Gözəlliyin gətirdiyi risklər

İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Həkimlər deyirlər ki, gözəlliyin cazibəsinə aldanıb, sağlamlığınızı təhlükəyə ata bilərsiniz.

Bəzək əşyaları, aksesuarlar bineyi-qədimdən həm dünya, həm də bizim xanımların marağındadır. Geyimlərini tamamlamaq, bəzəklərinə bəzək qatmaq, özlərini daha gözəl görmək və göstərmək üçün bu cür məmulatlar əvəzolunmazdır.

Davamı →

Louis Vuitton sandıqları zinət əşyasına çevrildi


«Petites Malles» zərgərlik markası «Louis Vuitton»un köhnə çamadanlardan ilhamlanaraq qızıl sandıq klonlar yaradıb. Kolleksiya ilk dəfə mart ayında «Louis Vuitton»un Paris nümayişində təqdim olunub. Rahatlıqla açılan sandıqlar göz oxşayır və artıq bir çox dəbli xanımların favoritinə çevrilib.
Qeyd edək ki, boyunbağılardan asılan mücrülərin qiyməti 4500 avro, uzunsov mini-keys isə 300 avro dəyərindədir.
Davamı →

Zinət əşyalarına qulluq

Zinət əşyalarını xüsusi qutularda və ya hər birini ayrı bir yumşaq parçaya bükülmüş vəziyyətdə saxlamaq lazımdır. Qiymətli daşlar qızıl və platindən daha bərkdirlər, və zinət əşyaları bir yerdə saxlandıqda daşlar metalları cıza bilərlər.

Zinət əşyaları müntəzəm taxıldıqda onların 1 görünüşü korlana bilər. Onları çirkdən və zədələrdən qorumaq üçün hər bir ev işlərini görərkən və həmçinin kosmetik vasitələrdən (krem, losyon, ətir və s.) istifadə edərkən mütləq çıxartmaq lazımdır. Çünki möhkəm zərbə və ya kimyəvi vasitələr hətta ən möhkəm zinət daşlarını belə zədələyə bilər. Çalışın bahalı zinət əşyalarını ancaq xüsusi günlərdə taxasınız.

Adi günlərdə isə gümüş əşyaları və ya bijuteriya taxa bilərsiniz. Yeri gəlmişkən, onlar bəzən gözəllikdə bahalı zinət əşyalarından çox az fərqlənirlər.

Zinət əşyalarınızın öz gözəlliyi və parıltısı ilə sizi hər zaman sevindirməsini istəyirsinizsə, onlara düzgün qulluq edin.

Zinət əşyalarını daim təmizləmək lazımdır. Əgər qızıldan olan zinət əşyalarının rəngi tutqunlaşıbsa, parıltısını bərpa etmək üçün onları naşatır spirti qatılmış (1 stəkan suya 1/2 çay qaşığı naşatır spirti) sabunlu suda, sonra təmiz suda yuyun və yumşaq parça ilə yaxşı-yaxşı silin. Qızıl kulon, zəncir, sırğa, nişan üzüklərini təzələmək və parıltını qaytarmaq üçün onları şəkər tozu (1 çay qaşığı şəkər tozu + 1 stəkan su) qatılmış suda 2-3 saat saxlayın, sonra isə yumşaq parça ilə silin.
Ardı →

Tiffany & Co. brendinin mavi əfsanəsi

Tiffany & Co. brendinin Blue Book 2014 kolleksiyasına nadir qiymətli daşlardan ibarət zinət əşyaları daxildir. Hər il Tiffany & Co. Zərgərlik evi nadir qiymətli daşlardan ibarət unikal bəzək əşyalarının daxil olduğu Tiffany Blue Book kolleksiyasını buraxır. Bu il yeni kolleksiyasının çıxması yaz fəslinə təsadüf edib. Brendin zərgərləri bəzək əşyalarında məhz bu konsepsiyanı əks etdirməyə çalışıblar.

Blue Book ən nadir daşları görmək imkanı yaradır. Bir çox modellər arxiv kolleksiyalarının dizaynından ilhamlanıb və əl işidir. Şedevrlər arasında 12,45 karatlıq brilyant üzük və 30-cu illər stilində «markiz» təraşlı brilyantlardan ibarət boyunbağı var.
Ardı →

Amulette: yeni Cartier kolleksiyası


Cartier brendi sarı, ağ və çəhrayı qızıl, eləcə də brilyantlar və onikslərlə bəzədilmiş yeni Amulette zinət əşyaları kolleksiyasını təqdim edib. Zərgərlik evinin dizaynerləri bu boyunbağıları və qolbaqları yaradarkən, nəsildən nəsilə ötürülən uğur rəmzləri barədə düşünüblər.
Ardı →

2014-cü ildə hansı daş-qaşlar dəbdə olacaq?

At ilində aksessuarlar və zinət əşyalarında çəhrayı və bənövşəyi rəngləri dəbdə olaacax

Yeni mövsümdə zinət əşyaları da dəbini dəyişir. Belə ki, qış trendləri arasında bənövşəyi rənglər zinət əşyalarının sehrli dünyası ilə qarşılaşır.

Zinət əşyalarında ilham verən daşlar: ametist, mavi topaz aktual olacaq. Mavi və bənövşəyi rəngləri üzük və sırğalarda daha çox istifadə ediləcək. Qış mövsümündə stil sahibi qadınlar imicini feminen kəsimli ləl-cəvahiratla tamamlayacaq. Oval xətlərə sahib sırğalar kəsim texnikaları ilə sofistik görkəmə bürüyür.
 
Səma və dəniz mavisi rahatlıq və sonsuzluq konseptində istifadə edilir. Çəhrayı və bənövşəyi isə payızda xəyal gücünə ehtiyacı olanlara güc verir. Mavinin və bənövşəyinin ən gözəl tonları həm gündüz, həm də gecə ziyafətlərində geyinə bilərsiniz.


Ardı →

Zinət əşyaları

Niyə Avropada çoxlu zinət əşyaları taxmaq qeyri-müasirlik sayılır, Şərqdə isə yox?
Zərgərlik sənəti incəsənətin ən yaşlı növlərindən biridir və onun tarixi çox qədimlərdən başlayır. Tədqiqatlarda bu sənətin yaşı barəsində yekdil fikirlər yoxdur. Zərgərlik əsasən qiymətli metal və daşlardan incə bəzək əşyalarının hazırlanması sənətidir. İndiyədək bu sənətlə bağlı müxtəlif araşdırmalar aparılsa da, hələ onun aşkar olunmayan sirləri çoxdur.  

Zərgərliyin tarixi

Qeyd etdiymiz kimi, zərgərliyin tarixi çox qədim dövrlərə-müasir eramızdan əvvəl insan şüurunun formalaşdığı zamana gedib çıxır. Tədqiqatlar göstərir ki, qiymətli metal və daşlardan hazırlanan zərgərlik məmulatları qədim insanlar üçüq müasir dövrdəki əhəmiyyəti kəsb etməyib, yəni onlardan sadəcə, bəzək əşyası kimi istifadə olnumayıb.
Davamı →

Zinət əşyalarına qulluq qaydası

Ona vurulurlar, onun gözəlliyinə sitayiş edirlər, onun dərdindən dəli olub, bir-birlərini öldürürlər, onun üzündən ailələr dağılıb, o dövləti-hətta böyük bir imperiyanı qarşısında çökdürəcək qədər gözəlliyə malikdir. Söhbət təbii ki, zinət əşyalarından gedir. Qiymətli daşların insanların fiziki və ruhi sağlamlığı üzərində əhəmiyyətli təsirləri olduğunu bilirdinizmi? Zinət əşyalarının sehirləyici gözəlliyi qədim zamanlardan insanların ağlını başından alıb. Çünki, hər bir zərgərlik malının özünün əhval ruhiyyəsi, öz musiqisi var. Qızıl və qiymətli daşlar aləmi xüsusi bir dünyadır. Əsl qadın tək geyinib keçinməyi deyil, hər zaman əşyalarını səliqəli saxlamağı da bacarmalıdır.

Qədim dövrlərdən günümüzə daşların ən qiymətlisi sayılan almazın qadınla kişi arasındakı eşqi gücləndirdiyinə inanıldığından nişan üzüklərində məhz almaz qaşı olur. Saf, sevgi və sevinc gətirdiyi deyilən almaz, cəsarəti və eşqi simvollaşdırar. Sizi ruhi və əxlaqi inanclara görə həyatınız üçün ürəkləndirərək, özünüzə başqalarına qarşı dürüst olmağa dəvət edir.

Göy yaqut deyə bilinən saffir, latınca mavi mənasını verir. Saffir mavi, bənövşəyi, narıncı, sarı, yaşıl, bənövşəyi və qara rənglərdə ya da şəffaf ola bilər. Tarix boyunca kralların və hökmdarların pislik, xəyanət və cadulardan qorunmaq üçün taxdıqları müqəddəs bir daşdır. Eyni zamanda müxtəlif xəstəliklərə yaxşı gəldiyi deyilməkdədir. Şəffaf safir sizə etibarı, sevgini və işığı sıx olaraq hiss etdirəcək. Mavi saffir romantik zədələrin yaratdığı duyğu yüklərindən qurtararaq azadlıq hissi verir.

Yaqutun bədbəxtlik, qiymətsizlik, döyüş, düşmən, hücum, vaxtsız ölümlər və digər pisliklərə qarşı qoruyucu xüsusiyyəti olduğuna inanılır. Yaqut Hindistanda daşların şahı olaraq tanınır.

Bəs zinət əşyalarını necə təmizləmək olar? Qızıl və gümüşü təmizləyərkən, kağızdan, qumdan, cilalayıcı materiallardan istifadə etmək qəti surətdə olmaz. Yoxsa təmizləmək əvəzinə onun səthini həmişəlik korlayarsız. Ziynət əşyaların üzərinizdən çıxardan kimi təmiz quru, yumuşaq dəsmalla silib qurudun ki, üzərində tər və ya başqa ləkələr qalmasın. Yaxşı olar ki, bədəninizə ətir vurarkən, gözəllik salonlarına gedərkən zinət əşyaları taxmayasınız. Çünki aerozollar onun səthində izlər qoyacaq. Fitnes klublara gedərkən isə ümumiyyətlə, nə bijuteria nə də zinət əşyaları taxılmaz. Belələrinə görməmiş kimi baxırlar, həm də bir yerinizi bilmədən cıza bilərsiniz.
Zinət əşyalarını mütləq quru yerdə saxlamaq lazımdır.

Əgər aksesuarlarınız, parıltısını itiribsə onu 6 damcı naşatır spirti əlavə olunmuş 1 stakan suda yuyun. Daha sonra parça ilə silin. Müxtəlif bahalı qaşların parıltısını adi diş məcunu ilə sürtməklə qaytara bilərsiniz. Brilliantın parıltısını qaytarmaq üçünsə onu 30 dəqiqəlik sabunlu suya bir neçə damcı naşatır spirti əlavə olunmuş bir qabda saxlayın.

Əgər adi metall aksesuarınız qaralmağa başlayıbsa, onu hər hansı yuyucu vasitə əlavə olunmuş 1 stakan suyun içində bir neçə dəqiqə saxlayın. Daha sonra yumşaq dəsmalla silin. Əgər siz mirvari həvəskarısınızsa bilməlisiniz ki, mirvari canlı olduğundan, onu hava girməyən qutuda saxlamaq olmaz və mirvari sahibəsinin onu tez-tez taxmasını sevir.

Mənbə: anspress.com
Davamı →