Zob xəstəliyi zamanı gözlərdə olan dəyişikliklər

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir. Qalxanabənzər vəzi boynun aşağı ön hissəsində kəpənək şəkilli vəzidir. Vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsini tənzimləyir, bədəni isti saxlayır, ürəyin və əzələlərin normal işləməsini təmin edir.
Zob xəstəliyi zamanı bədəndə əmələ gələn əks cisimlər gözün əzələlərini, göz ətrafı yumşaq toxumaları özünə hədəf seçir. Bu toxumalarda iltihab, ödem, həcm artışı əmələ gəlir.
Qadınlarda Tiroid orbitopatiya kişilərə nisbətən 4 dəfəyə qədər daha çox rast gəlinir.

Davamı →

Yod çatışmazlığının ağır fəsadları

Yod çatışmazlığı və onun fəsadları nədir?
Asiya, Afrika və Latın Amerikası ölkələri, Azərbaycan da daxil olmaqla bir çox Avrasiya ölkələri yod çatışmazlığı üçün endemik bölgələrdir. Tiroid hormonlarının tərkib hissəsi olan yod orqanizmin normal böyümə və inkişafı üçün vacib mikroelementdir. Yod çatışmazlığının səbəb olduğu xəstəliklər səhiyyənin qlobal problemi kim qəbul edilir. Dünya əhalisinin təxminən 29%-i, yəni 1 milyard insan yod çatışmazlığı riski altındadır. 300 milyon insan urdan, təxminən 6 milyon insan kretinizmdən əziyyət çəkir.

Davamı →

Haşimoto zob xəstəliyi

Haşimoto xəstəliyi ömür boyu davam edən qalxanvari vəz iltihabıdır. 1912-ci ildə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyindən xəstəliyə bu ad verilib. Autoimmun tireoidit ən çox qalxanvari vəz yetməzliyinə səbəb olan xəstəlikdir. Bu xəstəlik autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Orqanizm özü öz toxumasını tanımır, yad qəbul edir və yox etməyə çalışır. Haşimoto tireoiditində orqanizm qalxanvari vəz toxumasını yox etməyə çalışır və çox miqdarda anti-TPO və anti-tireoqlobulin (Anti Tg) antitelləri yaradır. Bu antitellər qalxanvari vəzə bağlanaraq tireoid hüceyrələrini məhv edirlər.
Davamı →

Düyünlü zob xəstəliyi nədir?

Boğazda əllə hiss olunan törəmə, səsdə dəyişiklik, kəskin arıqlama və ya kökəlmə, saç tökülməsi, halsızlıq, yorğunluq kimi əlamətlər varsa, insanların ağlına gələn ilk ehtimallardan biri də ur, yəni qalxanabənzər vəzinin xəstəliyidir.
Bu xəstəliyin yaranma səbəbi, əlamətləri və müalicəsi barədə Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Elnur Pirəliyev tövsiyələrini bölüşüb.
Davamı →

Zoba işarə edən 6 gizli simptom

Qalxanvari vəzi xəstəlikləri (el arasında — «zob») bir çox hallarda gizli inkişaf edərək ağır ürək xəstəlikləri, hamilə qadınlarda uşaqsalma, komaya səbəb ola bilər. Azərbaycanda «zob» ən yayılmış xəstəliklərdən biridir.

1. Səbəbsiz arıqlama və ya əksinə çəkinin artması
Qalxanvari vəzinin funksiyası artdıqda o, daha çox hormonları ifraz edir ki, bu zaman insan çox yesə də arıqlamağa başlayır. Əksinə isə qalxanvari vəzinin funksiyasında ləngimə olduqda hormonların ifrazı azalır və insan hətta ən ciddi pəhriz saxlasa belə arıqlamır, əksinə onun çəkisi arta bilər.
Davamı →

Boğaz uru

Boğaz uru (adi insanlar ona “zob” deyirlər) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur.


Ardı →