəvi dalanlara dirənir. İnsana elə gəlir ki, hər şey artıq dayanmışdır. Buradan sonrası yoxdur. Buradan o tərəf görünmür. Yoxdur və olması artıq mümkün deyil. Qapalıdır və qapanmışdır. Qalmaq üşün bir məna qalmamışdır. Nəfəsin kəsildiyi son həddir.
Amma doğrudanmı bu, belədir?
— Belə deyildir.
Qarşımızda sadəcə həllini gözləyən bir məsələ vardır və bu məsələ həyatımıza “Tövhid” anlayışının daxil olması ilə həllini tapacaqdır. Tövhid bizim həyatımızda ən əsas məsələdir. Bunu mütləq şəkildə qavramamız gərəkdir. İndi Tövhidin nə olduğuna aydınlıq gətirək.
Davamı →

BərəkAllah nə deməkdir?

Bərək Allah uca Allahın adını istifadə edərək tərifləməkdir.
Bərekallah dediyimizdə Allahın bizə bəxş etdiyi neməti özümüz üçün mübarək etməsini söyləyərik. Allahın sənə bəxş etdiyi şeyin mübarək olmasını diləmiş olursan.

Allah hər şeyə sahibdir və onun bəxş etdiyi hər şeyə şükür etmək lazımdır. Qorumaq istədiyiniz bir şeyə Maşallah Bərəkallah deməyiniz yetərlidir. Allah onu qoruyacaq. Sevdiyimiz şeyləri Allahın adıyla qoruyuruq.

Ardı →

Dua haqqında

Bismillahir rəhmanir rəhim
— Dua-Allah-taalaya yalvarmaq, onu anlamaq, zikr etməkdir.
— Dua-Allah-taaladan yardım istəmək və ona qulluğunu bildirməkdir.
— Dua-ən böyük ibadət və ən qüvvətli bir niyazdır. Duanın qiymətini bilməliyik.
— Dua-ümidsizlərin ümid qaynağıdır.
Ardı →

Zikrin fəzilətləri

Allahın adı ilə
“Zikr” ərəb sözü olub «xatırlama», «anma», «yada salma» kimi mənaları ifadə edir. İslami bir məfhum olaraq isə Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaq deməkdir. O, bəndəlik yolunun yolçuları olan hər bir insanın mənəvi təkamül və inkişafını şərtləndirən amillərdən hesab olunur və ən gözəl, ən üstün ibadət kimi dəyərləndirilir.

Allah Təala Qur’ani-Kərimdə («Bəqərə», 152) buyurur:
“Məni yada salın ki, mən də sizi yada salım”.
Ayədən məlum olur ki, Allah Təala Onu yada salanları, zikr edənləri yada salar. Peygəmbəri-Əkrəm (s) Əbuzərə tövsiyəsində elə bu məqamı bəyan edərək, buyurmuşdur: ”Qur’anı oxu və Allahı zikr et. Cunki zikr etməyin sənin asimanda yad olunmağına səbəb olar və yer üzündə sənin üçün nur olar”.
Ardı →