Ömrün 6 ili

İnsan daim əndişə və narahatlıq hiss edirsə, o, daha tez qocalır.
“PLUS ONE” bildirir ki, geniş yayılmış psixoloji fəsad olan fobik əndişə pozuntusu insan orqanizmində hüceyrə səviyyəsində problemlər yaradır və bu səbəbdən də insan vaxtından əvvəl qocalır.


Ardı →

Qarında öldürücü yağ

ABŞ mütəxəssisləri apardıqları tədqiqatların nəticəsi olaraq bu qənaətə gəliblər ki,fərdin bədən kütləsi norma daxilində olsa belə qarın nahiyyəsində  artıq miqdarda toplanan piy toxuması vaxtından əvvəl ölümə səbəb ola bilər.Belə ki qarın divarında olan yağlar qarşısıalınmaz səviyyədə piylənmə və digər ölümcül xəstəliklərə təkan verə bilər.


Ardı →

İncəsənət, ölüm və sevgi

Bir rəssam olur. Bu rəssamın gözünün qabağında ən yaxın dostunu öldürürlər. Rəssam dostunun ölümüylə barışa bilmir. Ağlayaraq bir əsər çəkməyə başlayır. Əsəri dostuna həsr eliyir. Istiyir ki, bu əsəri hamı görsün. Əsəri sərgiyə çıxarır. Varlı bir şəxs əsərə sahib olmaq istəyir. Rəssama küllü miqdarda pul təklif eliyir. Ama ressam onunla razı olmur. Əsəri dostuma həsr eləmişəm. Bu əsərin qiyməti yoxdu deyir. Sərgi bitir. Rəssam sevgilisinə zəng edir. Öyrənirki sevgilisi sərgiyə gələrkən, onu maşın vurub. Tez xəstəxanaya gedir. Həkimdən soruşurki, qızın səhhəti necədir? Həkim deyir… Bu qızı ancaq bir nəfər əməliyyat edib sağalda bilər. Yaşlı professor.


Ardı →

Gənclik və ölüm

Həyat müəllifsiz rejissorun çəkdiyi film kimidir. Şekspirin dediyi kimi, həyat bir tamaşadır, insanlar isə onun aktyorları. Filmin ən yaddaqalan hissəsi isə «gənclik» görüntüləridir. Bu görüntülər kitab kimidir. Bu kitabı oxumağa başladıqda bitməyə başlar...

Başqaları üçün yaşamaq...

Həyatın ən parlaq görüntüləri gənclik dövründə yaşanır. Çünki, gənclər keçmişlə yox, gələcəklə yaşayırlar. Gənclik bir az romantik, bir az da xəyalpərəst olur.
Ardı →

Ölümün izahı

Uşaqlarımızın göz yaşı bizi nələrə vadar etmir ki?.. Onlar ağlayanda bizim də ürəyimiz sızlayır. Təsəlli vermək üçün min bir yola əl atırıq. Onların kiçik qəlblərinin ağrımasına könlümüz razı olmur.

Bəs sevimli nənəsinin, babasının vəfatı qarşısında şoka düşən, onların hara getdiyini heç cür anlaya bilməyən övladımıza, sizcə, necə kömək edə bilərik? Onlara necə təsəlli verə, nə deyə bilərik? Əslində belə vəziyyətlərdə uşaqlara həqiqəti izah etməyə vaxt tapana qədər, necə deyərlər, iş işdən keçir.
Ardı →

Ölüm haqqında

Harada olursunuz olun,hətta uca(möhkəm)qalalar içərisində olsanız belə,ölüm sizi haqlayacaq.   (Qurani Kərim)
Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.   (Bəyazid Bistami:İslam alimi)
İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın.   (Hz.Əli ə.s.:Birinci İmam)
Ey həyat,ölümə minnətdar ol!Səni ona görə sevirəm.   (Blez Paskal:Fransız riyaziyyatçısı)
Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz,ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi.   (İbn Sina:Şərq filosofu və həkimi)
Ardı →

Həyat: ölümün bu üzündə, o üzündə

Bir hədisi şəriflərində Rəsulullah bu dünyanı uzun bir səfər zamanı insanın dibində oturduğu ağac kölgəsinə bənzədir.
Çox poetik və elə poetik olduğu qədər də düşündürücü tablodur, elə deyilmi? Hələ bu harasıdır? Başqa bir yerdə də dünya həyatı yuxuya bənzədilir. İnsan öldükcə yuxudan ayılırmış.
Şair də “uzun, incə bir yoldayıq“ deyir. Uzun, incə yolun bir hissəsi də bu dünyaya düşür. Yəni bu dünya o uzun, incə yolun çox qısa bir hissəsidir.
Davamı →

Hər bir dərdin dərmanı var

Hər bir dərdin dərmanı var. Dərdin dərmanı tapılsa, Allahın iznilə sağalar.
Peyğəmbər (s): Müalicə olunun. Allah göndərdiyi hər bir dərd üçün dərman da göndərib.
İmam Sadiq (ə) — babalarından: Allahın Rəsulu (s) buyurdu:
«Müalicə olunun. Allah hər bir dərd üçün dərman da göndərib, yalnız ölümdən savayı. Onun dərmanı yoxdur.»
Ardı →

Ölüm və sonrası

Dünya səyahəti ölümlə birlikdə bitər və bəşər övladı onu əbədi axirət yurdlarına aparan yeni bir səfərə çıxar. Məhz bu səfərdə insanlar istər mömün, istərsə də kafir olsun bir çox hadisələrlə qarşılaşarlar. Ayə və hədislər vasitəsilə əldə edə biləcəyimiz bu hadisələr haqqında məlumat  sahibi olmaq, axirət həyatımız üçün necə hazırlanacağımıza kömək edər.
Ölüm vaxtı
Ölüm vaxtı, ölən şəxsin sonrakı həyatı haqqında məlumat verir. Çünki Allaha inananla  inanmayanın ölüm anındakı halı birbirindən çox fərqlidir. Mömünlər ödükləri vaxt yanlarına mələklər gələr və onlara belə müjdə verərlər: «Qorxmayın, fikir eləməyin, sizə vəd edilən cənnətlə sevinin». Allahın ondan razı olacağını və onu bağışlayacağını eşidən mömin son dərəcə sevinər. Bir an əvvəl Allaha qovuşmağı, Allah da ona qovuşmağı istər.
Davamı →