Nitq ünsiyyətinin növləri
İnsanlar arasında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır. Nitq ünsiyyəti üç formada baş verir:
- Monoloq və ya monoloji nitq,
- Dialoq və ya dialoji nitq,
- Poliloq və ya poliloji nitq.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İnsanlar arasında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır. Nitq ünsiyyəti üç formada baş verir:
Ünsiyyət dedikdə biz nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirə deyilir.
NİTQİN DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.
Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.
Ünsiyyət insanı sosiallaşdıran başlıcalıqdır. İnsanlara sadə gələn bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda — heyvan, bitki və insanlarda var. Amma bizi digər canlılardan fəqləndirən cəhət şüurumuzla ünsiyyəti mükəmməl şəkildə həyata keçirməyimizdir.
Ümumiyyətlə, ünsiyyət deyəndə nə başa düşürük? Gəlin, birlikdə aydınlaşdıraq. İnsan bir fikri başqasına çatdırmaq, fikrə münasibət bildirmək və münasibət öyrənmək üçün ünsiyyətə girir. Ünsiyyət bizim cəmiyyətdə mövqeyimizi təyin edən faktordur. İnsan bu keyfiyyəti ilə gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs də ola bilər.
Psixologiyanın bir qolu olan NLP-də (Neyro Linqvistik Proqramlama) ünsiyyət prosesi geniş şəkildə izah olunur. Ünsiyyət sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) şəkildədir.
Biz fikrimizi sözlə ifadə etsək də, eyni anda bədən dilimizlə də danışırıq. Sözlü və sözsüz dilimiz bir-biriylə nə qədər ahəngdar olsa, ünsiyyətimiz bir o qədər təsirli və uğurlu olar. Qarşınızdakının dili yalan söyləsə belə, bədən dili özünü ələ verir. Çünki bədən dilini idarə etmək dil qədər asan deyil.Evli cütlüklər və subaylar eyni ailə statusuna malik insanlarla ünsiyyətdə olmağa üstünlük verir. Bu ona görə baş verir ki, insanlar öz həyat tərzlərinin ən yaxşı olduğunu düşünməyi çox sevir. Bu, əsasən onların öz ailə vəziyyətinin yaxın zamanda dəyişməyəcəyini düşündükləri üçün olur.
Bu faktor bizim onlara əvvəllər necə münasibət göstərdiyimizdən asılı olmayaraq, digər insanlarla olan münasibətlərimizə təsir göstərir. Məsələn, cəmiyyətdə belə bir tendensiya var ki, işə götürənlər özlərilə eyni ailə statusuna malik insanları daha həvəslə işə qəbul edir.
Əgər insan hansısa sosial çərçivədə ilişib qalıbsa, bu, ona həmin sistemi daima rasionallaşdırmağa və təsdiq etməyə imkan yaradır. Müəyyən bir sual verildikdə biz “Bəli, mənim üçün belə yaxşıdır” deməkdən çəkinərək, daha uzun cavablarla vəziyyəti başa salmağa çalışırıq. Əslində isə, bu, qapalı bir çevrədir – biz nə qədər çox müzakirə ediriksə, özümüzü həmin şeyə daha çox inandırırıq. Bu həm evli, həm də subay insanlara aiddir.
Bu fikir sorğulardan birinin nəticəsində təsdiqlənib. İnsanlara hər hansı bir qeyri-müəyyən cütlük haqqında danışaraq, onların hansı ailə statusunda daha xoşbəxt ola biləcəkləri haqda soruşublar. Çox hallarda insanlar öz ailə statuslarının adını çəkib.
Alimlər indi bunu digər sahələrdə də öyrənməyə çalışırlar. Məsələn, ailə statusunun yaşayış yeri və karyera seçiminə təsiri kimi.