Zodiakın ən varlı bürclərinin siyahısı

Rus mətbuatına istinadən zodiakın ən zəngin bürcləri haqqında və onlar üçün pulun əhəmiyyəti haqqında danışacaq...
Qoç bürcü – qoçlar öz həyatı ilə qumar oynamağı sevir. Riskli olmağı sevir və buna görə pul yatırımı edir. Bu onun özünəinamının inkişaf etməsinə yardım edir. Kiçik də olsa, öz işinin rəhbəri olmaq istəyir. Pul yığmaq onlar üçün çox çətindir. Həmişə yeni fikir və ideyalar axtarışında olduğu üçün,  bu onun xərclərinin azalmasına icazə vermir.

Davamı →

Bürclər haqqında hamı bunu bilməlidir

Bürclərin xasiyyəti,onların əlamətləri haqqında ən lazımlı məlumatları bilmək üçün 12 bürc haqqında qısa bilgiləri öyrənmək faydalıdır.Siz də bunları bilsəniz ziyanı olmaz.

Qoç bürcü


(latınca Aries)
• 21 mart – 20 aprel 
• Ünsürü – od 
• Rəmzi – qoyun 
• Rəngi – qırmızı 
• Himayəçi planeti – Mars 
• Aparıcı motivi – birincilik uğrunda mübarizə 
• Rəmzi görkəmi ilə insan başına uyğun gəlir. 
• Müsbət xüsusiyyətləri – enerjili, mətin, müstəqil, qabaqda gedən, güclüdür. 
• Mənfi xüsusiyyətləri – çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur.
Davamı →

Bürclərə uyğun stil və makiyaj

Qoç qadın (21 Mart- 20 Aprel)

Qoç qadınının üzü bir az uzundur. Almacıq sümükləri çıxıq, alını yüksək,çənəsi incədir. Üst dodağı və burnu arasındakı məsafə çoxdur. Qoçqadınının baxışları yumşaqdır. Duyğularını müəyyən edə bilirlər. Əlləri uzun, güclü və gözəldir. Uzun və əzələli qıçlarıyla xoş bir silueti olan qoçqadınının idman bir görünüşü vardır. Saçları ümumiyyətlə qısadır və çox gur deyil. Az makiyaj etməyi sevər və gülüşünü ön plana çıxaran bir makiyajı seçər. 
Qoç qadınının stili:
Bağsız müasir paltarları seçərlər. Sadəlik, asanlıq və sürət qoç qadınının geyim tərzini təyin edər. Kətan, triko və tergalin idman uyğunlaşmasını sevərlər. Ayaqqabıları praktik olmalıdır. Çox aksesuar istifadə etməzlər. Ancaq onların imtina edə bilmədikləri iki aksesuar vardır: Eynək və saat. Qoç borcunun ətiri təbii və təzə olmalıdır. Lavanta, funda yasəmən ya da qərənfil əsaslı ətirlər onlar üçün idealdır.


Ardı →

Balıqlar (19 fevral-20 mart)

Su işarəsidir. Yupiter və Neptunun himayəsi altındadır. Xarakteri əsrarəngizdir. İncə intuisiyası vardır. BALIQLARA Neptun daim narahatlıq keçirmək, öz özlərinə qarşı mübarizə aparmaq kimi təzadlar gətirir, Yupiter isə uğurlu tale və müdriklik bəxş edir. Zahirən sakit olmalarına baxmayaraq, BALIQLAR bu ziddiyyətli təsir altında tez-tez ruhən əzab çəkir, narahatlıq və sıxıntı keçirirlər. BALIQLAR həm də humanizm və fədakarlıq rəmzidir. Mənən zərifdirlər, ağılları itidir, çox şeyə şəkk gətirirlər. BALIQLARDA intuisiya məntiqdən güclüdür, onlar öz istedadlarını həmişə dərk etmədikləri halda, uzağı görmək bacarığı ilə ətrafdakı adamları heyran qoyurlar.
Ardı →

Oğlaq (22 dekabr-20 yanvar)

Yer işarəsidir. Saturnun himayəsi altındadır. Tərs, inadcıldır. Ağıllıdır. OĞLAQ bütün Zodiak işarələri içərisində istər fiziki, istərsə də mənəvi cəhətdən ən dözümlüsü və davamlısıdır. Hisslərini gizlədəndir, üzə vurmasa da şöhrətpərəstdir. Real həyatla yaşayır, işləməyi bacarır və xoşlayır. Hədsiz bir qüvvə ilə müvəffəqiyyətə can atır. Böyük səbirlə və hədsiz inadcıllıqla bütün maneələri aşaraq addım-addım, pillə-pillə məqsədə doğru gedir. Heç bir şey OĞLAĞI həvəsdən salıb yolundan döndərə bilmir.
Ardı →

Oxatan (23 noyabr - 21 dekabr)

Od işarəsidir. Yupiterin himayəsi altındadır. Təmkinlidir. Təbiətcə filosofdur. Yupiter xoşbəxtlik və firavanlıq planetidir, OXATAN işarəsinə hamilik edir. OXATANIN rəmzi gözəl və çoxmənalıdır məchul bir nöqtəni nişan alan kentavrdır. Bu kentavr OXATANIN ikiləşməsinə səbəb olur: OXATAN bir tərəfdən, çox inkişaf etmişdir, digər tərəfdən, primitivdir. İkinci tip OXATAN sivilizasiyanı sevmir. Böyük həyati qüvvəyə malikdir. Çox fəaldır, qadınların xoşuna gəlir, adamları ardınca aparmaq istedadı vardır. Cəsurdur, sərbəstdir, kobuddur, macəraları və igidlikləri xoşlayır.
Davamı →

Əqrəb (24 oktyabr-22 noyabr)

Su işarəsidir. Xarakteri güclü, həyatı maraqlıdır. ƏQRƏB iki əsas planetin: qüvvətli, amansız Marsın və qüdrətli Neptunun himayəsindədir. Onun xarakteri bu ikiqat təsir altında təşəkkül tapır. ƏQRƏB mübarizə aparır, əzab çəkir, özünü yeyir, viranəlik içərisindən dirilib qalxır. Təzadlı, temperamentli, olduqca cazibədar, lakin amansız tipdir.
Onun üçün birinci çətinlik yaşamaqdır. İlk baxışda onun müvəffəqiyyət qazanmaq üçün lazım olan hər şeyi: energiyası, diribaşlığı, qüvvəsi vardır, lakin tündməzaclığı ucbatından düşmənləri çoxdur.
Ardı →

Xərçəng (22 iyun-22 iyul)

Su işarəsidir. Ayın himayəsi altındadır. Açıq xasiyyətlidir, xəyalpərəstdir. XƏRÇƏNG bütün Zodiak işarələri içərisində ən müəmmalı işarədir, çünki Ayın hökmranlığı altındadır. Ay onun hissiyyatını o dərəcədə kəskinləşdirir və mənəvi aləminə o dərəcədə təsir edir ki, XƏRÇƏNG ətrafdakılara qəribə və anlaşılmaz görünür. İncə əsəb sisteminə və yaxşı inkişaf elmi intuisiyaya malikdir.
Ardı →