Ürəyi dayandıran 11 səhv

Ürək xəstəlikləri və infarktın artması mütəxəssisləri yeni araşdırmalar aparmağa sövq edir.
Alimlər ürək xəstəliklərinə səbəb olan 11 faktı aşkarlayıb. Bu səhvlərə son qoymaqla ölüm riskini azalda bilərsiniz. 


1. Gec yuxudan durub, yeməyi gec yemək. Ürək sağlamlığı üçün yaxşı yuxu və dadlı səhər yeməyi şərtdir. 

2. Acmadan yemək. Metabolizmanın sürətini pozur və ürəyi yorur. 

3. Yatmazdan əvvəl yemək. Yuxuda orqanizmin dincəlməsini əngəlləyir və ürəyin yükünü artırır.
Ardı →

Ürək də "istirahət" etməlidir!


Kifayət qədər yuxu insanın sağlamlığı üçün çox vacibdir. Uzanmış vəziyyətdə istirahət etmək, ürək-damar sisteminin üzərinə düşən gərginliyi çıxararaq, onun işini normallaşdırır. Uzanaraq istirahət etməyi heç nə ilə əvəz etmək olmaz. “Uzanmış vəziyyətdə”, və ya ayaqları yuxarı qaldırmaqla oturaq vəziyyətdə, vaxtaşırı olaraq istirahət edilməsi (xüsusən də ayaq üstə işləyənlər üçün), arterial hipertoniyanın inkişaf etməsinin, aşağı ətraflarda qan dövranının pozulmasının profilaktikası üçün vacib hesab edilir.


Ardı →

Ürəyin işemik xəstəliyi haqda

Ürəyin işemik xəstəliyi (ÜİX) – çox təhlükəli və, əfsuslar olsun ki, insanlar arasında çox yayılmış xəstəlikdir. Ürəyin daxili qişası, qanın tərkibindən ona qidalı maddələrin və oksigenin daxil olmasına imkan vermədiyi üçün, ürək öz qan təchizatı sistemindən asılıdır.
Ürəyin qanla təchiz edilməsi aorta damarından ayrılan koronar arteriyalar vasitəsi ilə baş verir. Ürəyin işemik xəstəliyi məhz bu koronar arteriyalarda qanın miqdarının azalması nəticəsində baş verir. Bu isə koronar arteriyalarda baş verən spazm, iltihabi proses və ya onların divarında əmələ gələrək damarın daralmasına səbəb olan aterosklerotik düyünlərin səbəbindən olur.
Davamı →

Ağlama ürəyim ağlama daha

Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəysən,
Ağlama ürəyim ağlama daha.

Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər,
Ağlama ürəyim ağlama daha.

Ardı →

Qadın ürəyi I Tofiq Bayram

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Ardı →

Ürəksiz insan

Dünyanın ilk ürəksiz insanı ABŞ-da yaşayır. Amerika mətbuatının verdiyi məlumata görə, 55 aşlı Kraiq Levis nəbzi atmadan yaşayan ilk insandır.Məlumata görə, ötən ilin mart ayında ürəyində yaranan problemlə bağlı Levis ölüm təhlükəsi keçirib.
Ardı →

Ürəyiniz üçün bunlardan uzaq durun

Doymuş yağ nisbəti yüksək yağlarla çıxarılan qidaların ürək və damar xəstəlikləri riskini artırdığı ifadə edildi.Yağdan başqa turşu ehtiva edən yağların doymuş yağ nisbətinin olduqca yüksək olduğunu ifadə edən qidalanma mütəxəssisləri, bir çox restoranda və yemək fabrikində bu yağların istifadə edildiyini ifadə etdi.Yağdan əlavə turşu tərkibli qidaların ürək və damar sağlamlığı üçün yeyilməməsi lazım olduğuna diqqət çəkən mütəxəssislər, sağlam qidalanmaq üçün bəzi xəbərdarlıqlar verdi.


Ardı →

Ürək | Mikayıl Müşfiq

Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!

Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
Ardı →

Ürək və qan damarları

Ürək-əzələdən təşkil olunmuş, içi boş orqandır. Ürəyin daxili hissəsi 2 qulaqcığa və 2 mədəciyə ayrılır. Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə tökülür. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar vardır ki, bu da mədəciyə tökülən qanın qulaqcığa geri qayıtmasına mane olur. Ürəyin sol hissəsində 2 ədəd, sağ hissəsində 3 ədəd qapaq olur.
Ürəyin sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağ ciyər arteriyası arasında isə aypara qapaqları olur. Aypara qapaqları mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır. Ürək qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və arteriyaya birtərəfli axmasını təmin edir.
Ürəyin yuxarı genişlənmiş hissəsi əsası, nisbətən daralmış aşağı hissəsi isə təpəsi adlanır. İnsan ürəyinin kütləsi təqribən 250-360q arasında dəyişir.


Ardı →