Üzümün faydaları

Ürəyə və bədənə gümrahlıq verən, bayramlarda ziyafətlərin bəzəyi olan üzüm haqqında danışacaq onun xeyirlərini öyrənəcəyik. Üzümün sağlamlığımıza göstərdiyi təsir çox əladır. Belə ki, üzüm meyvəsi böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər, qaraciyəri tənzimləyər. Qara üzüm qabığı və tumları ilə birlikdə yeyilərsə, hüceyrə yenilənər. Üzüm həzm prosesini asanlaşdırır, qan azlığını tənzimləyir. Lakin onu da qeyd edək ki, kalorisi yüksək olan üzümün 1 gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın.

Ardı →

Üzüm

Üzüm saf hava və günəş sevən bitkidir. Onun sortları çoxdur. Keçmiş Sovetlər məkanında bu sortların sayı 2000-ə çatırdı. Şərq və Avropa ölkələrində üzüm əsrlərdən bəridir ki, becərilir. Bəzi üzüm sortlarını seçmə və xüsusi qulluq yolu ilə şəkər mənbəyinə çevirmişlər. Bunlardan ən məşhuru Şərq kişmişidir. Hazırda dünya üzrə üzüm plantasiyalarının sahəsi 10 milyon hektara yaxındır.
Üzümün vətəni Ön Asiya sayılır. Bir çox ölkələrin qədim üzümçülük tarixi vardır. Səkkiz min il bundan əvvəl üzümlüklər Nil sahillərini tuturmuş. Arxeoloji qazıntılar nəticəsində İsraildə yaşı 9 min ilə çatan üzüm toxumları tapılmışdır. Qədim Babilistanda üzüm tənəyi ən yayılmış bitkilərdən sayılırdı. Cənubi Ərəbistanda iri salxımlı üzüm yetişdirmişlər. Rəvayətə görə Harun-əl-Rəşid dövründə buradan dəvə ilə hər birində nəhəng salxım yerləşən iki səbət üzüm aparmışlar.


Ardı →

Üzüm-Vitis Viniferaz

  • Flora
Bu bitki  üzüm (Vitaceae) fəsiləsindən olub çox faydalı bə qiymətli bitkidir.Ona görə də o dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir.Üzümdən hazırlanan kişmiş,şərbət, xoş ətirli doşab çox faydalıdır.
Ardı →